Bu gün Novruzun ilk - Su çərşənbəsidir

Bu gün Novruzun ilk - Su çərşənbəsidirBu gün Azərbaycanda Su çərşənbəsi qeyd olunur.

BiG.AZ xəbər verir ki, Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır.

İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona "əzəli çərşənbə", "gül çərşənbə" də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə "təzə su", yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.

Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir. Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır, həmçinin bu gün övladı olmayan bir qadının başından qırxaçar qabla su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.

Qeyd edək ki, Od çərşənbəsi martın 3-də, Yel çərşənbəsi martın 10-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.

Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-də daxil olacaq. Martın 20-21-i isə Azərbaycanda Novruz bayramı qeyd olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 677   Tarix: 24 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qətər XİN: Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Qətərdə olduğu təsdiqlənib. "Al Jazeera"nın xəbərinə görə, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ nümayəndələrinin paytaxt Dohada olduğunu, lakin İranla birbaşa danışıqlar aparmayacaqlarını bildirib. Onu

30.06.2026 163
.

Nikol Paşinyan Rusiyaya ixrac məhdudiyyətlərinə aydınlıq gətirdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin məhsullarının Rusiyaya ixracına tətbiq edilən məhdudiyyətlərlə bağlı danışıb. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Paşinyan bildirib ki, mövcud vəziyyət sanksiyalarla əlaqəli deyil və bu ifadənin işlədilməsi yersizdir. "Heç bir sanksiy

30.06.2026 234
.

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

Xalq şairi Nəriman Həsənzadənin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb. OLAY yazır ki, şairin köməkçisi Arif Mehmandost EDnews-a açıqlamasında bildirib ki, hazırda Nəriman Həsənzadənin vəziyyətində əvvəlki günlərlə müqayisədə ciddi müsbət irəliləyiş var. Onun sözlərinə görə, xalq şairi hələ də sün

30.06.2026 287
.

Ermənistanın AİB-də iştirakının dayandırılmasının nəticələri qiymətləndiriləcək

Ekspert komissiyası Ermənistanın Avrasiya İqtisadi Birliyi-də üzvlüyünün dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabat hazırlayır. xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI-yə verdiyi müsahibədə Yerevanın AİB-dəki statusunun dəyişdirilməsinin mümkün nəticələrin

30.06.2026 198
.

Azərbaycanda Milli Sevgililər Günüdür

Həyat sevgilərdən yaranan sevinc və kədərlərlə doludur. Saf sevgi çox müqəddəs hissdir. Təəssüf ki, sevgi insanı xoşbəxt də edir, bədbəxt də. Elə sevgilər də var ki, həyat onları bir ömür yaşadır. Elə sonsuz eşqlə hüznün vəhdətini özündə birləşdirən Fərizə və İlhamın sevgisi də unudulmayan sevgilərdəndir

30.06.2026 264
.

Müğənnilikdən kuryerliyə - Unudulan Fərid Məmmədov

2013. Cəmi 5 ildir, "Avroviziya"da iştirak edən Azərbaycan 1 alibiyyət qazanmaqla, 4 dəfə ilk 10-luğa düşməyi bacarıb. 2012-ci ildə Eldar və Nigarın qazandığı qalibiyyətə baxmayaraq, hər il ilk sıralarda qərarlaşmağı qarşısına hədəf qoyan Azərbaycan həmin il bu adla yarışa qatılır - Fərid Məmmədov

30.06.2026 313
.

Virtual qumarın cəzası ağırlaşdı

Qumar oyunlarının təkrar keçirilməsi üçün yer təşkil etmə və ya saxlamanı virtual formada sosial şəbəkə platformalarından istifadə etməklə törədənlər 4 ilədək azadlıqdan məhrum olacaq. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksin

30.06.2026 204
.

Milli rəqslərin yeni quruluşda təqdimatı: Ənənəni yaşadan müasir baxış

"Milli rəqslərin yeni quruluşda təqdim edilməsi onların mahiyyətini dəyişmir. Əksinə, bu, milli dəyərlərimizi yeni nəslə və daha geniş auditoriyaya çatdırmaq üçün fərqli və müasir yanaşmadır". Bunu BİG.AZ-a açıqlamasında Xarıbülbül Events Group təsisçisi və direktoru, "Ruhumun danişa

30.06.2026 302
.

AŞPA-da "FETÖ" İZİ: Qardaşlıq ruhuna zidd yanaşmalar narahatlıq doğurur

Xəbər verildiyi kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) iyunun 24-də Azərbaycana qarşı təxribatçı qətnamə qəbul etdi. Düzdür, AŞPA-nın qəbul etdiyi bu "qətnamə" hüquqi qüvvəyə malik deyil. Aydındır ki, "qətnamə" siyasi xarakter daşıyır, ayrı-ayrı mənbələrə və birtərəfl

30.06.2026 208
.

TOP MP3