Səhv karta göndərilən pul: vəsaiti geri qaytarmaq mümkündürmü? - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Son illərdə nağdsız ödənişlərin və mobil bankçılığın geniş yayılması insanların gündəlik maliyyə əməliyyatlarını xeyli asanlaşdırsa da, yeni problemləri də ortaya çıxarıb. Xüsusilə kartdan karta pul köçürmələri zamanı tələsik və ya diqqətsizlik səbəbindən vəsaitin səhv hesaba göndərilməsi halları getdikcə daha çox rast gəlinir. Bir neçə saniyə ərzində həyata keçirilən bu əməliyyat isə sonradan vətəndaşları çətin vəziyyətdə qoyur və əsas sual yaranır: səhvən göndərilən pulu geri qaytarmaq mümkündürmü? Belə hallarda bankların məsuliyyəti, vətəndaşın atmalı olduğu addımlar və qanunvericiliyin təqdim etdiyi imkanlar xüsusi əhəmiyyət kəsb edir. Prosesin necə işlədiyini bilməmək isə bir çox insanın vaxt itirməsinə və əlavə problemlərlə üzləşməsinə səbəb olur.
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, bəzən belə hallar olur. Təbiiki şəxs kiminsə hesabına səhvən pul köçürdükdə o heç bilmir ki, həmin şəxs kimdir. Çünki o yalnız hesab nömrəsini səhv salıb və həmin şəxslədə əlaqə yarada bilmir. Onun sözlərinə görə, şəxs belə bir halda birinci növbədə öz bankına müraciət etməlidir: "Bu halda şəxsin müştərisi olduğu bank digər bankla əlaqə yaradır və ona müraciət edir ki, mənim müştərim sənin müştərinin hesabına yanlışlıqla pul köçürdüb və o pulu geri qaytar. Həmin bankda öz müştərisi ilə əlaqə saxlayır və bildirir ki, sənin hesabına yanlışlıqla pul köçürülüb. Qeyd edim ki, pul geri qaytarılan zaman yenidən bank tərəfindən komisiyya tutulur. Yəni pul tam şəkildə qarşı tərəfə geri qaytarılmır.
Təbiiki bu halda həmin bank öz müştərisinin məlumatlarını digər banka vermir. Hesabına yanlışlıqla vəsait köçürülən şəxs bildirsəki xeyr mənim hesabıma yanlışlıqla pul köçürülməyib və pulu geri qaytarmaq istəməsə, yanlış pul göndərən şəxs öz pulunu geri qaytarmaq üçün məhkəməyə müraciət etməlidir. Bu balda bank artıq öz müştərisinin məlumatlarını məhkəməyə verir. Həmin şəxs hesabına köçürülən məbləğin yanlışlıqla köçürülmədiyini sübut edə bilməsə, həmin vəsait məhkəmə qərarı ilə qarşı tərəfə geri qaytarılır. Yəni bu elədə asan məsələ deyil. Amma əksər hallarda təbiiki pul alan tərəf bilir ki, pul ona səhv gəlib və pulu geri qaytarır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 907 Tarix: 17 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 0 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
14.11.2026 229 17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza
Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb
14.11.2026 265 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
12:00 0 Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14.11.2026 243 Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla
11:30 0 Alen Simonyan vəzifəsini itirir?
Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu
12:10 0 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 286 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca
11:22 0