Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Bəzən qısa və lokonik mesaj milyonluq reklam büdcələrdən də effektiv olur. Çünki bugün artıq marketinq və kommunikasiya rəhbərləri bazarda ciddi bir paradoksun olduğunu aydın görə bilirlər. Ölkəmizdə brendlərin reklam büdcələri hər il artan templə gedir. Bu büdcələr dijital platformalarda, televiziya və radiolarda, influenserlərə, çöl və iç reklamlara xərclənir. Hətta www.statista.com saytı 2025-ci il üzrə Azərbaycan reklam bazarını 298.24 milyon ABŞ dolları həcmində dəyərləndirib. Lakin bəzən reklam olsa da satış və marja sahibkarlar üçün kifayət etmir. Biznesin inkişafı xərclərlə proporsional olmur. O zaman problem haradadır sualı ortaya çıxır.
Təbii ki, araşdırma, doğru ölçmə mexanizmləri olmadıqca müşahidə ilə fikir bildirmək çətinləşir. Lakin marketinq və kommuniksiya menecerləri də burda öz monotonluğunu qəbul etməlidir. Problem reklam sayında - çoxluğunda və ya azlığında yox, bütün brendlərin eyni dildə danışması, oxşar sloqanlardan istifadə etməsi, hətta eyni simalar, eyni influenserlərə müraciətindədir. Məsələn, bu gün bazarda çox brend var ki, fərqli olmaq istəyir, amma eyni cümlələri qurur: "mənim keyfiyyətim", "münasib qiymətə", "müştəri məmnuniyyəti", "inanılmaz endirim" və s. İnsanlar artıq bu sloqanları eşitmir, bu çağırışlara fərqli və loyal yanaşmır. Çünki daha öncə eyni sloqanlarla bağlı müsbət və ya mənfi təcrübəsi var. Bunlar artıq istehlakçı üçün doğru çağırış yox, fon səsidir. Buna görə də artıq dünyanın lider markaları marketinqi yeniləyərək "neyro marketinq"ə fokuslanır. İnsan beyni seçicidir. O, yalnız ona toxunanı təhtəl yaddaşında saxlayır. Qalan hər şey avtomatik filterdən keçir və bloklanır.
Günümüzün marketinqdə ən böyük səhv menecerlərin danışmaqla ünsiyyət qurmağı eyni şey olaraq görməsidir. Lakin müştərilərimiz üçün danışmaq təkcə mesajı ötürməkdir. Lakin onunla ünsiyyət, ona fərqli yanaşdığını hiss etməsidir. Yəni müştəri mesajla həyəcanlanmırsa, hərəkətə keçmirsə, o məlumatı paylaşmırsa xərclədiyiniz pul sadəcə itgidir.
Son olaraq onu da qeyd edək ki, hər bir mesajın altında hərəkətverici və müştəriyə toxunan səbəb olmalıdır. O zaman bazarda fərqiniz hiss olunacaq. Çünki insanlar reklama yox, özlərini anlayanlara reaksiya verir.
Yazını hazırlayan Marketinq və kommunikasiyalar üzrə ekspert, Elvin Babayev. Daha çox yazıları izləmək üçün linkedin səhfəsini izləyə bilərsiniz: https://www.linkedin.com/in/elvin-babayev-menecer/
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 331 Tarix: 30 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd
00:13 288 Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla
11:30 133 Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb
Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə
14.11.2026 228 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
12:00 139 Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək
14:27 0 Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor
00:42 266 Rəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 143 Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində
Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE
14:10 0 Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi
Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb
14:00 0