Azərbaycan-Serbiya əlaqələri yüksələn xətt üzrə inkişaf edir

Azərbaycan-Serbiya əlaqələri yüksələn xətt üzrə inkişaf edirAzərbaycan-Serbiya əlaqələri ildən-ilə uğurla inkişaf edir, münasibətlərimiz strateji tərəfdaşlıq, dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan Serbiyanın, Serbiya Azərbaycanın ərazi bütövlüyünü suverenliyini və sərhədlərin toxunulmazlığını dəstəkləyir. Siyasi dialoqun yüksək səviyyədə olması iki ölkə liderlərinin siyasi iradəsi və müdrik uzaqgörənliyindən, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəlir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir, əhəmiyyətli məsələlərin həllində bir-birinə dəstək verir. Ölkələr arasında əlaqələrin inkişafına təkan verən mühüm amillərdən biri də Belqradın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında olmasıdır.
Belə ki, Serbiya ilə Azərbaycan arasında diplomatik əlaqələr 1997-ci ilin avqust ayının 21-də qurulub. Bu əlaqələr hər iki ölkə başçılarının qarşılıqlı səfərləri və bu zaman imzalanan mühüm sənədlərin icrası nəticəsində inkişaf edir.
İki ölkə arasında enerji sahəsindəki əməkdaşlıqda yeni imkanlar açılıb. Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində tərəfdaşıdır. Serbiyaya Azərbaycanın qaz tədarük etdiyi 10 Avropa dövlətlərindən biridir. Bu gün Azərbaycan qazı Serbiyanın təchizat mənbələrinin şaxələndirilməsi ilə yanaşı, Mərkəzi Avropaya qazın paylanmasında tranzit ölkə kimi Serbiyanın strateji roluna da töhfə verir. Azərbaycan qazı gələcəkdə Serbiya vasitəsilə Mərkəzi Avropa ölkələrinə də çatdırılması nəzərdə tutulub.
Azərbaycanın Şuşa və Serbiyanın Novi Pazar şəhərləri arasında 2023-cü ilin 17 martında qardaşlaşma əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər uyğun sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanması iki ölkə arasında strateji münasibətlərin digər bariz nümunəsidir.
Fevralın 15-də 62-ci Münhen Təhlükəsizlik Konfransı bitdikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfərə gəlib. Həmin gün Belqradda iki dövlət başçılarının təkbətək görüşü və Prezidentlərin iştirakı ilə Azərbaycan-Serbiya arasında altı mühüm sənədin mübadiləsi mərasimi keçirilib. Mərasimdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatında bildirib ki, Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır. Dövlətimizin başçısı Serbiyada bu gün qeyd edilən milli bayram münasibətilə Prezident Aleksandar Vuçiçi və dost Serbiya xalqını təbrik edib.
Bildirilib ki, Prezident Vuçiçin rəhbərliyi altında Serbiya uğurla inkişaf edir. O, həm beynəlxalq müstəvidə böyük hörmət qazanıb, eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparılıb. Dövlətimizin başçısı qeyd edib ki, bunun nəticəsində bu gün Serbiya təbii sərvətləri olmayan bir ölkə olmasına baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən ölkə üçün bu, xüsusi amil kimi qiymətləndirilməlidir.
Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Dövlətimizin başçısı bildirib ki, elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir.
Bu gün Azərbaycan ilə Serbiya arasında energetika sahəsində əlaqələr çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl Azərbaycandan Serbiyaya təbii qazın ixracatına başlanılıb və danışıqlar zamanı qərara gəlinib ki, ixracın həcmi artırılacaq. "İndi Serbiyaya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək artıq təmiz elektrikin əldə olunmasına da nail olacağıq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq", - deyə dövlətimizin başçısı vurğulayıb.
Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatında bildirib ki, bu gün Prezident İlham Əliyevlə çox əhəmiyyətli məsələlər üzərində, Avropada və bütün dünyada olan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. İki ölkə arasında dost münasibətlərin qurulması Azərbaycan və Serbiyanın bir çox ortaq dəyərlərə sahib olmalarını göstərir.
Serbiya Prezidenti Azərbaycan və Serbiyanın ticarət dövriyyəsi 16 dəfə artdığıni bildirib. O qeyd edib ki, münasibətlər 2015-ci ildən bəri çox inkişaf edib: "Bu günə qədər aramızda 57 sənəd imzalamışdıq. Bu gün də 10-dan artıq sənəd mübadilə edildi. Bu münasibətlərimiz baxımından güclü təməldir".
Aleksandar Vuçiç hər iki ölkədə təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə olmasını və Serb xalqının Azərbaycan xalqı ilə olan birbaşa təmaslarının vacibliyini qeyd edib və azərbaycanlıların Serbiyaya tez-tez səfərlərə gəlməsini arzuladığını bildirib.
Təkbətək və geniştərkibli görüşlər zamanı iki dövlətin başçısı iqtisadi əməkdaşlıq və kənd təsərrüfatı sahəsinə toxunublar. Prezident Vuçiç Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsullarının çox ləziz olduğunu nəzərə çatdırıb. O, Azərbaycandan ölkəsinə xüsusi endirimlə məhsullar ixrac olunduğunu vurğulayaraq deyib: "Digər ixrac edilən məhsullarla müqayisədə bu, xeyli qəbuledilən bir qiymətdir. Ona görə düşünürük ki, bu sahədə işləməyən hökumət rəsmiləri buna baxmalıdırlar. Həmçinin bu sahədə də əməkdaşlıq yaratmalıdırlar və təbii ki, bizim azərbaycanlı dostlarımızın təklif etdiyi məhsulları almağa hazırlaşmalıdırlar".
"Əlbəttə ki, bizim də Azərbaycana təklif edəcəyimiz çox məhsullar var", - deyə A.Vuçiç əlavə edib.
Ümidvarıq ki, birgə səylər əsasında Azərbaycan-Serbiya əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəkdir.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 644   Tarix: 17 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 0
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 229
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 265
.

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

12:00 0
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

14.11.2026 243
.

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla

11:30 0
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 0
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

14.11.2026 286
.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca

11:22 0
.