ABŞ dövlət katibinin Budapeşt səfəri: Vaşinqton-Budapeşt münasibətlərində yeni mərhələ - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ dövlət katibinin Budapeşt səfəri: Vaşinqton-Budapeşt münasibətlərində yeni mərhələ - POLİTOLOQDAN AÇIQLAMAABŞ dövlət katibi Marko Rubionun Macarıstan səfəri Vaşinqton-Budapeşt münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Avropaya turnesi çərçivəsində Budapeştə gələn amerikalı diplomat burada ölkənin baş naziri Viktor Orban və digər rəsmi şəxslərlə görüşlər keçirərək ikitərəfli əməkdaşlığın genişləndirilməsi, enerji tərəfdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə edib. Səfər xüsusilə Macarıstanda yaxınlaşan parlament seçkiləri fonunda baş tutduğu üçün siyasi baxımdan diqqət mərkəzinə düşüb. Görüşlər zamanı tərəflərin mülki nüvə energetikası üzrə əməkdaşlıq razılaşmasını irəli aparması, həmçinin ABŞ-ın Mərkəzi Avropadakı müttəfiqləri ilə əlaqələri gücləndirmək niyyəti əsas gündəm mövzularından biri olub. Analitiklər hesab edir ki, bu səfər yalnız ikitərəfli münasibətlər deyil, həm də ABŞ-ın regiondakı strateji prioritetlərinin yenidən formalaşdırılması baxımından mühüm siqnallar verir.
ABŞ dövlət katibinin Budapeşt səfəri: Vaşinqton-Budapeşt münasibətlərində yeni mərhələ - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Turan Rzayev BiG.AZ-a açıqlamasında bildirdi ki, ABŞ Dövlət katibi Marko Rubionun indiki məqamda Macarıstana səfəri təsadüfi deyil. Onun sözlərinə görə, səfər öncəsi M. Rubio deyib ki, Vaşinqton Macarıstan və Slovakiya ilə Rusiyanın enerji təchizatından imtina məsələsini müzakirə edəcək: ""Biz onlarla müvafiq danışıqlar aparacağıq. Nə etmək barədə onlarla danışacağıq", - o bildirib.

Rubio qeyd edib ki, ABŞ nümayəndə heyətinin həm Macarıstan, həm də Slovakiyaya səfəri də planlaşdırılır.
Macarıstan və Slovakiya Avropa İttifaqı daxilində Rusiya ilə enerji əməkdaşlığını tam şəkildə dayandırmağa ən ehtiyatlı yanaşan ölkələrdir. Xüsusilə Macarıstan hökuməti indiyədək enerji təhlükəsizliyini milli maraq çərçivəsində qiymətləndirərək Rusiya qazından və neftindən kəskin imtinanın iqtisadi sabitliyə zərbə vuracağını vurğulayıb. Slovakiya da oxşar arqumentlərlə çıxış edib. Bu baxımdan Rubionun səfəri faktiki olaraq həmin ölkələrə alternativlərin təqdim olunması və eyni zamanda siyasi təzyiq mexanizminin işə salınması kimi görünür.

Vaşinqton üçün əsas məqsəd Avropada enerji asılılığını geosiyasi risk amilinə çevirməməkdir. ABŞ uzun müddətdir ki, Avropa bazarına mayeləşdirilmiş qaz ixracını artırır və Rusiya enerjisindən uzaqlaşmanı təşviq edir. Lakin məsələ təkcə kommersiya maraqları ilə məhdudlaşmır. Enerji xəritəsi həm də siyasi bloklaşmanı müəyyənləşdirir. Rusiya ilə enerji əlaqələrini qoruyan ölkələr Moskva ilə dialoq imkanlarını saxlamış olur və bu, ABŞ-ın Ukrayna müharibəsi fonunda formalaşdırmaq istədiyi vahid qərb cəbhəsinə uyğun gəlmir.

Rubionun açıqlamasında "nə etmək barədə danışacağıq" ifadəsi kompromis axtarışından daha çox istiqamətləndirmə niyyətini xatırladır. Bu, alternativ enerji marşrutları, ABŞ qazının artırılması, yaxud maliyyə və texniki dəstək paketləri ilə müşayiət oluna bilər.
Bu səfərin daha geniş konteksti də var. Avropada daxili parçalanma dərinləşdikcə ABŞ regiondakı əsas tərəfdaşlarını yenidən mövqeləndirməyə çalışır. Macarıstanın və Slovakiyanın Rusiya ilə enerji əlaqələrini davam etdirməsi həm Brüssel, həm də Vaşinqton üçün strateji risk kimi qiymətləndirilir. Ona görə də bu danışıqlar təkcə qaz müqavilələri deyil, Avropanın gələcək geosiyasi arxitekturası barədə müzakirədir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 690   Tarix: 17 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 0
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 229
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 265
.

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

12:00 0
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

14.11.2026 243
.

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla

11:30 0
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 0
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

14.11.2026 286
.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca

11:22 0
.