Onlayn ödəniş edərkən bunları etməsəniz risk altındasınız
"Kartın fiziki təhlükəsizliyi olaraq, PİN kodunuzu heç vaxt kartın üzərində, telefonunuzda və ya digər yerdə yazmayın. Onu yalnız özünüz bilməlisiniz və heç kimə açıqlamaq olmaz! Kartın arxa tərəfindəki CVV kodunu, bitmə tarixini və PİN kodunu heç kimə verməyin. Bu məlumatları yalnız etibarlı və təhlükəsiz mənbələrdə istifadə edin".
Bunu BiG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib.
O, qeyd edib ki, E-poçt və ya SMS vasitəsilə gələn, bankınızın adından göndərildiyi iddia edilən linklərə klik etməyin. Bu linklər fişinq (phishing) hücumları ola bilər. Bankınızın mobil tətbiqində və ya onlayn bankçılıq hesabınızda iki faktorlu autentifikasiyanı (2FA) aktiv edin. Bu funksiya kartınızla giriş zamanı sizə SMS və ya mobil tətbiq vasitəsilə doğrulama kodu göndərir, beləliklə, parolunuz oğurlansa belə, hakerlər ikinci doğrulama kodu olmadan hesabınıza daxil ola bilməyəcək:
"Onlayn bank xidmətlərindən ictimai Wi-Fi şəbəkələrində istifadə etməyin. Həmişə təhlükəsiz internet bağlantısı seçdiyinizdən əmin olun.
Bankomat və POS-Terminal təhlükəsizliyi olaraq, kartı bankomata daxil etməzdən əvvəl onu diqqətlə yoxlayın. Şübhəli cihazlar və ya əlavə elementlər görsəniz, o bankomatdan istifadə etməyin. PİN kodunuzu daxil edərkən əllərinizlə klaviaturanı örtərək daxil edin ki, kənar şəxslər görməsinlər. POS-terminal vasitəsilə ödəniş etdikdə, çekin surətini ən azı məbləğin kart hesabından düzgün silindiyinə əmin olana qədər özünüzdə saxlayın.
Mobil və elektron bankçılıq təhlükəsizliyi olaraq, mobil tətbiq və SMS bildirişlərindən istifadə edin: Bankın mobil tətbiqini yükləyin və SMS bildiriş xidmətini aktivləşdirin. Bu, hesabınızdakı hər hansı əməliyyat barədə anında məlumat əldə etməyinizə kömək edəcək. Bank kartı üçün onlayn ödəniş limitini təyin edin və həddindən artıq yüksək məbləğlərin çıxarılmasının qarşısını alın.
Kartınız itdikdə və ya oğurlandıqda, mütləq qaydada dərhal banka və ya "24/7 müştəri xidməti"nə zəng edin və kartınızı bloklayın. Özünüzün həyata keçirmədiyiniz, yaxud məlumatınız olmayan hansısa əməliyyat cəhdləri barədə bildirişlər alırsınızsa, mobil tətbiq vasitəsilə dərhal kartı bloklaşdırın və banka bu barədə məlumat verin.
Tövsiyyə olunur ki onlayn ödənişlərdə virtual kartlardan istifadə edəsiniz. Həmin karta online ödəniş edəcəyiniz qədər pul köçürərək, ödənişi həmin virtual kartla həyata keçirmək olar. Belə olan halda riskləriniz minimum olacaqdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1097 Tarix: 16 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 0 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
14.11.2026 229 17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza
Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb
14.11.2026 265 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
12:00 0 Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14.11.2026 243 Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla
11:30 0 Alen Simonyan vəzifəsini itirir?
Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu
12:10 0 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 286 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca
11:22 0