Yeniyetmə ilə niyə tez-tez mübahisə edirsiniz? - valideynlərin ən böyük səhvi
Uşaq yeniyetməlik dövrünə qədəm qoyan kimi ev sanki "mina sahəsinə" çevrilir. Deyilən hər söz emosional partlayışa səbəb ola bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, valideynlər təşvişə düşür və düşünürlər ki, övladları ilə "nəsə qaydasında deyil". Halbuki problem çox vaxt tamamilə başqa yerdə olur.
Psixoloqların fikrincə, böyüklərin əsas səhvi yeniyetmə ilə hələ də balaca uşaq kimi danışmaqdır. Yeniyetmə artıq sərt göstərişləri qəbul etmir, amma eyni zamanda öz sərhədlərini sakit şəkildə müdafiə etməyi də hələ tam bacarmır. Bu dövrdə beyin fərqli işləyir: emosional hissə rasional hissədən daha tez formalaşır. Buna görə yeniyetmə hadisələrə kəskin reaksiya verir, lakin hisslərini sakit və aydın şəkildə izah edə bilmir.
Valideyn səsini qaldıranda yeniyetmə sözləri deyil, təhlükə hissini eşidir. Və eyni şəkildə cavab verir yüksək tonla, sərt, bəzən aqressiv. Psixoloqlar vurğulayırlar ki, yeniyetmə mübahisə naminə mübahisə etmir. O, sadəcə eşidilmək hüququnu qoruyur. Amma valideynlər bunu çox vaxt itaətsizlik kimi qəbul edir və nəzarəti daha da gücləndirirlər. Bu isə münaqişəni yalnız artırır. Ən dağıdıcı cümlə isə "çünki mən belə dedim" ifadəsidir. Bu sözlər bir anda etimadı sıfırlayır.
Yeniyetmə özünü çıxılmaz vəziyyətdə hiss edir və müqaviməti yeganə çıxış yolu kimi seçir. Mütəxəssislər yanaşmanı dəyişməyi tövsiyə edirlər: təzyiq göstərmək yox, müzakirə aparmaq lazımdır. Yeniyetmə onu dinlədiklərini hiss edəndə özü də dinləməyə hazır olur. Ona qərar vermək üçün müəyyən sərbəstlik tanımaq vacibdir. Hətta kiçik seçim imkanları belə müstəqillik hissini gücləndirir. Yeniyetmə anlayanda ki, onun fikri önəmlidir, qışqırmağa ehtiyac duymur. Öz dəyərini sübut etməyə çalışmır.
Valideynlər yadda saxlamalıdırlar ki, yeniyetməlik üsyan deyil, özünü axtarma mərhələsidir. Və bu axtarış həmişə səhvlərlə müşayiət olunur. Əgər böyüklər sakit qalmağı bacarırsa, yeniyetmə də zamanla bu ünsiyyət tərzini mənimsəyir. O, emosiyalarını tənzimləməyi nümunə vasitəsilə öyrənir. Ailədə dialoq yarananda münaqişələr azalır. Yeniyetmə artıq "problem" kimi deyil, söhbətin tərəfdaşı kimi qəbul olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 820 Tarix: 16 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
00:19 92 Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub
Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind
07.11.2026 141 Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan
07.11.2026 223 Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"
"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit
07.11.2026 163 65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
00:13 109 Əməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
00:23 86 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto
Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu
07.11.2026 171 "Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir
"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv
07.11.2026 174 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusl
07.11.2026 199