"Apple" bu tarixdə bir neçə yeni məhsulunu təqdim edəcək
"Apple" mart ayının ilk həftəsində bir neçə yeni məhsulunu elan etməyə hazırlaşır.
BAKU.WS xəbər verir ki, şirkət jurnalistləri və kontent yaradıcılarını 4 mart tarixində Nyu-York, London və Şanxayda eyni vaxtda keçiriləcək "Special Apple Experience" adlı tədbirə dəvət edib.
Bildirilir ki, təqdimatlar 2-4 mart tarixləri arasında mərhələli şəkildə baş tuta bilər. Gözlənilir ki, ənənəvi onlayn təqdimat əvəzinə yeniliklər "Apple Newsroom" platformasında press-reliz formatında yayımlanacaq.
Bununla yanaşı, hər bir cihaz üçün qısa təqdimat videolarının hazırlanacağı istisna edilmir. Rəsmi elanlardan sonra dəvət olunmuş media nümayəndələri məhsulları yerində test etmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, "Apple" oxşar təqdimat formatından daha əvvəl - 2019-cu ilin martında və 2024-cü ilin oktyabrında da istifadə edib. Həmin vaxt yeni məhsullar bir neçə gün ərzində ardıcıl şəkildə təqdim olunmuşdu.
Gözlənilən yeniliklər arasında "iPhone" səviyyəli çiplə təchiz olunmuş, 12,9 düymlük displeyə və yeni korpus rənglərinə sahib büdcə seqmentli MacBook-un adı çəkilir. Bundan əlavə, A19 prosessoru, "MagSafe" dəstəyi və yenilənmiş simsiz çiplərlə təchiz olunacağı bildirilən "iPhone 17e" modelinin də təqdim ediləcəyi ehtimal edilir. ABŞ bazarında bu modelin başlanğıc qiymətinin təxminən 599 dollar olacağı gözlənilir.
Eyni zamanda "iPad Air" modelinin M4 çipinə keçəcəyi, baza iPad versiyasının daha müasir prosessorla yenilənəcəyi bildirilir. "MacBook Air", "MacBook Pro" və "Mac Studio" modellərinin isə M5 seriyalı yeni nəsil prosessorlar və daha sürətli SSD yaddaş dəstəyi ilə təqdim oluna biləcəyi qeyd edilir.
Mümkün yeniliklər sırasında mini-LED arxa işıqlandırmaya və daha yüksək yenilənmə tezliyinə malik yeni "Studio Display" monitoru, fərdiləşdirilmiş "Siri" və "Apple Intelligence" dəstəyi olan ev üçün "ağıllı" mərkəz, həmçinin HomeKit dəstəkli təhlükəsizlik kamerası da yer alır. Hələlik yeni "Apple TV" və "HomePod" mini modellərinin təqdim olunacağı təsdiqlənməyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 890 Tarix: 18 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
14.11.2026 229 COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını
00:39 225 Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK
Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd
12:19 0 XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət
10:50 0 Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla
11:30 0 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
14.11.2026 230 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
12:00 0 Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb
Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə
14.11.2026 216 Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq
Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını
01:14 277