Ramazanda düzgün qidalanma: iftar və sahurda nələrə diqqət etməli?
"Ramazan ayı yaxınlaşanda ən çox verilən sual yeməyin "nə qədərindən" yox, "necəsindən" olur. Çünki gün boyu aclıqdan sonra bədən birdən-birə ağır yüklənəndə yanma, şişkinlik, qəbizlik, baş ağrısı, hətta təzyiq və şəkər dalğalanmaları kimi hallar ortaya çıxa bilər. Bu fəsadların çoxu ciddi problem sayılmasa da, təkrarlananda insanı yorur.
İftarı açarkən ən doğru addım tələsməməkdir. Bir çoxları ac olduğu üçün ilk dəqiqələrdə həddindən artıq yeyir. Halbuki mədə buna hazır olmur. İftara su ilə başlamaq, 1-2 xurma yemək, ardından şorba kimi yüngül qida qəbul etmək mədəni rahatlaşdırır. Sonra 10-15 dəqiqə fasilə vermək toxluq siqnalının formalaşmasına kömək edir və porsiyanı idarə etməyi asanlaşdırır. Bu aralıqda namaz qılanlar ibadətlərini yerinə yetirib sonra yeməyə davam edə bilərlər".
Bunu BiG.AZ-a açıqlamasında Sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev bildirib.
O, qeyd edib ki, əsas yeməkdə problem çox vaxt qidanın özündə deyil, balansın pozulmasındadır. Boşqabın yarısının tərəvəz və salat olması, yanında ət, toyuq, balıq, yumurta, qatıq və ya paxlalılar kimi zülal mənbələrinin yer alması toxluğu daha uzun müddət saxlayır. Çörək, düyü, kartof kimi karbohidratlar da menyuda ola bilər. Lakin həddindən artıq porsiya gecə ağırlıq və yuxu pozuntusuna səbəb olur. Qızartmalar və çox yağlı yeməklər iftarda xüsusilə çətin həzm edilir:
"Şirniyyat məsələsi də diqqət tələb edir. İftardan dərhal sonra qəbul edilən şirniyyat qan şəkərinin sürətlə yüksəlməsinə, daha sonra isə iştahanın yenidən artmasına səbəb ola bilər. Şirniyyatı tam qadağan etmək lazım deyil, amma vaxt və miqdar vacibdir. İftardan bir qədər sonra, kiçik porsiya seçmək daha məqsədəuyğundur.
Sahur - sübh yeməyi - Ramazanda ən çox buraxılan mərhələlərdəndir. Bu isə günorta saatlarında halsızlıq, baş ağrısı və əsəbiliyin artmasına səbəb ola bilər. Sahurda ağır yemək şərt deyil. Yumurta, qatıq və ya kefir, az miqdarda pendir, tərəvəz, tam taxıllı çörək və ya yulaf kimi qidalar gün ərzində daha stabil enerji verir. Yalnız şirin çay və mürəbbə-çörək kimi seçimlər isə tez acıtdığı üçün çətinlik yarada bilər.
Su qəbulu da düzgün planlaşdırılmalıdır. İftarda birdən çox su içmək susuzluğu aradan qaldırmır, əksinə narahatlıq yarada bilər. Suyu iftarla sahur arasında hissə-hissə içmək daha faydalıdır. Duzlu pendir, turşu, hisə verilmiş və çox duzlu qidalar susuzluğu artırır, xüsusilə sahurda problem yarada bilər. Çay və qəhvə isə suyun yerini tam əvəz etmir.
Hərəkət də vacibdir. Ramazanda ağır məşq hər kəs üçün uyğun olmasa da, iftardan 1-2 saat sonra yüngül gəzinti həzmi yaxşılaşdırır və yuxu keyfiyyətinə müsbət təsir edir.
Risk qrupuna daxil olan şəxslər - xüsusilə diabet, təzyiq, ürək və böyrək xəstəlikləri olanlar, hamilə və süd verən qadınlar, mədə xorası problemi yaşayanlar - daha diqqətli olmalıdır. Dərman saatları, şəkər və təzyiq dəyişiklikləri əvvəlcədən planlaşdırılmalı, zərurət olduqda həkimlə məsləhətləşilməlidir. "Hamı necə tutur, mən də elə tutum" yanaşması bu qrup üçün uyğun olmaya bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 880 Tarix: 16 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 0 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
14.11.2026 229 17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza
Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb
14.11.2026 265 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
12:00 0 Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14.11.2026 243 Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla
11:30 0 Alen Simonyan vəzifəsini itirir?
Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu
12:10 0 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 286 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca
11:22 0