Azərbaycan və Fransa arasında münasibətlərin gərginləşməsinin əsas səbəbkarı məhz Fransa olub
Fevralın 13-15-də 62-ci Münhen Təhlükəsizlik Konfransında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbir ərəfəsində bir sira rəsmi görüşlər keçirib, Azərbaycan telekanallarına və "France 24" telekanalına müsahibə verib.
Müsahibədə hazırda Fransa ilə ölkəmiz arasında münasibətlərə geniş yer ayrılıb. Ölkə başçısı Fransa ilə hazırki münasıbətlərə gəlincə qeyd edib ki, İkinci Qarabağ müharibəsindən əvvəl Azərbaycanın Fransa ilə çox yaxşı münasibətləri var idi. Həmin illərdə Prezidentlər Sarkozi və Olland ölkəmizə səfərlər edib, Prezident İlham Əliyevin Fransaya rəsmi səfərləri həyata keçirilib. Emmanuel Makronun Prezidentliyi dövründə də İlham Əliyevin Fransaya səfəri baş tutub. iki ölkənin şirkətləri arasında biznes əlaqələri mövcud olub.
Təəssüflər olsun ki, İkinci Qarabağ müharibəsi zamanı Fransa hökuməti separatçı qurum və işğalçı Ermənistanın tərəfini tutdular. Milli Assambleya və Senat separatçılara dəstək məqsədilə 10-dan artıq qətnamə qəbul edib və Ermənistanın özü tanımasa belə, Fransa parlamenti hətta qondarma "Dağlıq Qarabağ"ı tanıyıb. Beləliklə, Azərbaycan və Fransa arasında münasibətlərin gərginləşməsinin əsas səbəbkarı məhz Fransa olub.
Burada Fransa Prezidentinin və bir çox fransız rəsmilərinin, o cümlədən Fransa Senatının sədrinin, Milli Assambleyanın sədrinin, tanınan şəxslərin Azərbaycan və onun Prezidentinə təhqirlər yağdırmasını yada salmaq lazımdır. Bundan əlavə, 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra və 2023-cü ildə antiterror əməliyyatından əvvəl xanım Pekres, cənab Barnye, cənab Retayyo kimi çox tanınan şəxslər Qarabağa qeyri-qanuni səfərlər edərək separatçılara dəstək vermişlər. Bu, Azərbaycan dövlətçiliyinə açıq təhqir və tam hörmətsizlik əlaməti kimi qiymətləndirilib.
Prezident İlham Əliyev Bakıda keçirilən hərbi məhkəmənin Qarabağ bölgəsinin 13 şəxs barədə çıxardığı ağır həbs cəzaları, o cümlədən keçmiş liderinə ömürlük həbs cəzası verməsinə dair qərarı ilə bağlı suala cavabında onların Azərbaycan ərazisində, Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren Azərbaycan dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərən separatçı rejimin liderləri olduğunu bildirib. "Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz", - deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyev ötən ilin sonunda Fransa Prezidenti Makron ilə görüşdüyünü, qörüşün çox müsbət keçdiyini, hər şeyi yenidən başlamaq barədə razılığa gəlindiyini və ölkəmizin buna hazır olduğunu bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil.
Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 746 Tarix: 16 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBoşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll
20.09.2026 184 Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb
Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm
20.09.2026 160 Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi
ABŞ-nin "F-16" qırıcısı Merilend ştatında Kemp-Devid şəhərində yerləşən və həmin vaxt Donald Trampın olduğu prezident iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarəni ələ keçirib. xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məluma
20.09.2026 168 Göygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. BİG.AZ APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20.09.2026 0 Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır
2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr
20.09.2026 153 Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin
20.09.2026 161 Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. BİG.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsind
20.09.2026 163 İran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib
İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə
20.09.2026 168 Avstraliyada üzgüçüyə hücum edən köpəkbalığının öldürülməsi barədə qərar verilib
Avstraliyada köpəkbalığının üzgüçüyə ölümlə nəticələnən hücumundan sonra Pert bölgəsindəki bir sıra çimərliklər bazar gününə qədər bağlı qalacaq. "Report" BBC-yə istinadən xəbər verir ki, Qərbi Avstraliya ştatının səlahiyyətliləri köpəkbalığının tutulması və öldürülməsi barədə nadir qərar veriblər
20.09.2026 163