Faciəli şəkildə həlak olan yanğınsöndürənin atası: "Gözləyirdik ki, işdən gələcək" - VİDEO
Salyan rayonunda yanan avtomobili söndürən iki nəfəri maşın vurub. Biri ölüb, digəri xəsarət alıb.
Hadisə nəticəsində 42 yaşlı yanğınsöndürən Hakim Piriyev həlak olub.
Mərhumun anası Şərqiyyə Piriyeva hadisə barədə Baku TV-yə danışarkən göz yaşlarını saxlaya bilməyib:
"Mənə dedilər ki, əzilib. İşdə olub, əzilib. Balam sevinə-sevinə maşın aldı, maşınla balalarını məktəbə aparıb gətirirdi, sevinə-sevinə işə gedirdi. Balamı gözümlə gördüm meyitxanada. Gözlərim görməyəydi".
Mərhumun atası Şahlar Piriyev isə baş verənlərlə bağlı bunları deyib:
"Gözləyirdik, işdən gələcəkdi. Həmişə gəlirdi, gözləyirdik. Gəlib çatmadı".
Hadisə zamanı Salyan rayonunun Xocalı kənd sakini, 37 yaşlı Elşən Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ambulator müalicə üçün evə buraxılan Elşən Tağıyev hadisəni belə xatırlayır:
"Səhər saatlarında yanğın hadisəsi ilə bağlı məlumat daxil oldu. Hava dumanlı olduğu üçün hadisə baş verdi. Yanğını söndürürdük, o da bərk gəldi, vurdu bizi".
20 ilə yaxın müddətdə Fövqəladə Hallar Nazirliyinin müvafiq bölməsində xidmət edən Hakim Piriyev peşəsinə sadiq xilasedici kimi tanınıb.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1090 Tarix: 22 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya ordusunun Ukraynanın müxtəlif vilayətlərinə endirdiyi zərbələr nəticəsində azı 7 nəfər həlak olub, 56 nəfər yaralanıb
Ukrayna rəsmilərinin yaydığı məlumata görə, son sutka ərzində Rusiyanın hücumları Zaporojye vilayəti, Xerson vilayəti, Dnepropetrovsk vilayəti və Xarkov vilayəti ərazilərini əhatə edib. Məlumata əsasən, Zaporojye vilayətində 56 yaşayış məntəqəsinə yüzlərlə zərbə endirilib. Nəticədə 3 nəfər ölüb, 18 nəfə
30.06.2026 240 ABŞ-la birbaşa danışıqlara razılaşmayan İran Dohada vasitəçilərlə görüşəcək
ABŞ və İran nümayəndələrinin bu gün Qətərin paytaxtı Doha şəhərində təmaslar keçirməsi gözlənilir. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, lakin Tehran Vaşinqtonla birbaşa danışıqlar aparacağı barədə yayılan məlumatları təkzib edib. İran Xarici İşlər Nazirliyi bəyan edib ki, İran nümayəndə heyət
30.06.2026 235 AB ruslara tam qadağa qoyur
Avropa Komissiyası (AK) rusiyalılara turist vizalarının verilməsinin tamamilə qadağan edilməsini müzakirə edir. xəbər verir ki, bu barədə "İzvestiya" avropalı mənbəyə istinadla məlumat yayıb. Qadağanın mümkün tətbiqinin vaxtı ilə bağlı məlumat verilməyib
30.06.2026 184 Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu
Xalq şairi Nəriman Həsənzadənin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb. OLAY yazır ki, şairin köməkçisi Arif Mehmandost EDnews-a açıqlamasında bildirib ki, hazırda Nəriman Həsənzadənin vəziyyətində əvvəlki günlərlə müqayisədə ciddi müsbət irəliləyiş var. Onun sözlərinə görə, xalq şairi hələ də sün
30.06.2026 287 İyulun ilk günü yağış yağacaq
Bakıda və Abşeron yarımadasında iyulun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanı
30.06.2026 326 "Səninlə keçirdiyim illər üçün Allaha minnətdaram"
Azərbaycanlı teleaparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı, türkiyəli müğənni Doğuşun ad günü münasibətilə sosial şəbəkə hesabında duyğusal paylaşım edib. xəbər verir ki, aparıcı paylaşımında həyat yoldaşına sevgisini ifadə edərək birlikdə keçirdikləri illərə görə Allaha şükür etdiyini bildirib. "A
30.06.2026 196 Kolorado ştatından sosialist namizəd ABŞ-ın xarici siyasətinə görə 11 sentyabr terror hücumlarını "qaçılmaz" adlandırdı
Kolorado Demokrat Sosialist namizədi Melat Kiros bu yaxınlarda ABŞ və İsrailin Yaxın Şərqdəki hərbi əməliyyatlarından sonra 11 sentyabr və 10 sentyabr terror hücumlarının "qaçılmaz" olduğunu iddia etdi. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, 22 iyun tarixində Colorado-nun Next 9News kanalın
30.06.2026 211 İmtahan balları artırılarsa kim qazanacaq, kim uduzacaq?
"İmtahan ballarının artırılması məsələsi həm təhsil ekspertləri, həm valideynlər, həm də şagirdlər arasında hər zaman geniş müzakirələrə səbəb olan, kifayət qədər həssas və çoxşaxəli bir mövzudur. Bu addımın nə dərəcədə doğru olub-olmamasına qəti şəkildə "bəli" və ya "xeyr" cavab
30.06.2026 225 Dişi yenidən çıxaran dərmanın sınağı başladı
Yaponiyalı alimlər itirilmiş dişlərin yerinə insan orqanizmində yeni təbii dişlərin yetişməsinə imkan verə biləcək preparat üzərində çalışırlar. Yeni texnologiya artıq insanlar üzərində klinik sınaqların ilk mərhələsini uğurla keçib. Əgər bu üsul gözlənilən nəticəni versə, gələcəkdə diş implantları v
30.06.2026 214