"İnsanlar hər zaman daha yaxşı iş və imkanlar axtarışında olurlar və bu səbəbdən də, öz ölkələrini tərk edirlər"

"İnsanlar hər zaman daha yaxşı iş və imkanlar axtarışında olurlar və bu səbəbdən də, öz ölkələrini tərk edirlər"Ümumiyyətlə, miqrasiya bu gün bizim müasir dövrün ayrılmaz fenomenlərindən biri hesab olunur. Çünki bu sahədəki beynəlxalq statistikaya nəzər salsaq görərik ki, təqribən 285 milyon miqrant bu gün hərəkətdədir. Bu və ya digər ölkədə məskunlaşıbdır. Bu da Yer kürəsinin əhalisinin təqribən dörd faizə qədəri deməkdir ki, bu kifayət qədər yüksək bir rəqəmdir. Xüsusilə, son 15 ilin statistikasını müqayisə etsək, biz görərik ki, burada kəskin bir artım var.
Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalının miqrasiya ilə bağlısuallarını cavablandırıb.
"İnsanlar hər zaman daha yaxşı iş və imkanlar axtarışında olurlar və bu səbəbdən də, öz ölkələrini tərk edirlər"Miqrasiya probleminin əsas səbəbi nədir?
- Miqrasiyanı şərtləndirən başlıca səbəblər mövcud olduğu qədər miqrasiya hər zaman mövcud olacaq.

Ümumiyyətlə, müxtəlif dövrlərdə müxtəlif biz dinamikanı müşahidə etmişik. Amma iqtisadi böhran, münaqişələr, müharibələr, bunlar istər-istəməz insanları daim hərəkət etməyə vadar edir, insanlar yaşadığı daimi yaşadığı əraziləri tərk etmək məcburiyyətində qalırlar.

İqtisadi səbəblərlə yanaşı, eyni zamanda miqrasiyanı şərtləndirən digər səbəblər də var. Təhsil almaq, ailələrin birləşdirilməsi kimi. Əsasən çox gözə çarpan iqtisadi səbəblərdir ki, insanlar daim yaxşı həyat axtarışında olublar, yüksək məvacibli iş istəyiblər. Yaxşı iş şəraiti və digər səbəblər ucbatından daha çox əməkçi miqrant qismində başqa bir ölkədə məskunlaşırlar.

Biz miqrasiyanın axınlarına diqqət yetirsək görərik ki, insanlar daha çox inkişafda olan dövlətlərdən inkişaf etmiş dövlətlərə axın edirlər. Bu gün miqrantların böyük bir hissəsi məhz Avropa ölkələrində, Şimali Amerikada məskunlaşırlar. Bu da bir daha onu göstərir ki, insanlar hər zaman daha yaxşı iş və imkanlar axtarışında olurlar və bu səbəbdən də öz ölkələrini tərk edirlər.

Münaqişələr də, şübhəsiz ki, birbaşa olaraq təsir edir. Yəni burada iqtisadi, siyasi və hərbi demoqrafik, ekoloji, hətta bəzi hallarda sosial və mədəni səbəblər də öz təsirini göstərə bilər.

Qərb ölkələri miqrantlara qarşı ikili standart tətbiq edirmi?
- Qərb ölkələri, Avropa ölkələri daha çox miqrantların üz tutduğu coğrafi ərazilərdir. İnsanlar bir neçə səbəbdən Avropa, xüsusilə də Qərb ölkələrinə axın edirlər. Burada miqrantlar, qaçqın və sığınacaq axtaran şəxslər üçün xüsusi proqramlar mövcuddur. Sosial dəstək proqramları çoxdur. İş imkanları daha genişdir. Bu səbəbdən də Qərb ölkələrindən insanların axını inkişaf etməkdə olan dövlətlərdən inkişaf etmiş dövlətlərə doğru baş verir. İraq və Suriya münaqişəsindən sonra biz onu xüsusilə müşahidə etdik ki, Avropa ölkələrinə olan axın əgər ona qədər daha çox sırf iqtisadi zəmində baş verirsə, sonrakı mərhələdə siyasi, hərbi münaqişə səbəbindən baş vermiş oldu. Bu da nəticə etibarilə milyonlarla miqrantın Qərb ölkələrində məskunlaşmasına gətirib çıxardı.

İlkin mərhələdə Qərb ölkələri, xüsusilə də Albaniya, Fransa, Böyük Britaniya, real olaraq Amerika Birləşmiş Ştatları miqrantlarla bağlı xüsusi proqramlara malikdirlər. Bu ölkələr miqrantları həvəsləndirirlər, demək olar. Orada məskunlaşan insanlar üçün müəyyən bir yaxşı bir şəraitin yaradılması, sosial dəstək proqramlarının geniş spektrdə olması, istər-istəməz ora istiqamətlənən axınların həcminin artmasına gətirib çıxartdı. İlkin mərhələdə bu, çox müsbət qarşılanırdı. Sonrakı mərhələdə müəyyən problemlərin yaşanması, cəmiyyətdə mədəniyyətlərarası münasibətlərdə bir sıra problemlərin ortaya çıxması və həmin Qərb ölkələrində daha çox miqrasiya ilə bağlı kəskin fikirlərin səsləndirilməsi, müəyyən ksenofobist bir əhval-ruhiyyənin yüksəlməsi istər-istəməz miqrantlara olan münasibətin dəyişməsinə gətirib çıxardı.

Biz gördük ki, miqrasiya mövzusu bir sıra Qərb ölkələrində hətta siyasi manipulyasiya alətinə çevrildi və seçkiqabağı kampaniyaların demək olar ki, hamısında miqrasiya mövzusu əsas mövzulardan biridir. Bir liberal düşərgə miqrasiyanı müəyyən mənada təqdir etdiyi halda, digər düşərgələrdə, faktiki olaraq miqrasiya ilə bağlı çox sərt fikirlər səsləndirilir. Nəticə etibarilə miqrasiya bir siyasi mübarizə predmetinə çevrilib. Bu da bütövlükdə dövlətlərdə miqrasiyaya olan münasibətin birmənalı şəkildə olmamasına gətirib çıxardı. Bəzi ölkələrdə hətta konkret olaraq, miqrantlardan müxtəlif məqsədlər üçün istifadə etmək kimi fikirlər də formalaşdı. Biz onu gördük ki, miqrantlara olan münasibət birmənalı deyil. Burada təbii ki, müxtəlif ikili standartlar da bəzi hallarda qabarıq şəkildə özünü büruzə verdi. Məsələn; yüksək ixtisaslı miqrantların cəlb olunması üçün şəraitin yaradılması və digər kateqoriyadan olan miqrantların uzaqlaşdırılması. Bu, həm də ondan xəbər verir ki, dövlətlər maksimum bundan fayda götürməyə çalışır.

Bəzi miqrantlar yaşadıqları ölkələrdə çox ciddi bir problemə çevrildi və bunu dilə gətirməyə başladılar. Məsələn; əmək bazarında gərginliyin yaradılması, böyük həcmdə dövlətin sosial dəstəyinin göstərilməsi, sonra miqrantların əmək bazarında böyük vəsaitlər qazanmaqla, öz ölkəsinin ümumi daxili məhsuluna müsbət təsir göstərməklə çalışdığı ölkədən kapital axınına səbəb olması və miqrantların yerli əhalidən fərqli olaraq daha mobil olması, hərəkətdə olması artıq yerli əhali tərəfindən də bir növ mənfi münasibətin formalaşmasına gətirib çıxardı. Sosial gərginlik, ksenofobiya, qanunsuz miqrasiya, əməyin istismarı, miqrasiya mövzusunun daha da siyasiləşdirilməsi istər-istəməz dövlətləri daha sərt addımlar atmağa vadar etdi. Biz bəzi ölkələrdə, hətta miqrantlarla bağlı qərarların daha da sərtləşdirildiyini görürük. Bəzi hallarda qanunvericiliyin sərtləşdirilməsini daha qabarıq şəkildə büruzə verir.

Miqrasiya milli kimliyi zəiflədir, yoxsa zənginləşdirir?
- Miqrasiya proseslərinin düzgün idarə olunması istənilən dövlət üçün müsbət təsir göstərə biləcək bir haldır. Miqrasiya prosesləri effektiv idarə olunan ölkələrdə bu problem deyil, əksinə ümumi prosesə fayda gətirə biləcək bir fenomendir. O dövlətlərdə ki, bu proses effektiv idarə olunmur və ya kortəbii prosesdir, həmçinin sistemlilik yoxdur, bu da müxtəlif problemlərə yol açmış olur. Misal üçün, milli kimlik mövzusu Fransada çox qabarıq şəkildə dilə gətirilir. Xüsusilə də, Fransanın cənub hissəsində klassik bir fransız identikliyinin digər bölgələrdən axın etmiş, xüsusilə də Afrika qitəsinə etmiş əhalinin identikliyi ilə müqayisədə nisbətən əriyib getməsini son zamanlar çox dilə gətirirlər və bu da istər-istəməz onu göstərir ki, miqrant axınları güclü olduğu təqdirdə milli identiklik üçün müəyyən problemlər yarana bilər və ya yaşana bilər. Bu proses düzgün idarə olunmadığı təqdirdə, real olaraq milli identikliyi zəiflədə bilər.

Bununla yanaşı, bəzi ölkələrdə biz bunun zənginləşdirildiyini görürük. Misal üçün; Kanada, Amerika Birləşmiş Ştatlarının özü və yaranma tarixi 200-300 il olan dövlətlər var. Onlar bəzi hallarda miqrantların dövlətləri hesab olunurlar. Çünki ora miqrantların axın etməsi cəmiyyətin özünün zənginləşdirilməsinə gətirib çıxarır və yeni bir milli identikliyin formalaşmasına, məsələn amerikalının formalaşmasına gətirib çıxarır. İstənilən halda təbii ki, bu, müxtəlif kontekstdə şərh oluna biləcək məsələdir. Burada palitra kifayət qədər rənagərəndir.

Bu problem humanitar, yoxsa siyasi məsələdir?
- Problemin humanitar, yoxsa siyasi məsələ olması vəziyyətdən ölkədən ölkəyə dəyişə bilər. Bəzi ölkələrdə bu humanitar xarakterli problemin yaranmasına gətirib çıxarır. Bəzi ölkələrdə bu siyasi məsələdir deyə hətta seçkiqabağı manipulyasiya aləti kimi istifadə olunan mövzulardan biridir. Bu da ölkədən ölkəyə dəyişir.

İstənilən halda, miqrasiyanı şərtləndirən səbəblər var və miqrasiyanın axın etdiyi ölkələrdə yanaşma müxtəlifdir. Amma son illərin ümumi tendensiyası göstərir ki, miqrantlara münasibət heç də xoş deyil və bir sıra ölkələrdə miqrantlara qarşı kəskin etirazların və bəyanatların dilə gətirilməsi ondan xəbər verir ki, miqrasiya mövzusu həmin dövlətlər üçün aktual mövzulardan biridir. Hətta bəzi ölkələrdə belə bununla bağlı həyəcan təbili çalmağa başlayıblar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2270   Tarix: 02 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Edqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"

"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"

14:40 121
.

Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı

Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba

13:50 125
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:

00:28 458
.

Tramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı

ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd

15:50 57
.

Sərxoş qadın ərini oxlovla döyüb öldürdü

Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü

16:30 0
.

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea

00:19 292
.

İran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib

İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə

13:40 138
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

00:17 313
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

10:37 157
.