ABŞ-İran danışıqları başa çatdı: növbəti görüş Vyanada keçiriləcək - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ ilə İran arasında keçirilən danışıqların dünən başa çatması regionda və beynəlxalq siyasətdə diqqət mərkəzinə çevrilib. Bir neçə mərhələdən ibarət olan görüşlərdə tərəflər arasında mövcud gərginliyin azaldılması, təhlükəsizlik məsələləri və qarşılıqlı öhdəliklər ətrafında müzakirələr aparılıb. Danışıqların yekunlaşması tərəflər arasında münasibətlərin gələcək istiqaməti ilə bağlı yeni gözləntilər formalaşdırsa da, əldə olunan nəticələrin praktik mərhələdə necə tətbiq ediləcəyi əsas sual olaraq qalır. Növbəti danışıqların isə Vyana şəhərində martın 2-də keçirilməsi planlaşdırılır.
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, hər iki tərəfin kifayət qədər aqressiv ritorikadan çıxış etməsi, eyni zamanda ABŞ-ın hələdə hərbi varlığını Orta Şərqdə genişləndirməsi və İran ətrafında qırıcıların yerləşdirilməsi bir qədər çəkindirici xarakter daşıyan məcburetmə mexanizmlərinin bir aləti kimi istifadə olunur. Mən uzunmüddətli hər hansısa bir geniş müharibənin olacağını düşünmürəm. Çünki bu nə Amerikanın maraqlarına uyğun deyil, nədə İran bu müharibəyə tab gətirəcək gücdə deyil. Onun sözlərinə görə, İranın danışıqları davam etdirməsinin əsas səbəblərindən biridə budur: "Düşünürəm ki, İranın əsas qayğılarından biri nüvə proqramı ilə bağlı ABŞ-ın maksimalist tələbləridir. Çünki nüvə proqramının tamamilə ləğv olunması, uranın sıfır zənginləşdirmə prinspinin İran tərəfindən qəbul olunması, eləcədə İranın üç əsas nüvə mərkəzinin ləğv olunması ilə bağlı Amerikanın tələbləri var. Həmçinin proksi qüvvələrini dəstəkləməyidə İran dayandırmalıdır. Bunların hər biri həm İranın Orta Şərq siyasətinə zidd yanaşmalardır, həmdə düşünürəmki İran ümumilikdə nüvə proqramını özü üçün təhlükəsizlik zəmanəti olaraq görür və İranın mövcud rejimi nüvə proqramı ləğv olunduğu müddətcə hər hansısa bir formada ABŞ-ın müdaxilə etməyəcəyi ilə bağlı bir təhlükəsizlik zəmanətinə sahib deyil.
Daha əvvəl Ukraynada nüvə başlıqlarının ləğv edilməsi ilə bağlı Budapeşt sazişi varki, sonradan Ukraynanın işğalının qarşısını alacaq əsas amillərə çox təssüflər olsun ki, çevrilmədi. Düşünürəm ki, bundan irəli gələn və tarixi təcrübədən irəli gələn bir yanaşmalar var. Həmçinin onuda nəzərə almaq lazımdır ki, İran kifayət qədər tarixi, dövlətçilik ənənələrinə sahib olan dövlətlərdən biridir. Eyni zamanda imperiya keçmişinə sahib olan dövlətlərdən biridir və öz varlığını mümkün bütün vasitələrlə Orta Şərqdə qorumağa çalışır.
Onun təsir dairəsinə aid olan hər hansısa bir dövlətlərdən tamamilə çıxması, proksi qüvvələri dəstəkləməməsi düşünürəm ki, İranın mövcud rejiminin maraqlarına və hədəflərinə zidd yanaşmalardır. Amma paralel olaraq, İranın potensialı ABŞ ilə uzunmüddətli və ya qısamüddətli müharibəyə tab gətirə biləcək ölçüdə deyil. Buda danışıqlar prosesinin uğursuz olsa belə davam etdirilməsini təşviq edən əsas amillərdən biridir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 742 Tarix: 27 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan bir ayda Rusiyaya üç dəfə səfər edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırdığını bəyan edib. -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri Məsələləri İnstitutunda çıxışı zamanı məlumat verib. "Dekab
14.11.2026 221 "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur
14.11.2026 239 TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca
14.11.2026 293 Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini
10:39 0 Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy
14.11.2026 236 Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu
Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili
14.11.2026 257 Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər
Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d
11:00 0 Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14.11.2026 243 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat
14.11.2026 401