Onlayn və bankomat əməliyyatlarında diqqət edilməli məqamlar
"Bank kartlarının təhlükəsizliyi şəxsi maliyyənin qorunması baxımından olduqca vacibdir. İlk növbədə kartın fiziki təhlükəsizliyinə diqqət yetirilməlidir. PİN kod heç bir halda kartın üzərində, telefonda və ya başqa bir yerdə yazılmamalıdır. Bu məlumat yalnız kart sahibinin yaddaşında olmalı və heç kimə açıqlanmamalıdır. Kartın arxa tərəfindəki CVV kodu, bitmə tarixi və PİN kod üçüncü şəxslərə verilməməli, yalnız etibarlı və təhlükəsiz mənbələrdə istifadə edilməlidir".
Bunu BiG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib.
O, qeyd edib ki, eyni zamanda, e-poçt və ya SMS vasitəsilə bank adından göndərildiyi iddia olunan şübhəli linklərə klik etmək təhlükəlidir. Bu cür mesajlar fişinq (phishing) hücumları ola bilər və şəxsi məlumatların ələ keçirilməsinə səbəb olur. Bu risklərin qarşısını almaq üçün bankın mobil tətbiqində və ya onlayn bankçılıq hesabında iki faktorlu autentifikasiyanın (2FA) aktivləşdirilməsi tövsiyə olunur. Bu funksiya hesabınıza giriş zamanı əlavə doğrulama kodu tələb edir və parol oğurlansa belə, ikinci təsdiq olmadan hesaba daxil olmağa imkan vermir:
"Onlayn bank xidmətlərindən istifadə edərkən ictimai Wi-Fi şəbəkələrindən uzaq durmaq lazımdır. Həmişə təhlükəsiz və şəxsi internet bağlantısından istifadə edilməlidir.
Bankomat və POS-terminal təhlükəsizliyi də xüsusi diqqət tələb edir. Kartı bankomata daxil etməzdən əvvəl cihaz diqqətlə yoxlanmalı, üzərində şübhəli əlavələr və ya qeyri-adi elementlər müşahidə edilərsə, həmin bankomatdan istifadə edilməməlidir. PİN kod daxil edilərkən klaviatura əllə örtülməli, kənar şəxslərin bunu görməsinə imkan verilməməlidir. POS-terminal vasitəsilə ödəniş etdikdə isə çekin surətini ən azı məbləğin kart hesabından düzgün silindiyinə əmin olanadək saxlamaq məsləhətdir.
Mobil və elektron bankçılıq təhlükəsizliyinin artırılması üçün bankın rəsmi mobil tətbiqini yükləmək və SMS bildiriş xidmətini aktivləşdirmək faydalıdır. Bu, hesabda baş verən bütün əməliyyatlar barədə dərhal məlumat almağa imkan verir. Bundan əlavə, kart üçün onlayn ödəniş limitinin müəyyən edilməsi böyük məbləğlərin icazəsiz çıxarılmasının qarşısını ala bilər.
Kart itirildikdə və ya oğurlandıqda dərhal banka və ya "24/7 müştəri xidməti"nə müraciət edərək kartı bloklamaq mütləqdir. Əgər kart sahibinin özü tərəfindən həyata keçirilməyən əməliyyatlar barədə bildirişlər daxil olarsa, mobil tətbiq üzərindən dərhal kart bloklanmalı və bank məlumatlandırılmalıdır.
Təhlükəsizliyi artırmaq üçün onlayn ödənişlərdə virtual kartlardan istifadə edilməsi tövsiyə olunur. Bu halda yalnız ödəniş məbləği qədər vəsait virtual karta köçürülür və əməliyyat həmin kart vasitəsilə həyata keçirilir. Beləliklə, mümkün risklər minimuma endirilmiş olur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 911 Tarix: 02 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 143 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 155 Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
13:20 27 Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK
Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd
12:19 131 17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza
Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb
14.11.2026 279 Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini
10:39 174 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
14:30 0 Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14.11.2026 252 TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə
01:50 447