"HÖKUMƏT O QƏDƏR MƏNASIZ ŞƏRTLƏR QOYUB Kİ" - Sadələşdirilmiş vergi limiti sahibkarı niyə qane etmir?
Məlum olduğu kimi, yanvarın 1-dən Azərbaycanda sadələşdirilmiş vergi limiti illik 400 min manata qaldırılıb. Lakin bunun üçün dövriyyə nağdsız ödənişlərdən ibarət olmalıdır. Bu isə qeyri-məqbul şərt olduğu üçün kiçik sahibkarların haqlı narazılığına səbəb olub. Yəni, limitin artırılması ilə bağlı qərar sahibkarların gözləntilərilə qətiyyən üst-üstə düşmür.
"AzPolitika" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu mövzuyla bağlı paylaşım edib və Azərbaycanla Gürtcüstan arasında müqayisə aparıb:
"Gürcüstanda 300 min lariyə qədər dövriyyəsi olan kiçik biznes vergi ödəmir - bəli, vergi 0-dır.
500 min lariyə qədər dövriyyəsi olanlar dövriyyənin cəmi 1%-i qədər vergi ödəyirlər.
Aqrar sektorda və şərabçılıqla bağlı turizm sahəsində bu limit 700 min laridir, yəni, 700 min lariyə qədər cəmi 1% vergi öhdəliyi yaranır.
Bizdə devalvasiyadan öncə, dollar 78 qəpik olan vaxt ƏDV-yə düşməyən hissə 200 min manat, yəni, 256 min dollar təşkil edirdi, indiki məzənnə ilə 435 min manat. Məntiqlə, devalvasiyadan sonra bu limiti, heç olmasa 2 dəfə artırıb 400 min manat etməli idilər - olmadı, indi, güya, 400 minə qaldırıblar amma:
- Limit artımı əsasən pərakəndə ticarət və əhaliyə xidmət göstərən sadələşdirilmiş vergi ödəyicilərinə şamil edilir,
- ƏDV qeydiyyatı üçün illik dövriyyə limitinin 200 min manatdan 400 min manata qaldırılması yalnız nağdsız əməliyyatlar üzrə tətbiq edilən xüsusi hesablama qaydası ilə mümkündür,
- Dövriyyənin ƏDV limiti üçün hesablanması zamanı POS-terminal vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin məbləği 0,5 əmsalına vurulur,
- Hesablama nümunəsi: Əgər bir sahibkarın illik dövriyyəsi 400.000 manatdırsa və bunun hamısı nağdsız (POS-terminal) qaydadadırsa, bu məbləğ 0,5-ə vurulur (400.000 x 0,5 = 200.000). Beləliklə, vergi tutulan dövriyyə 200 min manat həddini keçmədiyi üçün şəxs ƏDV ödəyicisi kimi qeydiyyata durmaq öhdəliyindən azad olur,
- Nağd qaydada həyata keçirilən satışlar dövriyyəyə tam (1.0 əmsalı ilə) daxil edilir. Əgər nağd dövriyyə və güzəştli nağdsız dövriyyənin cəmi 200.000 manatı keçərsə, ƏDV qeydiyyatı məcburi olur.
Hökumət faktiki olaraq, ƏDV-yə düşməyən məbləğı 400 minə qaldırmayıb, yəni, o qədər əlavə, mənasız şərtlər qoyub ki, bu elə, "oynamıram", deməkdir. Daha deyin paraşüt vermirsiniz də...
P.S. Ölkədə qeydiyyatdan keçmiş aktiv vergi ödəyiciləri, ümumi vergi ödəyicilərinin 87%-ə yaxınını təşkil etsə də, büdcənin formalaşmasında fiziki şəxs vergi ödəyiciləri cəmi 5%-dən bir az çox iştirak edir. Bu faciədir, bu iqtisadi sistemin yararsız olduğunu əyani sübut edir. Gürcüstanda fiziki şəxslərin büdcənin formalaşmasındakı payı 26%-dir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 955 Tarix: 16 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 0 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
14.11.2026 229 17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza
Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb
14.11.2026 265 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
12:00 0 Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14.11.2026 243 Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla
11:30 0 Alen Simonyan vəzifəsini itirir?
Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu
12:10 0 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 286 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca
11:22 0