Prezident təsdiqlədi: bu işçilərə ikiqat əmək haqqı ödənəcək

Prezident təsdiqlədi: bu işçilərə ikiqat əmək haqqı ödənəcəkÖlkədə əmək hüquqlarının qorunması sahəsində mühüm addım atılıb. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Əmək Məcəlləsinə edilən dəyişikliklər işçilərin qeyri‑iş günlərində işlədikləri zaman ikiqat maaş almasını təmin edir. Bu yenilik, həm hüquqi əsaslarla işçilərin haqqının qorunmasını gücləndirir, həm də əmək bazarında ədalətli maaş siyasətinin formalaşmasına xidmət edir. Bəs kimlərə ikiqat maaş veriləcək və bu dəyişiklik hansı halları əhatə edir?
Prezident təsdiqlədi: bu işçilərə ikiqat əmək haqqı ödənəcəkMövzu ilə bağlı REAL partiyasının sədri Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, maaşların 2 qat hesablanılması qaydası onsuzda Əmək Məcəlləsində var idi. Sadəcə bu qaydaların tətbiqi ilə bağlı problem var idi. İndi əgər bu dəqiqləşdiriləcəksə, yəni bu boşluqlar doldurulacaqsa və doğurdanda insanlar bayram günlərində, istirahət günlərində və yaxudda iş saatından artıq çalışanda maaşı 2 qat hesablanırsa bu yenilik çox gözəl addımdır. Onun sözlərinə görə, Azərbaycanda 8 saatlıq iş rejimi var: "Amma bəzi hallarda 10-12 saat insanlar çalışırlar. Yəni var belə peşə sahibləri və biznes sahəsində də belə hallar var. Özəl və dövlət idarələrində də belə hallar mövcuddur. Bəzən bəzi tanışlarımız varki dövlət idarələrində işləyirlər, axşamlar bir tədbir olur, məsələn ad günü olur onlar işdən ən gec çıxanlar olurlarki, biz işdən indi çıxa bildik. Yəni bütün bunlar onsuzda var. Sadəcə bunun rəsmiləşdirilməsi və ödənişlərin hüquqi əsaslandırılmasına ehtiyac var.

Bu dəyişiklik əgər tətbiq olunacaqsa, bu qayda özəl sektorda da, dövlət sektorunda da tətbiq olunmalıdır. Tətbiq olunmursa, bunun cəzası müəyyənləşməlidir. Yənin bunun məsuliyyətini daşıyan şəxslər hüquqi cəhətdən məsuliyyət daşımalıdırlar və vətəndaşında hüquqi prosedurlarla bağlı imkanı olmalıdır ki, bununla bağlı harasa müraciət edib, öz haqqını qoruya bilsin. Həttda bununla bağlı mən düşünürəm ki, bir Əmək Ombudsmanının yaranması daha doğru olardı. Məsələn, bu məsələlərlə bağlı bir Ombudsman İnistutunun yaranması bəzi ölkələrdə var belə bir praktika olsa daha yaxşı olardı" deyə Cəfərli bildirib.
Prezident təsdiqlədi: bu işçilərə ikiqat əmək haqqı ödənəcəkMövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, prinsip etibarı ilə Əmək Məcəlləsinə heç bir dəyişiklik edilməyib. Onun sözlərinə görə, sadəcə məcəlləyə daxil edilib ki, vəzifə maaşı saatlıqda ola bilər: "Yəni maaş saatlıq hesablanırsa, yenə saata uyğun 2 qat hesablanacaq. Prinsip etibarı ilə heçnə dəyişməyib. Sadəcə texniki dəyişikliklər edilib. Yəni saatlıq əmək haqqı ilə bağlı əlavələr edilib".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4033   Tarix: 04 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla

11:30 133
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.

XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət

10:50 193
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 279
.

Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video

Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər

10:35 199
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

14.11.2026 252
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

14.11.2026 301
.

Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb

Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə

14.11.2026 228
.