"Bu soyqırımını xatırlamaq yalnız keçmişə qayıdış deyil, həm də gələcəyə mesajdır" - BƏHRUZ QULİYEV
"Xocalı soyqırımı"nın 34-cü ildönümü Azərbaycan xalqı üçün təkcə anım günü deyil, milli yaddaşın, ədalət tələbinin və tarixi həqiqətlərin bir daha dünyaya çatdırıldığı gündür. 1992-ci ilin fevralında Xocalı şəhərində erməni silahlı qüvvələri və keçmiş Sovet İttifaqı ordusunun birgə törətdiyi vəhşilik, qətliam mülki əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Bu soyqırımını xatırlamaq yalnız keçmişə qayıdış deyil, həm də gələcəyə mesajdır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, bu faciə, eyni zamanda erməni vandalizminin və nifrət ideologiyasının açıq təzahürü idi. Tarixi abidələrin dağıdılması, yaşayış məntəqələrinin yerlə-yeksan edilməsi və mülki əhalinin məqsədli şəkildə hədəfə alınması bu siyasətin əsas elementlərini təşkil edirdi. Xocalı yalnız hərbi cinayət deyil, həm də insanlığa qarşı yönəlmiş sistemli zorakılıq aktıdır.
Tarixi kontekstdə isə 1992-ci ildə Azərbaycan yenicə müstəqilliyini əldə etmiş, daxildə hakimiyyət uğrunda mübarizə gedən bir ölkə idi. Bu hərc-mərclik və siyasi xaos fonunda mövcud dövri hakimiyyət Xocalı soyqırımının qarşısını almaq imkanına malik olmadı. İşğalçı Ermənistan qüvvələri bu zəiflikdən istifadə edərək planlı etnik təmizləmə həyata keçirdi.
"Hesab edirəm ki, Xocalı faciəsi həm də regionda təsir imkanlarını qorumağa çalışan sovet imperiyasının məsuliyyətini gündəmə gətirir. Zəifləyən imperiyanın nəzarət mexanizmlərinin işə yaramaması, silahlı birləşmələrin idarəolunmaz fəaliyyəti və Azərbaycana qarşı qisasçılıq hissi bu faciənin baş verməsinə şərait yaratdı.
Hüquqi baxımdan Xocalı soyqırımı beynəlxalq humanitar hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır və insanlığa qarşı cinayət, soyqırımı kimi qiymətləndirilməlidir.
Siyasi və strateji aspektdən isə bu faciə işğalçı Ermənistanın ekspansionist siyasətinin, etnik təmizləmə strategiyasının və regionda geosiyasi maraqların nəticəsi idi. Düşünürəm ki, Xocalı həm də Azərbaycan xalqını qorxuya salmaq, əhalini köçməyə məcbur etmək və demoqrafik vəziyyəti dəyişmək məqsədini daşıyırdı.
Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanınması istiqamətində aparılan işlər davamlı xarakter daşıyır və bu proses dayanmayacaq. Çünki ədalət gec də olsa öz yerini tapmalıdır.
Xocalı unudulmur və unudulmayacaq. Bu faciə Azərbaycan xalqının yaddaşında daim yaşayacaq və tarixi ədalətin təmin olunmasına qədər gündəmdə qalacaq" - deyə, baş redaktor əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 567 Tarix: 26 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək
Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi
14.11.2026 301 COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını
00:39 225 Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu
Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili
14.11.2026 257 Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub
Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo
14.11.2026 201 Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak
00:09 287 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə
14.11.2026 375 "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur
14.11.2026 239 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 286 Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb
Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə
14.11.2026 216