ABŞ Səudiyyə Ərəbistanına altı "uçan radar" yerləşdirib
ABŞ son günlərdə Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasına ümumilikdə 6 "E-3C Sentry AWACS" uzaqdan radiolokasiya aşkarlayıcı və idarəetmə təyyarəsi yerləşdirib.
Oxu.Az-ın xəbərinə görə, bunu "Flightradar24" aviasiya resursunun məlumatları göstərir.
Təyyarələrin sonuncu cütlüyü ötən gün ABŞ-dən transatlantik uçuşdan sonra Səudiyyə Ərəbistanına çatıb. Çinin "MizarVision" peyk məlumatları provayderi Səudiyyə Ərəbistanı aviabazasından fotolar dərc edib ki, orada altı təyyarənin hamısı əks olunub.
"Boeing E-3C" təyyarəsi havadan komandanlığı və idarəetmə sisteminin əsasını təşkil edir və genişmiqyaslı hava əməliyyatlarını idarə etməyə, qırıcı təyyarələrin, tanker təyyarələrin və kəşfiyyat platformalarının hərəkətlərini koordinasiya etməyə (əlaqələndirməyə), eləcə də yüzlərlə kilometr məsafədə düşmən təyyarələri barədə erkən xəbərdarlıq etməyə qadirdir. "Itamilradar" portalının qeyd etdiyi kimi, indi aydındır ki, bölgəyə çox sayda döyüş aviasiyasının yerləşdirilməsinin davam etməsi fonunda ABŞ təkcə zərbə gücünü artırmaqla qalmayıb, həm də döyüş əməliyyatları şərtlərində onun tam şəkildə idarəetmə sistemini yaradır.
Qərb mediasının məlumatına görə, bir çox analitiklər AWACS təyyarələrinin Yaxın Şərqə gəlməsini ABŞ-nin İrana qarşı hərbi əməliyyat keçirməsi üçün lazım olan son "çatışmayan elementlərdən" biri kimi görürlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 681 Tarix: 21 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKülək turbinlərinin yaxınlığında yaşamaq təhlükəlidirmi? - Gözlənilməz CAVAB
Alimlər insanların təhlükəsizliyini təmin etmək üçün külək turbinləri ilə yaşayış məntəqələri arasında uyğun məsafənin saxlanmasının vacib olduğunu bildiriblər. Külək turbinləri tonlarla yanacaq yandırmadan təmiz enerji istehsal etməyə imkan verir. Buna baxmayaraq, hər kəs onların yaxınlığında yaşama
21.09.2026 158 44 gün, bir Zəfər və dəyişən tarix: Vətən müharibəsindən 6 il ötür
"2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsindən 6 il ötür. Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qalan bu müharibə noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə başa çatdı. Həmin 44 gün ərzində Azərbaycan Ordusu bir sıra əraziləri və yaşayış məntəqələrin
21.09.2026 185 Stüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin
İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik
21.09.2026 187 Şimali Koreya sərhədində partlayış: yaralılar var
Cənubi və Şimali Koreyanı ayıran Demilitarizasiya Zonasında (DMZ) naməlum qurğu partlayıb. xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb. Məlumata görə, partlayış səhər saatlarında DMZ-in qərb sektorunda Hərbi Demarkasiya Xəttinin cənubunda axtarış və kəşfiyyat əməliyyat
21.09.2026 136 Yeniyetmənin "Roblox"a görə intiharı parlamentdə müzakirə edildi
Milli Məclisdə Xətai rayonunda yeniyetmənin oyun platformasına görə intiharı məsələsi müzakirə edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc danışıb. "Bildiyiniz kimi, bir neçə gün öncə Xətaid
21.09.2026 199 "Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"
"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə
21.09.2026 236 Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan
Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix
21.09.2026 177 Alim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
21.09.2026 384 Qızıl bahalaşdı
Azərbaycanda 2026-cı il sentyabrın 21-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın rəsmi qiyməti 7 423.9340 manat, 1 qram qızılın qiyməti isə 238.68 manat təşkil edir. 99 əyyar (Təmiz qızıl) - 238.68 manat, 750 əyyar (İtalyan qızılı) - 179.19 manat, 585 əyya
21.09.2026 138