MTK-ların komendant pulu niyə durmadan artır? - Sakinləri narahat edən suallar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Son illər çoxmənzilli yaşayış binalarında fəaliyyət göstərən Mənzil-Tikinti Kooperativləri (MTK) tərəfindən sakinlərdən yığılan "komendant pulu" ciddi narazılıq mövzusuna çevrilib. Rəsmi olaraq blokların təmizlənməsi, liftlərin saxlanılması, həyətin abadlaşdırılması və məişət tullantılarının daşınması kimi xidmətlər üçün nəzərdə tutulan bu ödənişlər bir çox binalarda gözlənilmədən və əsaslandırılmadan artırılır. Bununla yanaşı, xidmətlərin keyfiyyəti dəyişmədiyi halda aylıq ödənişlərin məbləğinin artması və artımların hansı meyarlara əsaslandığının açıqlanmaması müzakirələrə səbəb olur.
Məsələni daha da mürəkkəbləşdirən əsas məqam odur ki, komendant haqlarının müəyyənləşdirilməsi və artırılması prosesi əksər hallarda şəffaf aparılmır. Bir çox hallarda sakinlərlə rəsmi müzakirə keçirilmədən qərarlar qəbul olunur, xərclərin detallı hesabatı təqdim edilmir. Nəticədə, şəhərin müxtəlif ərazilərində yaşayan vətəndaşlar eyni xidmətlər üçün tam fərqli məbləğlər ödəməli olur və bu vəziyyət hüquqi suallar doğurur: MTK-ların bu ödənişləri artırmaq səlahiyyəti nə qədərdir və sakinlərin hüquqları necə qorunmalıdır?
Mövzu ilə bağlı əmlak eksperti Ramil Osmanlı BiG.AZ-a açıqlamasında bildirdi ki, Nazirlər Kabinetinin mənzil idarəçəliyində təsdiq olunan qiymət siyasətinin həyata keçirilməsi və müəyyən olunması ilə bağlı qaydaları mövcuddur. Onun sözlərinə görə, həmin qaydalara uyğun olaraq hər bir sakinin bu prosesdə iştirak etmək hüququ, eyni zamanda vəzifəsi var: "Təssüflər olsun ki, sakinlər hələdə sovet dövrünün ənənəsi ilə yaşayır və hesab edir ki, hansısa bir sehirli əl gəlib onun yaşadığı binanı qoruyub saxlayacaq, təmir edəcək və onun istismar xərclərini ödəyəcək. Lakin bu belə deyil. Yəni sakinlər bu prosesdə birbaşa iştirakçıdırlar və iştirak etməlidirlər. Sakin bu prosesdə iştirakla bağlı öz hüquq və vəzifələrini mənzil məcəlləsində göstərilən qaydalar üzrə yerinə yetirməlidir. Həm binanın saxlanılması üçün nəzərdə tutulan tariflərin müəyyən olunmasında bilavasitə iştirak etməli, həmdə gələcəkdə o xidmət haqqlarının ödənilməsi və xidmət haqlarının, toplanan vəsaitin hara xərclənməsi ilə bağlı hesabatlılığın təmin olunmasında birbaşa iştirak etməlidir. Çünki bu vəsait sakinlərdən toplanan vəsaitdir.
Toplanan vəsaitin xərclənməsi ilə bağlı mütamadi olaraq orda xidməti həyata keçirən tərəf sakinlərə hesabat verməlidir. İdarə etmə formasının seçilməsinə gəlincə isə, burda müxtəlif formalar var. Formalardan biri və ənsası sakinlərin ümumi yığıncağının keçirilməsi və Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılmasıdır. Yəni sakinlər birbaşa Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti prosesində iştirak edə bilərlər. Ona görədə toplaşıb bir vəkilə müraciət edib bununla bağlı sənədlərin hazırlanmasında yardımçı olmasını tələb edə, müqavilə bağlaya bilərlər. Yəni bu məsələ qanunvericilikdə tam şəkildə əhatə olunub. Sadəcə biz öz hüquqlarımızı öryənmək istəmirik".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 723 Tarix: 16 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 0 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
14.11.2026 229 17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza
Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb
14.11.2026 265 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
12:00 0 Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14.11.2026 243 Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla
11:30 0 Alen Simonyan vəzifəsini itirir?
Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu
12:10 0 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 286 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca
11:22 0