Buraxılış imtahanlarının vaxtı təhsilin məntiqinə uyğundurmu?

Buraxılış imtahanlarının vaxtı təhsilin məntiqinə uyğundurmu?"Valideynlərin və şagirdlərin bu narahatlığı tamamilə əsaslıdır. Tədris ili iyun ayında başa çatdığı halda, buraxılış imtahanlarının mart ayına təyin edilməsi həm pedaqoji, həm də psixoloji baxımdan ciddi ziddiyyət yaradır. Təhsilin fundamental məntiqi sadədir: əvvəlcə bilik tam şəkildə öyrədilir, daha sonra isə qiymətləndirilir. Dövlət proqramı 11-ci sinfin sonuna qədər olan dövrü əhatə etdiyi halda, imtahanın martda keçirilməsi şagirdi hələ mənimsəmədiyi mövzular üzrə sınağa çəkmək deməkdir".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, bu yanaşma tədris planının mahiyyətini zəiflədir. Müəllim mövzuları sürətlə başa çatdırmağa, şagird isə dərindən qavramaq əvəzinə mexaniki yaddaşa üstünlük verməyə məcbur olur. Nəticədə keyfiyyət deyil, sürət əsas meyara çevrilir:

"Eyni zamanda, erkən imtahan modeli repetitor asılılığını daha da gücləndirir. Məktəb proqramı təbii axarında davam etdiyi halda, şagird martadək materialı "çatdırmaq" üçün əlavə hazırlıq kurslarına üz tutur. Bu isə o deməkdir ki, mart imtahanları məktəbin deyil, daha çox fərdi repetitor hazırlığının nəticəsini ölçür.
Buraxılış imtahanlarının vaxtı təhsilin məntiqinə uyğundurmu?Digər tərəfdən, martda imtahan verərək prosesi "bitmiş" hesab edən şagird üçün aprel və may aylarında sinif otağı öz funksiyasını itirir. İmtahandan sonra motivasiyanı qorumaq çətinləşir və tədris ilinin son aylarının səmərəliliyi minimuma enir.

Aydın görünür ki, buraxılış imtahanlarının bu qədər erkən keçirilməsi təhsilin məzmunundan daha çox nəticələrin emalı və növbəti mərhələlərin texniki planlaşdırılması kimi inzibati rahatlığa xidmət edir. Halbuki şagirdin tam və sistemli bilik əldə etməsi istənilən statistik göstəricidən daha önəmli olmalıdır.

Həqiqi və ədalətli qiymətləndirmə üçün imtahan tədris proqramı tam yekunlaşdıqdan sonra keçirilməlidir. Əks halda, şagirdin zəhməti vaxtından əvvəl, yarımçıq qalmış mövzuların kölgəsində qiymətləndirilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 679   Tarix: 19 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 229
.

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını

00:39 225
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 0
.

XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət

10:50 0
.

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla

11:30 0
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

14.11.2026 230
.

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

12:00 0
.

Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb

Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə

14.11.2026 216
.

Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq

Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını

01:14 277
.