Yaxın Şərqdə yeni münaqişə ALOVLANIR - Hədəfdə İran yox, bu ölkələr var - ADLAR

Yaxın Şərqdə yeni münaqişə ALOVLANIR - Hədəfdə İran yox, bu ölkələr var - ADLARABŞ-ın İrana hücum ritorikası günbəgün güclənir. Üstəlik ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu daha da artırır.

"The Wall Street Journal" nəşri amerikalı rəsmilərə istinadən xəbər verir ki, regiona USS Abraham Lincoln aviadaşıyıcı zərbə qrupu göndərilib, həmçinin F-35 və F-15E qırıcıları potensial döyüş zonasına daha yaxın mövqelərə yerləşdirilir. Bununla belə, Vaşinqtonda İrana qarşı güc tətbiqi ilə bağlı hələ yekun qərarın verilmədiyi bildirilir.

Ərəb ölkələrində HHM sistemləri niyə quraşdırılır?

ABŞ Prezidenti Donald Tramp hələlik hərbi əməliyyatın olub-olmayacağı və hansı formada aparılacağı barədə hələ ki, qərar verməyib. Amerikalı rəsmilərin sözlərinə görə, ABŞ-ın İrana aviazərbələri qaçılmaz sayılmır. Pentaqon isə İranın mümkün cavab hücumu və uzunmüddətli münaqişə ehtimalı fonunda İsrailin, ərəb müttəfiqlərinin və ABŞ qüvvələrinin müdafiəsini gücləndirməyə üstünlük verir.

Qəribədir ki, ABŞ rəsmiləri iddia edirlər ki, ABŞ-ın məhdud miqyaslı aviazərbələrinə rəsmi Tehran simmetrik cavab verə bilər. Bu cavabı zərərsizləşdirmək üçün Ağ Ev raket əleyhinə müdafiəni gücləndirir. Bu məqsədlə ABŞ İordaniya, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətərdəki hərbi bazalarda əlavə THAAD batareyası və Patriot HHM kompleksləri yerləşdirir.

Nəzərə alaq ki, regionda artıq ballistik raketləri və pilotsuz uçuş aparatlarını ələ keçirmə imkanına malik ABŞ esminesləri mövcuddur.

Gəmilərin bir hissəsi Hörmüz boğazı, Ərəb dənizi, Qırmızı dəniz və Aralıq dənizinin şərqi hissəsində patrul xidməti aparır.

Bununla paralel Tramp köməkçilərindən uzunmüddətli müharibəyə çevrilməyəcək hərbi əməliyyat variantları təqdim etməyi istəyib. Müzakirə olunan ssenarilər arasında İranın nüvə proqramı obyektlərinə zərbələr, ballistik raket arsenalının məhv edilməsi, hakimiyyətin devrilməsinə yönəlmiş əməliyyatlar və ya bu variantların kombinasiyası yer alır.

Bütün bu deyilənlər belə bir fon yaradır ki, ABŞ yaxın zamanlarda və hətta yaxın günlərdə İrana hücum edəcək.

Bu iddialar o qədər də inandırıcı görünmür...

Çünki ABŞ-İsrail-İran triosu bir-birləri ilə deyil, regiondakı bəzi dövlətləri müharibəyə təşviq edir. Bu məsələdə hədəf isə varlı Ərəb dövlətləridir.

Təsadüfi deyil ki, Pentaqon yuxarıda qeyd etdiyimiz kimi 6 ərəb ölkəsində HHM kompleksləri yerləşdirir.

Ehtimal ki, yaxın zamanda bu ölkələrdən birindən İrana hansısa raket atılsın. Təbii ki, belə vəziyyətdə İran Amerikaya yox, raket atılan ölkəyə cavab verəcək. Nəticədə hansısa ərəb dövləti İranın hücum obyektinə çevriləcək. Beləliklə, regionda yeni münaqişə ocağı yaradılacaq.

Yeni müharibə ABŞ-a nə üçün lazımdır?

Yaxın Şərqdə yeni müharibə ABŞ-a bir sıra səbəblərdən lazımdır. Əsas səbəb odur ki, Tramp dünyanın karbohidrogen ehtiyatla zəngin olan bütün bölgələri birbaşa nəzarəti altına almaq istəyir. Venesuelanı öz idarəçiliyinə qatan Trampın növbəti hədəfi Qrenlandiya və Ərəb dövlətləridir.

Maraqlıdır ki, bu iki hədəfin hər birinə fərqli yanaşma var. Vaşinqton Qrenlandiyanı dinc yolla ələ keçirmək istəyir. Bunun üçün Federal hökumət Qrenlandiyada yaşayan 57 min sakinin hər birinə pul mükafatı verməyə belə hazırdır.

Amma müsəlman dünyasına yanaşma fərlidir...

Burada daha çox qan tökülməsi, insan qırğını ön plandadır. Çünki Ağ Evdəkilər Qrenlandiya sakinlərindən fərqli olaraq müsəlmanlara ikinci və bəlkə də "üçüncü növ insan" kimi baxırlar. Ona görə də müsəlmanların qırılması Tramp üçün o qədər də narahatedici deyil. Həm də bu Vatikanın gizli ideylarına xidmətdir.

Yada salaq ki, Suriya və İraqın karbohidrogen ehtiyatları ABŞ-ın nəzarətindədir. Bu nəzarəti ələ almaq üçün milyonlarla ərəb qırğına verildi. Qırğını Amerika əsgərləri yox, ərəblər özləri törətdi. Təbii ki, ABŞ-ın hərbi və siyasi yardımı ilə...

İndi də Ərəb dövlətləri arasında yeni qurban axtarılır. Bu ölkələr arasında İordaniya, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətər var. Məlumdur ki, bu ölkələr neft-qazla zəngin olmaqla, həm də böyük maliyyə imkanlarına malikdir.

Tramp bu ölkələrdən hər hansı birini yeni müharibənin ağuşuna atsa, yaxın gələcəkdə həmin dövlətin bütün sərvətinə sahib çıxacaq.

Bu ideyanı reallaşdırmaqda isə ABŞ-a İran və İsrail yaxından köməklik edəcək.

Son müharibə ritorikaları da bu ideyaya xidmət edir. Ötən ilin yayında bir daha sübut olundu ki, ABŞ İranda nə rejimin dəyişdirilməsini, nə də nüvə proqramına əngəl olmaq istəyir. Sadəcə belə bir görüntü yaradılır ki, ABŞ İranın nüvə proqramının gələcəyindən narahatdır. Bu narahatlıqsa guya ki, insanlıq naminədir.

Amma baş verənləri sağlam düşüncə ilə təhlil edəndə anlamaq olur ki, pərdəarxasında İran və İsrail birbaşa eyni məqsədə xidmət edir. Amerikanın böyük məqsədləri üçün hər iki dövlət zaman-zaman öz xalqlarının qırğınına belə razı olurlar. Təki ABŞ-ın regionda maraqları zərər görməsin.

Ona görə də Yaxın Şərqdə yeni münaqişə ocağının alovlanması ehtimalı böyükdür. Bu münaqişə ABŞ-a həm də ona görə lazımdır ki, Tramp Adminstrasiyasının Latın Amerikasında və Qrenlandiyada atacağı addımlar kölgədə qalsın. Təbii ki, Ukraynadakı müharibənin unutdurulması da bu hədəflərin içindədir.

Ona görə də Yaxın Şərq yeni müharibəyə sürüklənir. Müharibənin başlanma tarixi isə heç də uzaq deyil.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2322   Tarix: 02 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

13:20 27
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 131
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 279
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.

Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb

Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə

14:30 0
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

14.11.2026 252
.

TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə

01:50 447
.