Magistratura imtahanlarında Reading yükü: ölçmə meyarı, yoxsa əlavə çətinlik? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Son illər magistratura imtahanlarının formatı ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Xüsusilə bir imtahan çərçivəsində iki böyük həcmli "Reading" mətninin təqdim olunması abituriyentlər arasında ciddi suallar doğurur. Vaxt məhdudiyyəti, mətnlərin mürəkkəblik səviyyəsi və qiymətləndirmə meyarlarının ədalətliliyi məsələsi bu yanaşmanın nə dərəcədə effektiv və obyektiv olduğunu gündəmə gətirir. Bir tərəfdən oxu və anlama bacarıqlarının ölçülməsi məqsədi əsas gətirilsə də, digər tərəfdən belə yükün namizədlərin real bilik və analitik düşünmə qabiliyyətini tam əks etdirib-etdirmədiyi barədə müzakirələr davam edir.
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki,
1. Magistratura imtahanlarında iki böyük həcmli Reading mətninin bir imtahan çərçivəsində verilməsi nə dərəcədə doğrudur? Və gələcək imtahanlarda Reading tapşırıqlarının sayı və ya həcmi ilə bağlı hər hansı dəyişikliklərin edilməsi məqsədə uyğun hesab edilə bilərmi?
Böyük həcmli mətnlər təkcə dil bilgisini deyil, həm də namizədin zamanla mübarizə aparmaq, gərginlik altında doğru qərar vermək qabiliyyətini sınağa çəkir. Onun sözlərinə görə, müasir təhsil standartları magistr pilləsinə addım atan gəncin geniş elmi ədəbiyyatla işləmək bacarığını vacib sayır, bu mənada iki mətnin olması akademik hazırlıq üçün bir növ güzgüdür. Lakin imtahanın əsas qayəsi namizədi yormaq deyil, onun anlama qabiliyyətini üzə çıxarmaq olmalıdır: "Əgər mətnin uzunluğu namizədin sualları dərk etməsinə yox, sadəcə vaxt itirməsinə xidmət edirsə, burada metodoloji bir boşluq yaranır. Gələcək imtahanlarda mətnlərin həcmini süni şəkildə şişirtmək əvəzinə, onların strukturunu daha analitik və yığcam formaya salmaq, sualları isə mətnin dərin qatlarını açmağa yönəltmək daha məqsədəuyğun olar. Yəni, kəmiyyət deyil, keyfiyyət ön plana çəkilməlidir.
2. Növbəti imtahan mərhələsində verbal xarakterli analitik oxu və mətn əsaslı məntiq suallarının daha çox verilməsi gözlənilirmi?
Builki nəticələr, xüsusən humanitar sahədə təhsil alanların məntiq blokunda çətinlik çəkməsi bir həqiqəti ortaya qoydu: məntiq təkcə rəqəmlərin deyil, həm də sözlərin və mənaların nizamıdır. Riyazi əsaslı sualların üstünlük təşkil etməsi humanitar düşüncə tərzinə sahib namizədlər üçün ədalətsiz bir rəqabət mühiti yaradır. Buna görə də, növbəti mərhələlərdə verbal-analitik sualların payının artırılması həm bir gözləntidir, həm də sistemin təbii ehtiyacıdır. Mətn əsaslı məntiq sualları insanın mühakimə yürütmək, səbəb-nəticə əlaqələrini qurmaq və gizli mənanı tapmaq bacarığını daha obyektiv ölçür. Ümid edirik ki, imtahan formatındakı bu disbalans aradan qaldırılacaq və növbəti sınaqlarda sözün, məntiqi təfəkkürün gücü rəqəmlərin kölgəsindən çıxarılaraq daha geniş yer alacaqdır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 746 Tarix: 27 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan bir ayda Rusiyaya üç dəfə səfər edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırdığını bəyan edib. -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri Məsələləri İnstitutunda çıxışı zamanı məlumat verib. "Dekab
14.11.2026 221 "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur
14.11.2026 239 TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca
14.11.2026 293 Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini
10:39 0 Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy
14.11.2026 236 Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu
Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili
14.11.2026 257 Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər
Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d
11:00 0 Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14.11.2026 243 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat
14.11.2026 401