Otaqdakı hansı əşya ən bahalı olmalıdır?
Bəzən insan dəbli mebel, bahalı pərdələr, trend aksessuarlar alır, amma otaq yenə də ucuz təsir bağışlayır. Dizaynerlər əmindir: səbəb pulun düzgün yerə xərclənməməsidir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hər bir interyerdə otağın ümumi səviyyəsini müəyyən edən bir əsas detal var. Məhz o detal ən bahalı olmalıdır.
Söhbət işıqlandırmadan gedir. Çilçıraq, torşer və ya divar lampası atmosferi mebel və dekordan daha güclü şəkildə formalaşdırır. Dizaynerlər izah edirlər ki, gözün ilk "oxuduğu" məhz işıqdır. O, məkanın dərinliyini, həcmini və ovqatını müəyyənləşdirir. Hətta ən bahalı mebel belə zəif işıqlandırma altında pis görünür. Kölgələr formaları təhrif edir, solğun işıq isə otağı düz və cansız göstərir.
Keyfiyyətli işıqlandırma elementi memarlıq akseti kimi işləyir. O, məkanı bir araya gətirir və interyeri bütöv göstərir. Mütəxəssislər vurğulayırlar ki, işıqlandırma sadəcə lampadan ibarət deyil. Bu, keyfiyyət hissini yaradan bir alətdir. Ucuz işıqlandırma dərhal özünü büruzə verir.
Kompozisiyanı pozur və interyeri ucuzlaşdırır. Düzgün seçilmiş işıqlandırma isə əksinə, otağın səviyyəsini yüksəldir. Hətta sadə mebel belə daha bahalı görünməyə başlayır. Dizaynerlər təbii materiallardan hazırlanmış işıqlandırma vasitələrinə üstünlük verməyi məsləhət görürlər. Metal, şüşə və keramika daha uzunömürlüdür və daha nəcib təsir bağışlayır.
İşığın temperaturunu da nəzərə almaq vacibdir. İsti ton otağı daha rahat və səmimi edir, soyuq ton isə daha ciddi ab-hava yaradır. Bəzi mütəxəssislər bir neçə işıq mənbəyindən istifadə etməyi tövsiyə edir. Bu, məkana dərinlik verir və interyeri canlı göstərir.
Amma əsas vurğu yenə də tək bir işıq elementində olmalıdır. Məhz o, ümumi tonu müəyyənləşdirir və kompozisiyanı birləşdirir. İşıqlandırmaya edilən investisiya hər zaman özünü doğruldur. O, mebel kimi tez köhnəlmir və illərlə xidmət edir. Və insan işıqlandırmanı dəyişən kimi otaq dərhal yenilənir. İnteryer artıq əlavə xərclər olmadan düşünülmüş və bahalı təsir bağışlayır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 928 Tarix: 03 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla
11:30 133 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 155 Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini
10:39 174 XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət
10:50 193 17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza
Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb
14.11.2026 279 Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video
Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər
10:35 199 Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14.11.2026 252 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 301 Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb
Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə
14.11.2026 228