İftar süfrəsinə hazırlaya bilərsiniz
Axşam.az "İftar menyusu"nu təqdim edir:
Qiyməli şorba
Ərzaqlar:
1 ədəd kiçik soğan
3 xörək qaşığı bitki yağı
100 qram qiymə
1 kiçik çay stəkanı vermişel
6 stəkan su (200 ml stəkan istifadə edərək)
1 çay qaşığı duz
1 çay qaşığı qırmızı istiot
1 çay qaşığı tərəvəz ədviyyatı tozu
Yarım çay qaşığı qara istiot
Sous üçün:
1 stəkan qatıq (bir az sulu)
1 yumurta sarısı
1.5 xörək qaşığı un
Üzəri üçün:
1 xörək qaşığı bitki yağı
1 xörək qaşığı kərə yağı
1 çay qaşığı quru nanə
Hazırlanması:
Bitki yağını qazana əlavə edin və xırda doğranan soğanı azca qovurun. Sonra qiyməni əlavə edin və yüngülcə bişirin. Vermişeli əlavə edin və qısa müddətə qovurun, suyu töküb və qaynamağa başlayanda ədviyyatları əlavə edin. 15 dəqiqə vam odda saxlayın.
Sous üçün inqrediyentləri yaxşıca çalın, bir çömçə şorba bulyonu əlavə edin və yenidən çalın, sonra şorbaya tökün, yaxşıca qarışdırın. Vam odda on dəqiqə bişirin. Sous üçün yağı tavada yaxşı qızarana qədər qızdırın, nanəni əlavə edin və qarışdırın. Şorbanın üzərinə tökün və ocağı söndürün.
Püreli köftə
Ərzaqlar:
300 qram qiymə
1 yumurta
5-6 diş sarımsaq
4 xörək qaşığı əzilmiş köhnə çörək (çörək qırıntıları yaxşı işləmir)
1 çay qaşığı qırmızı çili tozu
1 çay qaşığı qara istiot
2 xörək qaşığı zeytun yağı
Duz
Sous üçün:
1 orta ölçülü pomidor
1 çay qaşığı qırmızı istiot pastası
2 diş sarımsaq
1 çay qaşığı kərə yağı
Kəklikotu
Duz
Kartof püresi üçün:
3 orta ölçülü kartof
1/2 (yarım) stəkan süd
Duz
Üstü üçün:
150 qram çedar pendiri
Hazırlanması:
Əvvəlcə qiyməni dərin bir qaba qoyub, xırda doğranmış sarımsaq və digər inqrediyentləri əlavə edib, yaxşıca yoğurmaq lazımdır. Yoğrulmuş qiymə qarışığından kiçik toplar düzəldib, yarım saat soyuducuda saxlayın. Bu ərəfədə kartofları soyub qaynadın.
Sous üçün lazım olan ərzaqları blenderə qoyub, püre halına gələnə qədər qarışdırın. Tavaya yağ töküb, küftələri qızardın. Üzərinə sousu əlavə edib, bişirin.
Küftələr sousla bişərkən, kartofları əzib bişirmə qabına qoyub, üstünü hamarlayın. Küftələri üzərinə düzüb, sürtgəcdən keçirilmiş çedar pendiri səpib, üstü qızarana qədər sobada bişirin.
Yoqurtlu keks
Ərzaq:
Yoqurt - 1 stəkan
Yumurta - 3 ədəd
Şəkər tozu - 0,7 stəkan
Kərə yağı - 40 qr.
Duru yağ - 2 x/q.
Gavalı qurusu - 100 qr.
Kişmiş - 100 qr.
Qabartma tozu - 1 ədəd
Un - 1,5 stəkan
Hazırlanması:
Quru meyvələri isti suda 5 dəqiqə saxlayıb, suyunu süzüb, dəsmalla qurutduqdan sonra üstünə azca un səp. Yumurtanın ağını sarısından ayır. Sarının üstünə şəkər tozu əlavə edib, mikserlə qarışdır. Üzərinə vanil, duru və kərə yağını töküb, qarışdırmağa davam et. Sonra yoqurtu tök. Mikserlə bir az çaldıqdan sonra un, qabartma tozu və quru meyvəni töküb, qaşıqla qarışdır. Kənarda yumurtanın ağını beze halına gələnə kimi qarışdırıb, xəmirə əlavə et. Qabı yağlayıb xəmiri tök, 180 dərəcədə bişir. Hazır olduqdan sonra üzərinə qənd tozu səp.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 901 Tarix: 19 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
14.11.2026 229 COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını
00:39 225 Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK
Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd
12:19 0 XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət
10:50 0 Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla
11:30 0 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
14.11.2026 230 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
12:00 0 Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb
Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə
14.11.2026 216 Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq
Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını
01:14 277