Trampdan GÖZLƏNİLMƏZ QƏRAR: Yeni qiymətlər qüvvəyə minir
ABŞ Prezidenti Donald Tramp bütün ölkələrdən idxal edilən mallara 10% rüsumun tətbiqini nəzərdə tutan fərman imzaladığını bəyan edib.
Oxu.Az-ın xəbərinə görə, o bu barədə "Truth Social" səhifəsində paylaşım edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, o, Oval kabinetdə bütün ölkələr barəsində 10% qlobal rüsum tətbiq edən fərman imzalayıb və bu, dərhal qüvvəyə minəcək.
Bəyanata əsasən, ABŞ-də idxala əlavə 10%-lik rüsum fevralın 24-dən qüvvəyə minəcək və 150 gün müddətində qüvvədə qalacaq.
Həmçinin qeyd edilir ki, əlavə rüsum müəyyən vacib mineralların, enerjidaşıyıcıların, təbii sərvətlərin, ölkə ərazisində istehsal olunmayan gübrələrin, bəzi kənd təsərrüfatı məhsullarının, əczaçılıq məhsullarının, bəzi elektronika növlərinin, avtomobillərin və digər nəqliyyat növlərinin, eləcə də aerokosmik sənayedə istifadə olunan məhsulların idxalına şamil edilməyəcək. Bundan əlavə, ABŞ-yə milli təhlükəsizlik məhsullarının idxalı, eləcə də ABŞ-Meksika-Kanada üçtərəfli ticarət sazişində (USMCA) idxalı nəzərdə tutulan malların idxalı əlavə rüsumdan azad olunub.
Eyni zamanda Ağ Evin saytında fevralın 20-də dərc edilmiş bəyanata əsasən, ABŞ həmçinin Ali Məhkəmənin müvafiq qərarından sonra bəzi gömrük rüsumlarını da ləğv edib.
Buradan aydın olur ki, fövqəladə vəziyyət haqqında qanun adı altında tətbiq edilən rüsumlara xitam verilir. Söhbət xüsusilə ABŞ tərəfindən 2025-ci ilin aprel ayında 185 ölkə və ərazidən məhsullara tətbiq edilən rüsumlardan gedir. Bundan əlavə, qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı ilə mübarizə bəhanəsi ilə Çin, Meksika və Kanadaya, eləcə də Venesueladan neft və ya qaz alan ölkələrə tətbiq edilən rüsumlar da ləğv edilir. Eyni zamanda ABŞ-nin 2025-ci ilin avqust ayında Rusiya neftinin alınması ilə əlaqədar Hindistana əlavə 25% rüsum tətbiq etdiyi sərəncam qüvvədən düşüb. Rüsumlar fevralın 7-də ləğv edilib. Həmçinin ABŞ-nin Kubaya neft tədarük edən ölkələrə, eləcə də İrandan mal və məhsullar idxal edən ölkələrə rüsum tətbiq etməsinə imkan verən sərəncamlar da ləğv edilib.
Sənəddə qeyd edilir ki, müvafiq sərəncamlar bundan sonra qüvvədə olmamalıdır, onların nəzərdə tutduğu rüsumlar isə mümkün qədər tez ləğv edilməlidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 623 Tarix: 21 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video
Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər
10:35 0 Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14.11.2026 243 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg
00:37 264 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
12:30 0 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
14.11.2026 229 Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak
00:09 287 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat
14.11.2026 401 Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy
14.11.2026 236 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını
00:40 234