Naxçıvan Konstitusiyasında Preambula dəyişdi: Moskva və Qars müqavilələri çıxarıldı

Naxçıvan Konstitusiyasında Preambula dəyişdi: Moskva və Qars müqavilələri çıxarıldı"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulasında dəyişiklik edilib. Milli Məclisin fevralın 3-də keçirilən iclasında "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiya qanunu layihəsi ikinci səsvermədə qəbul olunub. Dəyişiklik nəticəsində Moskva və Qars müqavilələrinin adı Preambuladan çıxarılıb".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, bu, bir sıra suallar yaradır: Naxçıvanın muxtar statusu ləğv edilirmi? Əslində, belə deyil. Naxçıvanın muxtariyyəti iki əsas səviyyədə təmin olunur:

"Tarixi-beynəlxalq legitimlik: Preambula daha çox sənədin ideoloji, tarixi və siyasi əsaslarını ifadə edir, normativ hüquqi qüvvəsi yoxdur. Preambulada Naxçıvanın muxtariyyətinin Moskva (16 mart 1921) və Qars (13 oktyabr 1921) müqavilələri ilə qurulduğu qeyd olunub. Lakin bu müqavilələrin Preambuladan çıxarılması Naxçıvanın muxtariyyətinin avtomatik ləğvi anlamına gəlmir.

Daxili konstitusion legitimlik: Naxçıvanın statusunu Azərbaycan Respublikasının Konstitusiyası müəyyən edir. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya Naxçıvanın muxtar respublika kimi tanınmasını, səlahiyyətlərini və dövlət hakimiyyəti orqanlarını təsbit edir. Yəni Naxçıvanın hüquqi statusu beynəlxalq müqavilələrdən yox, Azərbaycan Respublikasının Konstitusiyasından irəli gəlir.

Moskva və Qars müqavilələri tarixi baxımdan Naxçıvanın Azərbaycanın tərkib hissəsi kimi qorunmasında mühüm rol oynayıb, xüsusilə Qars müqaviləsi üçüncü dövlətə verilməməsi ilə bağlı beynəlxalq təminat daşıyır. Lakin müqavilələrin Preambuladan çıxarılması onların hüquqi qüvvəsini inkar etmir. Yeni redaksiyada Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi kimi təsbit olunur.

Muxtariyyətin ləğvi üçün isə Azərbaycan Konstitusiyasında Naxçıvanın statusunu təsbit edən maddələrdə dəyişiklik edilməli, Naxçıvan Konstitusiyası köklü şəkildə yenilənməli və muxtar hakimiyyət institutları ya ləğv edilməli, ya da inzibati idarəetmə funksiyalarına çevrilməlidir. Son illərdə Naxçıvanda mərkəzi hakimiyyətin real nəzarətini gücləndirən proseslər müşahidə olunur. Prezidentin Naxçıvanda xüsusi nümayəndə institutunu təsis etməsi də bunun göstəricisidir.

Regional və beynəlxalq proseslər də bu kontekstdə əhəmiyyətlidir. Vaşinqtonda keçirilən üçtərəfli görüş çərçivəsində sülh sənədinin paraflanması, nəqliyyat-kommunikasiya xətlərinin açılması və tranzit mexanizmlərinin müəyyənləşdirilməsi Naxçıvanın gələcək statusunun regional inteqrasiya müstəvisində nəzərdən keçirildiyini göstərir. Bu proses Naxçıvanın geosiyasi əhəmiyyətini artırır və onun idarəetmə modelinə dair yanaşmaların yenidən düşünülməsini tələb edir.

Bütün bu kontekst fonunda Azərbaycan ictimai-siyasi mühitində Konstitusiya referendumları ilə bağlı müzakirələr Naxçıvanın muxtar statusunun gələcəkdə yenidən nəzərdən keçirilə biləcəyini istisna etmir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 885   Tarix: 04 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla

11:30 133
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.

XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət

10:50 193
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 279
.

Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video

Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər

10:35 199
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

14.11.2026 252
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

14.11.2026 301
.

Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb

Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə

14.11.2026 228
.