Azərbaycanla Serbiya arasında münasibətlərinin inkişafı hər iki xalqın maraqlarına xidmət edir

Azərbaycanla Serbiya arasında münasibətlərinin inkişafı hər iki xalqın maraqlarına xidmət edirAzərbaycan və Serbiya arasında diplomatik münasibətlər 1997-ci ildə qurulub və ötən dövr ərzində əlaqələr həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində dinamik inkişaf edib. İki ölkə arasında münasibətlər qarşılıqlı etimad, dostluq və siyasi iradəyə əsaslanır.
Fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir səhifə açıb. Səfər çərçivəsində iki ölkə arasında bir sıra mühüm sənədlər imzalanıb. Bu sənədlər siyasi dialoqun, iqtisadi əməkdaşlığın, energetika və nəqliyyat sahələrində tərəfdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək. Səfər zamanı dövlət başçılarının mətbuata bəyanatlarında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu və bundan sonra daha da inkişaf edəcəyi xüsusi vurğulandı.
Prezident İlham Əliyev qeyd etdi ki, həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır. Serbiya Prezidenti Aleksandar Vuçiç də öz bəyanatında Azərbaycanla əməkdaşlığın bundan sonra da inkişafına əminliyini ifadə etdi. Qeyd etmək lazımdır ki, hər iki ölkənin liderləri arasında formalaşmış səmimi və qarşılıqlı etimada əsaslanan şəxsi münasibətlər dövlətlərarası əlaqələrin inkişafına da müsbət təsir göstərir. Liderlər arasında açıq və konstruktiv dialoq siyasi qərarların daha operativ qəbul olunmasına, strateji layihələrin reallaşmasına əlavə stimul verir.
İqtisadi əməkdaşlıq siyasi münasibətlərin möhkəmlənməsində əsas dayaqlardan biridir. Ticarət dövriyyəsinin artması, qarşılıqlı sərmayələrin yatırılması və birgə layihələrin icrası ölkələr arasında qarşılıqlı etimadı gücləndirir. Bu baxımdan Azərbaycan ilə Serbiya arasında iqtisadi sahədə əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Energetika sahəsində əməkdaşlıq xüsusilə strateji əhəmiyyət daşıyır. Azərbaycanın enerji resurslarının Avropa bazarına çıxışı baxımından Serbiya ilə tərəfdaşlıq yeni imkanlar yaradır. Eyni zamanda, nəqliyyat-logistika layihələri Orta Dəhliz çərçivəsində əməkdaşlığı daha da dərinləşdirə bilər. İqtisadi inteqrasiya siyasi dialoqu daha dayanıqlı edir, tərəflər arasında uzunmüddətli strateji tərəfdaşlığın əsasını formalaşdırır.
Azərbaycan ilə Serbiya arasında əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur. Energetika, nəqliyyat və logistika, müdafiə sənayesi, kənd təsərrüfatı və sənaye, o cümlədən birgə istehsal müəssisələrinin yaradılması, təhsil və mədəniyyət əməkdaşlıq üçün geniş potensiala malikdir. Bu və digər istiqamətlər üzrə əməkdaşlığın genişlənməsi Azərbaycanın Avropa məkanında mövqelərini daha da möhkəmləndirə, ixrac imkanlarını artıra və iqtisadi şaxələndirməyə əlavə töhfə verə bilər. Eyni zamanda, Serbiya ilə münasibətlərin dərinləşməsi Balkan regionu ilə əlaqələrin genişlənməsi baxımından da strateji əhəmiyyət daşıyır. Nəticə etibarilə, Azərbaycan-Serbiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir və bu proses hər iki xalqın maraqlarına xidmət edir.

Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 695   Tarix: 17 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 0
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 229
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 265
.

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

12:00 0
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

14.11.2026 243
.

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla

11:30 0
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 0
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

14.11.2026 286
.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca

11:22 0
.