Ətin qiymətində gözlənilməz DƏYİŞİKLİK
Bu ilin yanvarında Azərbaycana 8,2 milyon ABŞ dolları dəyərində 3332 ton ət idxal olunub.
Statistik göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə idxalın həm həcminin, həm də ümumi dəyərinin azaldığını göstərir. Lakin diqqət çəkən əsas məqam qiymət dinamikasıdır: 1 kiloqram ətin orta idxal qiyməti 2,22 dollardan 2,46 dollara yüksəlib ki, bu da illik müqayisədə 10,8 faiz artım deməkdir. Başqa sözlə, bazara az həcmdə ət daxil olur, lakin daha yüksək qiymətə.
Mövcud bahalaşmanın səbəbləri nədir və qarşıdakı dövrdə ət bazarında hansı dəyişikliklər gözlənilir?
BiG.AZ xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli deyib ki, ətin bahalaşmasının əsas səbəblərindən biri iqlim dəyişiklikləridir:
"İqlim dəyişikliyi nəticəsində örüş torpaqları azalır, yaylaqlar məhdudlaşır və bu da heyvandarlığa ciddi təsir göstərir. Nəticədə imkanlar daralır və istehsal həcmi azalır".
"Azərbaycanda müvafiq standartlar mövcuddur, lakin təklif azaldıqca qiymətlər artır. Burada bir neçə səbəb var: qlobal qeyri-sabitlik, logistika xərclərinin artması və dünya bazarlarında baş verən proseslər qiymət artımına gətirib çıxarır. Dünya bazarlarında təklifin azalması nəticəsində bir çox ölkələr ixrac həcmini azaltmağa məcbur olur. Əvvəllər müəyyən miqdarda ixrac edən ölkələr indi daxili tələbatı nəzərə alaraq ixracı məhdudlaşdırır. Bu isə idxaldan asılı ölkələrdə, o cümlədən Azərbaycanda qiymət artımına və idxalın azalmasına səbəb olur".
Ət bazarında gözləntilərə gəlincə...
Emin Qəribli hesab edir ki, qısamüddətli dövrdə, xüsusilə Novruz və Ramazan bayramları ərəfəsində müəyyən qiymət artımı mümkündür:
"Lakin ciddi problem gözlənilmir. Sahibkarlar bazarı tənzimləyəcək, idxal həcmi artırıla bilər. İl ərzində cüzi artım ehtimalı var, amma kəskin bahalaşma proqnozlaşdırılmır. Bu proseslər təkcə Azərbaycanda deyil, qonşu ölkələrdə də baş verir.
Artan qiymətlər müəyyən mənada bu sahəni investisiya baxımından daha cəlbedici edir.
Rentabellik artdıqca investisiyalar yönəlir və nəticədə istehsal genişlənə, qiymətlər isə sabitləşə bilər. Lakin bu proses zaman tələb edir. Bunu müvəqqəti çətinlik kimi qiymətləndirirəm . Bazar mexanizmləri zamanla tarazlığı bərpa edə bilər. Dövlətin də iqlim dəyişiklikləri ilə bağlı xüsusi proqramlar qəbul etməsi daxili istehsalın artmasına və mövcud çatışmazlığın aradan qaldırılmasına töhfə verə bilər".
İqtisadçı Günay Hüseynova isə bildirib ki, idxalın həcminin artmasına səbəb yerli istehsalın həcminin ilbəil azalması ilə əlaqədardır:
"İdxal qiymətlərinin əvvəlki illərlə fərqinə gəldikdə, bu, həmin ölkələrdəki qiymət artımı və inflyasiya ilə əlaqədardır. Ət bazarındakı gözləntilər barədə onu deyə bilərəm ki, yaxın gələcəkdə dövlət müdaxiləsi olmasa, qiymətlər kəskin yüksələ bilər.
Digər məsələ isə alternativ bazara yönəlmə ola bilər. Yəni qiymətlərin kəskin yüksəlməsinə qarşı alternativ bazara, məsələn, Hindistan, Pakistan bazarına daha çox yönəlmə mümkündür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 10288 Tarix: 22 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu
Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili
14.11.2026 257 İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd
00:13 263 2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti
Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını
00:11 279 TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə
01:50 384 Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb
Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə
14.11.2026 216 Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak
00:09 287 Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq
Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd
14.11.2026 219 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
12:30 0 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat
14.11.2026 401