Avtomobil bazarında nələr baş verir? - İqtisadçı maraqlı rəqəmləri açıqladı

Avtomobil bazarında nələr baş verir? - İqtisadçı maraqlı rəqəmləri açıqladı"Azərbaycan iqtisadiyyatı "çox qəribə məfhumdur" və bunun əsas səbəbi ölkə iqtisadiyyatının sistemli şəkildə araşdırılmamasıdır. Ümumi iqtisadi qanunlar bütün ölkələr üçün eynidir, lakin bölgələr üzrə iqlim, yerli resurslar və digər amillər fərqlər yarada bilər. Məsələn, Azərbaycanda neft və qaz ehtiyatları var, eyni zamanda ölkə Rusiyanın tərəvəz və meyvə təminatçılarından biridir. Buna baxmayaraq, iqtisadiyyatı bu xüsusiyyətlər fonunda dərindən araşdıranlar yoxdur".

"AzPolitika" bildirir ki, bu barədə iqtisadçı Torğrul Maşallı "Teleqram" kanalında yazıb.

İqtisadçı bildirib ki, ölkə iqtisadiyyatının vəziyyətini göstərən vacib indikatorlardan biri avtomobil idxalıdır.

Onun sözlərinə görə, iqtisadi vəziyyət yaxşı olduqda avtomobil idxalı artır, pisləşdikdə isə azalır. Eyni tendensiya sürücülük vəsiqələrinin verilməsi statistikasında da müşahidə olunur.

Maşallı qeyd edib ki, 2025-ci ildə Azərbaycan 114 minə yaxın minik avtomobili idxal edib. Bu, ölkə tarixində ən yüksək göstəricidir və hətta devalvasiyadan əvvəlki 2013-cü ilin səviyyəsini də üstələyib.

Bununla yanaşı, o bildirib ki, sürücülük vəsiqələrinin verilməsi üzrə statistika fərqli mənzərə göstərir. 2025-ci ildə 153,3 min sürücülük vəsiqəsi verilib.

Müqayisə üçün, 2024-cü ildə bu göstərici 360 min, 2023-cü ildə isə 366 min olub.

İqtisadçı vurğulayıb ki, 2015-2016-cı illər Azərbaycan iqtisadiyyatı üçün ən çətin dövr hesab olunur və hazırkı göstəricilər həmin illərin səviyyəsinə yaxınlaşıb.

Onun sözlərinə görə, illik ÜDM artımının 1,4 faiz olduğu şəraitdə iqtisadiyyatın inkişaf etdiyini demək çətindir. Eyni zamanda ölkə istehlak baxımından hələ də 2014-cü ilin səviyyəsinə qayıtmayıb.

Maşallı bildirib ki, 2008-ci ildən bu yana 3,4 milyon kişi və 342 min qadın sürücülük vəsiqəsi alıb. Onun sözlərinə görə, sürücülüklə bağlı sahələr - yükdaşıma, sərnişindaşıma və digər istiqamətlər hələ də əsasən kişilərin üstünlük təşkil etdiyi sahələrdir.

O qeyd edib ki, ölkədə rəsmi olaraq 5,1 milyon kişi yaşayır. Uşaqlar və yaşlılar çıxıldıqda, eləcə də 2008-ci ildən əvvəl vəsiqə alanlar nəzərə alındıqda, demək olar ki, kişilərin böyük əksəriyyəti artıq sürücülük vəsiqəsinə malikdir.

İqtisadçı əlavə edib ki, gələcək illərdə statistikaya əsas təsiri əmək bazarına yeni daxil olan 18 yaşlı şəxslər göstərəcək. Lakin doğum səviyyəsi azalır. İqtisadçının sözlərinə görə, 2025-ci ildə təxminən 95 min uşaq doğulub və onların 53 faizi oğlanlardır.

Maşallı bildirib ki, yaxın illərdə sürücülük vəsiqələrinin sayını sabit saxlamaq üçün qadınların bu sahəyə daha çox cəlb olunması vacib olacaq. Onun fikrincə, kuryerlərlə bağlı qanunvericilikdə edilən dəyişikliklər də müəyyən mənada bu statistikanın yaxşılaşdırılmasına xidmət edə bilər.

İqtisadçı qeyd edib ki, son illər sərnişin və yükdaşıma sahəsində tənzimləmələr gücləndirilib. Belə ki, 2020-ci ildə taksi fəaliyyəti müəyyən qədər qazanc və ya əlavə gəlir mənbəyinə çevrilmişdisə, hazırda bu sahəyə giriş çətinləşib və daha çox ixtisaslaşma tələb olunur.

Maşallı vurğulayıb ki, taksi sürmək məqsədilə sürücülük vəsiqəsi alıb avtomobil almaq tendensiyası tədricən azalır. Bu vəziyyət digər nəqliyyat sahələrinə də aiddir.

İqtisadçı bildirib ki, 2025-ci il güzəştli şərtlərlə ölkəyə gətirilən hibrid və elektrik avtomobilləri üçün son il olub. 2026-cı ildən etibarən bu güzəştlərin böyük hissəsi ləğv edilib. Onun sözlərinə görə, bir çox vətəndaş üçün avtomobili yeniləmək üçün bu, son imkan idi. Son iki ildə ölkənin avtomobil parkı əhəmiyyətli dərəcədə yenilənməyə başlayıb və idxalın kəskin artmasının əsas səbəbi də məhz bu amildir.

Maşallı hesab edir ki, avtomobil idxalındakı artım iqtisadiyyatın yaxşılaşması ilə bağlı deyil. O bildirib ki, 2025-ci ilin göstəriciləri 2024-cü illə müqayisədə ürəkaçan deyil. Sadəcə olaraq, daha ucuz və nisbətən qənaətli avtomobil almaq imkanı məhdudlaşdığı üçün insanlar bu fürsətdən istifadə ediblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 746   Tarix: 16 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 0
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 229
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 265
.

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

12:00 0
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

14.11.2026 243
.

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla

11:30 0
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 0
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

14.11.2026 286
.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca

11:22 0
.