Təkrar pozuntu edən kanalı nə gözləyir? - Dayandırma yoxsa ləğv

Təkrar pozuntu edən kanalı nə gözləyir? - Dayandırma yoxsa ləğvAudiovizual Şuranın mütəmadi olaraq Azərbaycanda fəaliyyət göstərən müxtəlif televiziya kanallarının yayımının müvəqqəti dayandırılması ilə bağlı müvafiq qərarlar qəbul etməsinin şahidi oluruq. Yayımın dayandırılması müddəti adətən bir neçə saat olsa da, bu, 24 saat da təşkil edə bilir.

Qurumun yaydığı press-relizlərdə qayda pozuntusuna yol verən teleşirkətlərin adı bəzi hallarda eyninilik təşkil edir. Belə ki, hansısa telekanalın müxtəlif zamanlarda yayımı eyni və fərqli səbəblərdən bir neçə dəfə müvəqqəti dayandırılır.

Bəs görəsən, telekanalın yayımı bir neçə dəfə, təkrarən müvəqqəti dayandırıldığı halda, onun lisenziyası ləğv edilə bilərmi?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Audiovizual Şuradan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, "Media haqqında" Qanunda yayımın dayandırılması sanksiyasının tətbiqi ilə əlaqədar lisenziyanın ləğvinə əsas yaradan hal mövcud deyil:

"Tətbiq olunan yayımın dayandırılması sanksiyasının sayı da lisenziyanın ləğvinə təsir etmir və bununla bağlı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hər hansı inzibati tənbeh tədbiri (cərimə) yer almayıb.

Bununla yanaşı, eyni qanunvericilik pozuntusu eyni audiovizual media subyekti tərəfindən mütəmadi olaraq törədildikdə Audiovizual Şura üzvləri yayımın dayandırılması müddətinin (1-24 saat arası və 1-30 gün arası) daha uzunmüddətlisini tətbiq edə bilərlər.

Yəni, hər hansı audiovizual media subyektinə qarşı 3 saatlıq dayandırma tətbiq edilirsə, növbəti eyni pozuntu halından sonra bu dayandırma müddəti daha uzun (24 saatdan çox olmayaraq) ola bilər".

Qeyd edilib ki, aidiyyəti qanunvericilik aktlarından irəli gələn tələblərlə bağlı inzibati sanksiya tədbiri nəzərdə tutulmuş hər hansı qanun pozuntusuna münasibətdə həmin sanksiyanın dərəcəsinin, pozuntuya mütənasibliyinin müəyyən edilməsi məhkəmənin səlahiyyətindədir.

Audiovizual media sahəsində lisenziyanın ləğvi

Azərbaycan qanunvericiliyində televiziya kanallarına verilən lisenziyaların hansı hallarda ləğv edilməsinə dair müddəalar öz əksini tapıb.

Belə ki, yerüstü yayımçılara ümumölkə və regional yerüstü televiziya və radio yayımçısı lisenziyaları verilir.

Lisenziya aşağıdakı hallarda ləğv edilir:

lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
"Media haqqında" Qanunda nəzərdə tutulan media subyektinə dair tələblər pozulduqda;
lisenziyanın sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə, hüquqi şəxs ləğv edildikdə;
məhkəmənin müvafiq qərarı olduqda;
lisenziya sahibi olan şəxsin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduğu halda;
lisenziyanın alınması üçün təqdim edilmiş sənədlərdə sonradan düzgün olmayan məlumatlar aşkar edildikdə;
lisenziya sahibi "Media haqqında" Qanunun və Audiovizual Şuranın qərarlarının pozulması hallarının aradan qaldırılmasına dair Audiovizual Şuranın göstərişlərini yerinə yetirmədikdə, yerüstü ümumölkə yayımçısı ölkə üzrə, yerüstü regional yayımçı isə müvafiq region üzrə yerüstü yayımın təmin olunması üçün infrastruktur operatoru ilə müqavilə bağlayarkən infrastruktur operatoruna müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqqının 6 ay ərzində ödənilməməsi barədə infrastruktur operatorunun Audiovizual Şuraya müraciəti olduğu halında lisenziya dayandırılır. Lisenziya sahibi lisenziyanın dayandırıldığı müddət bitənədək bu halı aradan qaldırmadıqda və nəticəsi barədə 3 iş günü müddətində Audiovizual Şuraya yazılı məlumat vermədikdə;
lisenziyada göstərilmiş fəaliyyət növü lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarıldıqda;
yayım lisenziya alındıqdan sonra 6 ay müddətində həyata keçirilmədikdə;
lisenziya verilmiş fəaliyyət növü üzrə ərazi kateqoriyasına riayət edilmədikdə;
yayımın Audiovizual Şuranın qərarı ilə 1 gündən 1 ayadək müddətə müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, yayım ardıcıl olaraq 30 gün və ya bir il ərzində 60 gün həyata keçirilmədikdə;
lisenziya sahibi bir il müddətində azı 5 dəfə audiovizual yayım sahəsində inzibati məsuliyyətə cəlb edildikdə (yəni, Audiovizual Şuranın tərtib etdiyi cərimə protokolu məhkəmə tərəfindən tətbiq edildikdə);
Audiovizual Şura tərəfindən müsabiqənin qalibinə lisenziyanın verilməsi barədə qərar qəbul edilir, bu qərar ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir, müsabiqənin qalibinə Audiovizual Şura tərəfindən lisenziyanın verilməsi üçün dövlət rüsumu ödəmək vəzifəsi barədə şifahi və ya məktub vasitəsilə məlumat verilir, ərizəçi bu məlumatı aldığı tarixdən 5 iş günü müddətində dövlət rüsumunu ödəməlidir. Ərizəçiyə peyk yayımı həyata keçirməyən platforma yayımçısı, platforma operatoru və sifarişli yayım xidməti provayderi üçün lisenziyanın verilməsi üçün dövlət rüsumu ödəmək vəzifəsi barədə şifahi və ya məktub vasitəsilə məlumat verilir, ərizəçi bu məlumatı aldığı tarixdən 5 iş günü müddətində dövlət rüsumunu ödəməlidir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu müddətdə Audiovizual Şuraya təqdim edilmədikdə.

Lisenziya bu Qanunun yuxarıdakı hallara (məhkəmənin müvafiq qərarı ilə lisenziyanın ləğv edilmə halı istisna olmaqla) istinad edilməklə Audiovizual Şuranın qərarı ilə ləğv edilir. Həmin qərar qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziya sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

Audiovizual Şura lisenziyanın ləğvi barədə qərar qəbul edildiyi gündən 3 iş günü müddətində həmin qərar barədə məlumatı Media Reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.

Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara, etnik, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, terrorçuluğa açıq çağırışlar, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatların yayılması lisenziya sahibi olan yayımçı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda lisenziya Audiovizual Şuranın iddia ərizəsi əsasında məhkəmənin qərarı ilə ləğv edilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 998   Tarix: 23 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.