Ekran yoxsa kitab? Təhsildə rəqəmsallaşma mübahisəsi

Ekran yoxsa kitab? Təhsildə rəqəmsallaşma mübahisəsi"Dərsliklərin tamamilə rəqəmsallaşdırılması ideyası ilk baxışda texnoloji tərəqqi və müasirlik kimi təqdim olunsa da, bu qərarın təhsil üçün ciddi fəsadlar doğura biləcəyi bildirilir. Bir pedaqoq kimi mövqeyini bölüşən mütəxəssis hesab edir ki, kitab sadəcə informasiya daşıyıcısı deyil, şagirdin təfəkkürünü formalaşdıran, diqqətini cəmləyən və onunla fiziki bağ qurduğu mühüm tədris vasitəsidir".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, planşet və ya kompüter ekranı dərsliyin alternativi deyil, ən yaxşı halda köməkçi vasitə kimi istifadə oluna bilər. Tam rəqəmsallaşma isə şagirdi kitabın verdiyi hisslərdən - vərəqlərin qoxusundan, səhifələri çevirməyin yaratdığı emosional bağdan və ən əsası dərin mütaliə vərdişindən uzaqlaşdırır:

Ekran yoxsa kitab? Təhsildə rəqəmsallaşma mübahisəsi"Mövzunun digər mühüm tərəfi isə şagirdlərin sağlamlığı və psixoloji durumu ilə bağlıdır. Saatlarla ekrana baxan uşaqlarda görmə problemlərinin artdığı, diqqətin isə bildirişlər və internet mühitinin təsiri ilə daha tez yayıldığı vurğulanır. Mütəxəssis qeyd edir ki, cəmiyyət artıq texnoloji asılılıqla mübarizə apardığı bir vaxtda, uşaqları rəsmi şəkildə tamamilə ekran qarşısına keçirməklə onların həm fiziki, həm də mənəvi inkişafına zərbə vurmuş olur.

Bundan əlavə, bölgələrdə internetə çıxış imkanlarının və ailələrin texnoloji avadanlıqla təminat səviyyəsinin fərqli olması təhsildə bərabərsizliyi və sosial uçurumu daha da dərinləşdirə bilər".

Pedaqoqun fikrincə, optimal yol dərsliklərin tam ləğvi deyil, hibrid modelin tətbiqidir. Yəni kağız dərsliklər saxlanılmalı, eyni zamanda elektron resurslarla zənginləşdirilməlidir. "Şagirdin çantasında kitabı, stolunun üstündə dəftəri, qəlbində isə oxumaq həvəsi olmalıdır. Texnologiya təhsilə kömək etməlidir, amma heç bir halda müəllimi və kitabı əvəz etməməlidir", - deyə o vurğulayıb.

Sonda bildirilir ki, reallıqdan uzaq, düşünülməmiş rəqəmsallaşma təhsili robotlaşdıra, şagirdləri isə canlı təfəkkürdən və mütaliə mədəniyyətindən uzaq sala bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 957   Tarix: 03 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi

ABŞ-nin "F-16" qırıcısı Merilend ştatında Kemp-Devid şəhərində yerləşən və həmin vaxt Donald Trampın olduğu prezident iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarəni ələ keçirib. xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məluma

12:40 147
.

İranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib

İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə

13:10 136
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

00:33 577
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

01:13 455
.

İrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"

"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb

19.09.2026 182
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

00:21 266
.

Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır

Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin

12:10 145
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

00:31 564
.

ABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq

Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd

19.09.2026 188
.