Avtomobil parkda zədələndi? Sığorta və kasko necə işləyir

Avtomobil parkda zədələndi? Sığorta və kasko necə işləyir"Avtomobil yol kənarı parkda və ya açıq parklanma yerlərində dayanarkən zərər görərsə, ödəniş qaydaları vəziyyətə görə dəyişir.

Əgər avtomobil Azparking və ya digər təşkilat tərəfindən idarə olunan yol kənarı parkda dayanıbsa və başqa bir avtomobil ona zərər vurubsa, bu qəza halı kimi qiymətləndirilir. Belə vəziyyətdə zərərin ödənilməsi sığorta şirkəti tərəfindən həyata keçirilir. Hadisə baş vermədən avtomobil təsadüfi şəkildə zədələnibsə, məsələ fərqli yanaşma tələb edir: əgər avtomobilin kaskosu varsa, zərər kasko sığortası ilə ödənilir, lakin kasko yoxdursa, zərəri avtomobilin sahibi ödəyir".

Bunu BiG.AZ-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib.

O, qeyd edib ki, açıq parklanma yerlərində isə avtomobilin qorunması və ona dəyən zərərin ödənilməsi əsasən təmin olunmur. Belə hallarda ilk növbədə zərər verən şəxs müəyyənləşdirilir və ödənişi məhz həmin şəxs həyata keçirir. Yəni açıq parklarda məsuliyyət birbaşa zərər verən tərəfə aiddir:

"Qapalı parklanmalarda vəziyyət bir qədər fərqlidir. Avtomobili uzun müddət saxlamaq üçün qapalı qaraj və ya parklanma ilə müqavilə imzalanır. Bu müqavilədə məsuliyyət və ödəniş qaydaları dəqiq göstərilir: ödənişi həyata keçirəcək tərəf, avtomobilin qorunması ilə bağlı öhdəliklər və digər şərtlər müqavilə çərçivəsində tənzimlənir. Beləliklə, qapalı parklarda zərərin ödənilməsi və məsuliyyət məsələsi həm sürücü, həm də parkı təşkil edən tərəf üçün aydın şəkildə müəyyən edilir.

Qısaca desək: açıq parklanmalarda avtomobilin zədələnməsi halları daha çox sürücünün məsuliyyətinə düşür, qapalı parklanmalarda isə ödəniş və məsuliyyət müqavilə ilə müəyyən edilir. Sığorta və kasko fərqləri isə qəza və təsadüfi zərərin ödənilməsi baxımından əsas rol oynayır. Bu qaydaların bilinməsi sürücülər üçün vacibdir, çünki avtomobilin qorunması və zərərin ödənilməsi hallarında həm hüquqi, həm də maliyyə baxımından düzgün addım atmaq üçün əsasdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 799   Tarix: 04 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla

11:30 133
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.

XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət

10:50 193
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 279
.

Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video

Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər

10:35 199
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

14.11.2026 252
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

14.11.2026 301
.

Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb

Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə

14.11.2026 228
.