Bank kartlarında saxlanılan maaş və pensiya məbləğinə əlavə gəlir: Azərbaycanda tətbiqi mümkündürmü? - İQTİSADÇIDAN AÇIQLAMA

Bank kartlarında saxlanılan maaş və pensiya məbləğinə əlavə gəlir: Azərbaycanda tətbiqi mümkündürmü? - İQTİSADÇIDAN AÇIQLAMADünyanın bir sıra ölkələrində vətəndaşların bank kartlarında saxladıqları maaş və pensiya vəsaitlərinə banklar tərəfindən əlavə faiz gəliri hesablanması geniş yayılmış maliyyə təcrübələrindən biri hesab olunur. Bu sistem çərçivəsində hesabda qalan pul müəyyən müddət istifadə olunmadıqda, vəsait depozit prinsipi ilə işləyərək sahibinə əlavə qazanc gətirir. Belə yanaşma həm vətəndaşların yığımlarını artırmağa, həm də bank sistemində nağdsız dövriyyənin genişlənməsinə xidmət edir.

Son dövrlər oxşar mexanizmin Azərbaycanda da tətbiq olunmasının mümkün olub-olmaması məsələsi diqqət çəkir. Maaş və pensiya ödənişlərinin böyük hissəsinin artıq bank kartları vasitəsilə həyata keçirildiyi bir şəraitdə, bu vəsaitlərin əlavə gəlir mənbəyinə çevrilməsi ideyası maliyyə sektorunda yeni müzakirə mövzusu kimi qiymətləndirilir. Mövzunun aktuallığı isə həm bank sistemi, həm də sosial təminat baxımından mümkün üstünlüklər və risklər ətrafında suallar yaradır.
Bank kartlarında saxlanılan maaş və pensiya məbləğinə əlavə gəlir: Azərbaycanda tətbiqi mümkündürmü? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı iqtisadçı Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, bu təcrübə banklar arasında rəqabət mühitinin gücləndirilməsi məqsədi ilə edilən bir jestdir. Onun sözlərinə görə, onsuzda kartda olan vəsait bankın sərəncamında olur və həmin müddətdə bank o vəsaitdən xeyir götürür, eyni zamanda əldə etdiyi mənfəətin bir hissəsini kart sahibi ilə bölüşür ki, müştərini özünə cəlb etsin: "Ola bilər ki, həmin müştərinin başqa banklarada məxsus kartı var. Yəni digər banklarda olan xidmətləri müştəri həmin banka daşısın. Azərbaycanda bu təcrübə tətbiq edilə bilər. Ancaq məsələ burasındadır ki, Orta Asiya və Avropa ölkələrində banklar bu təcrübəni öz istəkləri ilə tətbiq etməyiblər. Yəni banklar arasında amansız rəqabət gedib, axırda da bu təcrübəni tətbiq ediblər.

Ancaq Azərbaycanda bilirsiniz ki, fəaliyyət göstərən banklar bəlli banklardır və bu banklar arasında rəqabət mühiti çox zəifdir. Ona görədə mən yaxın zamanda inanmıram ki, Azərbaycanda hansısa bank bu təcrübəni tətbiq etsin. Yəni rəqabət o səviyyəyə gəlib çatmayıb ki, Azərbaycanda banklar bu təcrübəni tətbiq etsin. Bu məcburi qayda və ya qanunun tələbi deyil. Sadəcə olaraq bu təcrübə rəqabət vasitəsidir. Azərbaycanın bank sahəsində də rəqabət mühiti zəif olduğuna görə mən yaxın zamanda inanmıram ki, banklar bu təcrübəni tətbiq etsin. Ancaq bu təcrübə ölkəmizdə də tətbiq edilsə çox gözəl olar. Yəni bizim vətəndaşlarımızda öz sərbəst vəsaitləri üzərindən pul qazana bilərlər. Bu təcrübə həmdə əhalini nəğdsiz ödənişlərə sövq edə bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 7428   Tarix: 24 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.