Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək - YENİ QƏRAR
Əmək şəraiti və stajına görə, həmçinin uşaqlı qadınlar və azad edilən ərazilərdə işləyən mütəxəssislərə verilən əlavə məzuniyyətlə bağlı yeni qaydalar tətbiq ediləcək.
Trend-in əldə etdiyi məlumata görə, sözügedən şəxslərə istifadə etmədikləri əlavə məzuniyyətə görə kompensasiya veriləcək.
Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər
Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə müddəti 6 təqvim günündən az olmayan əlavə məzuniyyətlər verilir.
Əmək stajına görə əlavə məzuniyyətlər
Əmək stajından asılı olaraq işçilərə 5 ildən 10 ilədək əmək stajı olduqda 2 təqvim günü, 10 ildən 15 ilədək əmək stajı olduqda 4 təqvim günü, 15 ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Uşaqlı qadınların əlavə məzuniyyətləri
Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 14 yaşınadək 2 uşağı olan qadınlara 2 təqvim günü, bu yaşadək 3 və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin əlavə məzuniyyəti
İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
İstifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsi
Hazırda qüvvədə olan qanunvericiliyə görə, əmək münasibətlərinə xitam verilərkən yuxarıda nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə kompensasiya verilmir.
Yeni qərara əsasən isə, bərabərlik və normativ hüquqi aktların haqq-ədalətə əsaslanması prinsiplərinin tələbləri ilə uyğunsuzluq təşkil etdiyinə və ödənişli əmək məzuniyyəti hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırdığına görə yuxarıdakı abzasdakı müddəanın tətbiqi dayandırılacaq.
Mövcud qeyri-bərabərliyin qarşısının alınması məqsədilə əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi yuxarıda göstərilən əlavə məzuniyyətlərinə görə istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin ediləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 936 Tarix: 22 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu
Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili
14.11.2026 257 İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd
00:13 263 2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti
Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını
00:11 279 TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə
01:50 384 Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb
Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə
14.11.2026 216 Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak
00:09 287 Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq
Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd
14.11.2026 219 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
12:30 0 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat
14.11.2026 401