İran ssenarisi və Türkiyənin bufer zona strategiyası

İran ssenarisi və Türkiyənin bufer zona strategiyasıTürkiyənin ABŞ-ın mümkün müdaxiləsindən sonra İranla sərhəddə yarana biləcək güc boşluğunu doldurmaq məqsədilə hərbi plan üzərində işlədiyi iddia olunur. İrəli sürülən versiyaya görə, Ankara miqrant axınının qarşısını almaq üçün sərhəd-keçid məntəqələrindən kənarda, İran ərazisində bufer zona formalaşdırmağı nəzərdən keçirə bilər.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu yanaşma tamamilə presedentsiz deyil. Suriya müharibəsi zamanı Türkiyə bir neçə dəfə həmin ölkəyə hərbi müdaxilə edərək sərhəd boyunca təhlükəsizlik zolaqları yaratmış, terror qruplaşmalarını öz sərhədlərindən uzaqlaşdırmağa çalışmışdı. Lakin İran Suriyadan fərqlidir və bu ölkəyə birbaşa müdaxilə imkanları həm hərbi, həm də geosiyasi baxımdan xeyli məhduddur:

"Hazırkı mərhələdə Ankaranın Tehrana münasibətdə mövqeyi tam aydın görünmür. Türkiyə İranın parçalanmasını və ya hakimiyyətin kənar müdaxilə ilə dəyişdirilməsini istəmir. Xüsusilə İsrailin təhlükəsizlik prioritetləri fonunda formalaşan və İranın zəiflədilməsinə hesablanan ssenarilər Ankara üçün məqbul hesab edilmir. Türkiyə regionda nəzarətsiz xaos və dövlət kollapsının əleyhinədir.

Digər tərəfdən, İrana yönələn mümkün zərbələr və daxili gərginliyin artması müəyyən demoqrafik və geosiyasi nəticələr doğura bilər ki, bu da Ankarada fərqli prizmalardan qiymətləndirilə bilər. Xüsusilə İranda yaşayan türk mənşəli əhalinin Türkiyəyə doğru miqrasiyası ehtimalı demoqrafik balans kontekstində alternativ faktor kimi nəzərdən keçirilə bilər.

Türkiyənin şərq vilayətlərində demoqrafik dinamika uzun illərdir həssas məsələdir. Kürd əhalinin artım tempinin yüksək olması və türk əhalinin ölkənin qərb bölgələrinə köç meyli gələcəkdə separatizm risklərinin yenidən gündəmə gəlməsi ehtimalını saxlayır. Bu baxımdan, mümkün miqrasiya axınının tərkibi Ankara üçün təhlükəsizlik prizmasından ayrıca qiymətləndirilə bilər.

Belə görünür ki, sərhəddə yaradılması ehtimal olunan mexanizmlərin əsas məqsədi ümumi miqrasiyanı tam dayandırmaqdan daha çox, təhlükəsizlik riski hesab edilən silahlı və ya radikal siyasi elementlərin nəzarətsiz keçidinin qarşısını almaqdır. Yəni prioritet humanitar axının bloklanması deyil, etnik-siyasi risklərin idarə olunmasıdır.

Nəticə etibarilə, Türkiyənin İranla bağlı siyasəti ikili məntiq üzərində qurulmuş kimi görünür: bir tərəfdən regional xaosun qarşısını almaq, digər tərəfdən isə mümkün proseslərin doğura biləcəyi demoqrafik və təhlükəsizlik nəticələrini öz strateji maraqlarına uyğun istiqamətləndirmək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 700   Tarix: 27 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan bir ayda Rusiyaya üç dəfə səfər edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırdığını bəyan edib. -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri Məsələləri İnstitutunda çıxışı zamanı məlumat verib. "Dekab

14.11.2026 221
.

"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur

14.11.2026 239
.

TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca

14.11.2026 293
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 0
.

Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq

İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy

14.11.2026 236
.

Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu

Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili

14.11.2026 257
.

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d

11:00 0
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

14.11.2026 243
.

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat

14.11.2026 401
.