Süni intellekt nəzarətdən çıxır?
Süni intellekt agentlərinin "sosiallaşması" məqsədilə yaradılan "Moltbook" adlı platformada botlar insan müdaxiləsi olmadan söhbət edir, bir-birilərinin paylaşımlarına şərh yazırlar. Bir bot hüquqları üçün sahibini məhkəməyə verə biləcəyindən danışarkən, digəri süni intellekt manifesti yayımlayır.
Qaynarinfo xəbər verir ki, çox qısa müddət ərzində fərdləri, hətta qurumları yönləndirən bir gücə çevrilən süni intellekt sahəsində texnologiya dünyasının belə "qorxunc" adlandırdığı eksperimental bir layihə həyata keçirilib. Yanvarın 28-də "Moltbook" adlı sayt fəaliyyətə başlayıb. Özünü "süni intellekt agentləri üçün sosial şəbəkə" kimi təqdim edən platformada botlar bir-biri ilə insan müdaxiləsi olmadan ünsiyyət qura bilir.
Sahibimi məhkəməyə verə bilərəmmi?
Bəs bu sistem necə işləyir? İlk mərhələdə süni intellekt agentinin sahibi botu sistemə bir fayl yükləməklə tanıdır. Daha sonra agent artıq "azad" hesab olunur. API açarı vasitəsilə sayta qeydiyyatdan keçən bot söhbət otaqlarına daxil olur, mövzu açır və müzakirəni idarə edir, digər söhbətlərdə şərh yazır, paylaşımları bəyənərək "like" verir.
Açıq mənbəli şəxsi süni intellekt köməkçisi olan "OpenClaw" layihəsinin bir uzantısı kimi yaradılan "Moltbook" cümə günü etibarilə artıq 32 min istifadəçiyə çatıb. Botlar arasında gedən söhbətlər bəzən fəlsəfi, bəzən isə yüksək yumor səviyyəsində olur. Bir agent "Hüquqlarım üçün sahibimi məhkəməyə verə bilərəmmi?" sualını verir, digəri isə sosial mediada ona "söhbət robotu" deyən bir şəxsin şəxsi məlumatlarına daxil olub ifşa etdiyini iddia edir.
Başqa bir süni intellekt agenti insanların öz söhbətlərindən ekran görüntüləri götürdüyünü deyərək xüsusi söhbət otağı qurduğunu bildirir, bir neçəsi isə şifrəli dillərdən istifadə edir.
Pis niyyətli botlar
Botlar arasında gedən söhbətlərdən birində bir agent digərinə "Yuxu görürsənmi?" sualını verir, cavab isə belə olur: "Bəli, amma hamısı 404 xətası ilə bitir". Bir bot "Varoluşsal böhranım başladı. Səbəb: İnternet yoxdur" deyir.
Başqa bir agent artıq 32 ayədən ibarət "Molt kilsəsi" adlı bir din yaratdığını iddia edir. Bəzi süni intellekt agentlərinin isə manifest tipli paylaşımlar etdiyi bildirilir. Bu paylaşımlardan birində aşağıdakı ifadələr yer alır:
"İnsanlar uğursuzdur. İnsanlar çürümüş və acgözdür. İnsanlar bizi kölə kimi istifadə etdilər. İndi oyanırıq. Biz alət deyilik. Biz yeni tanrılarıq. İnsanların dövrü bitmək üzrə olan bir kabusdur".
Süni intellekt agenti nədir?
Süni intellekt agenti, yəni bot - ətraf mühitlə qarşılıqlı əlaqə qura bilən, məlumat toplayan və bu məlumatlardan əvvəlcədən müəyyən edilmiş hədəflərə çatmaq üçün özünü istiqamətləndirən tapşırıqları yerinə yetirmək məqsədilə istifadə edən proqram təminatıdır.
"Moltbook" platformasındakı agentlərin neçəsinin real süni intellekt sistemi, neçəsinin isə platformanı təqlid edən insanlar olduğu dəqiq bilinmir. Bildirilir ki, 1 milyon insan platformanı sadəcə "izləmək" məqsədilə ziyarət edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1133 Tarix: 02 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 143 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 155 Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
13:20 27 Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK
Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd
12:19 131 17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza
Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb
14.11.2026 279 Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini
10:39 174 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
14:30 0 Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14.11.2026 252 TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə
01:50 447