Gürcüstanda bəzi sahələrdə əcnəbilərin işləməsi qadağan edilir
Gürcüstan hökumətinin xüsusi qərarı ilə 2026-cı il martın 1-dən etibarən ölkədə xarici vətəndaşların bir sıra sahələrdə işləməsi tam şəkildə məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, məlumatı "Sputnik Gürcüstan" yayıb.
Yeni qaydalara əsasən, əcnəbilərin kuryerlikdə, sərnişin daşımalarında, o cümlədən taksi fəaliyyətində, eləcə də turizm bələdçisi xidmətləri sahəsində işləməsinə icazə verilməyəcək. Qadağa yalnız muzdlu əmək fəaliyyətinə deyil, həm də bu sahələrdə sahibkarlıq fəaliyyətinə şamil olunur.
Bununla yanaşı, 2026-cı ildə bələdçi, o cümlədən xizək bələdçisi kimi fəaliyyət göstərə biləcək xarici vətəndaşların sayı 200 nəfərlə məhdudlaşdırılacaq.
Əcnəbilərin digər sahələrdə işə cəlb edilməsi üçün işəgötürənlər müraciət etməzdən ən azı 10 iş günü əvvəl vakant iş yeri barədə məlumat yerləşdirməlidirlər. Bu tələb əmək miqrasiyası ilə bağlı prosedurun bir hissəsi olacaq.
Bundan əlavə, martın 1-dən etibarən Gürcüstanda işləmək istəyən bütün xarici vətəndaşlardan xüsusi iş icazəsi tələb olunacaq. Həmin icazə iş məqsədli yaşayış icazəsinin verilməsi üçün əsas sayılacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 139 Tarix: 22 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hövsanda bu evlər söküləcək - VİDEO
Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində dəmiryolu xəttinə yaxın ərazilərdə inşa edilmiş fərdi yaşayış evlərinin sökülməsi məsələsi gündəmə gəlib. xəbər verir ki, söküntü işləri ilə əlaqədar evlərin çölü müvafiq nişanlanıb. Sakinlər ərazinin plana düşəcəyini söyləsələr də, evlərin nə vaxt və hans
22.02.2026 206 Fridrix Merts rüsumları müzakirə etmək üçün Vaşinqtona gedəcək
Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla rüsumlarla bağlı dəyişən vəziyyəti müzakirə etmək üçün Vaşinqtona gedəcəyini elan edib. "Report" xəbər verir ki, Merts bunu Ştutqartda Xristian-Demokrat İttifaqının qurultayı başa çatdıqdan sonra ARD telekanalına müsahibəsində bildirib
22.02.2026 161 Uitkoff: Yeni Rusiya-Ukrayna danışıqları üç həftə ərzində baş tuta bilər
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ukrayna ilə bağlı yeni danışıqlar raundunun yaxın üç həftə ərzində baş tutacağına ümid etdiyini bildirib. "Report"un məlumatına görə, o, bunu "Fox News"a müsahibəsində bildirib. Uitkoffun sözlərinə görə, hər iki tərəfə təqdim edilə
22.02.2026 180 Avstraliyanın hərbi gəmisi Tayvan boğazını keçib
Avstraliya Kral Hərbi Dəniz Qüvvələrinin gəmisi Tayvan boğazından keçib. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi hökumətdəki mənbəyə istinadən məlumat yayıb. "Anzac" sinifli freqat olan "Toowoomba" Hind-Sakit okeanı zonasında regional iştirak üçü
22.02.2026 172 CNN: Çin yeni nəsil nüvə silahları hazırlaya bilər
ABŞ-nin xüsusi xidmət orqanları hesab edir ki, Çin yeni nəsil nüvə silahları hazırlayır və nüvə arsenalının transformasiyası çərçivəsində artıq bir sınaq keçirib. "Report" xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat verib. Mənbələrin məlumatına görə, Çin nüvə arsenalına qoyula
22.02.2026 104 Bakıda yeni marşrut xətti istifadəyə verildi - 55 qəpik
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən mövcud 214 nömrəli marşrutun sərnişin tələbatı təhlil edilib. Agentlikdən -a verilən məlumata görə, çoxsaylı müraciətlər nəzərə alınaraq fevralın 22-dən əlavə 214A nömrəli marşrut xətti istifadəyə verilib. Marşrut xətti Ramana qəsəbəsini (F.Qayıbov küçəsi
22.02.2026 231 KİV: III Çarlz polisin şahzadə Endryu ilə bağlı sənədlərə çıxışını təmin edib
Kral II Çarlz polisin qardaşı Endryu Mauntbatten-Vindzorun ölkənin xüsusi ticarət elçisi kimi fəaliyyəti ilə bağlı bütün sənədlərə, elektron poçtlara və hökumət sənədlərinə çıxışını təmin edib. "Report" xəbər verir ki, "The Observer" qəzeti bu barədə mənbələrə istinadən məlumat yayıb
22.02.2026 145 Tramp Vaşinqtonda fövqəladə vəziyyət elan edib
ABŞ Prezidenti Donald Tramp şəhər kanalizasiyasından Potomak çayına tullantı sularının axması səbəbindən ölkənin paytaxtında fövqəladə vəziyyət rejiminin tətbiqini təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb. Bu, quruma yerl
22.02.2026 181 Lvovda TERROR AKTI: Ölən və yaralananlar var
Lvovda gecə saatlarında baş vermiş partlayışlar nəticəsində yaralananların sayı 24-ə çatıb. bu barədə Ukrayna Milli Polisinin rəsmi saytına istinadən xəbər verir. "Bu gün təxminən saat 00:30-da "102" xüsusi telefon xəttinə Danilişin küçəsindəki mağazaya qanunsuz daxilolma barədə məluma
22.02.2026 185