Telefonunuzdakı mesajlar sizi riskə ata bilər - Mütəxəssislər xəbərdarlıq edir

Telefonunuzdakı mesajlar sizi riskə ata bilər - Mütəxəssislər xəbərdarlıq edirMüasir dövrdə smartfonlarda saxlanılan şəxsi məlumatlar fırıldaqçılar üçün ciddi təhlükə mənbəyinə çevrilib. Ekspertlər bildirirlər ki, telefonda qorunan bəzi mesajlar və fotolar dələduzların internet-bankinqə çıxış əldə etməsinə və ya vətəndaşların adına kredit rəsmiləşdirməsinə imkan yarada bilər.

Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bir çox istifadəçi telefonunun təhlükəsizliyini təmin etdiyini düşünsə də, diqqətsizlik ciddi maliyyə itkiləri ilə nəticələnə bilər. Bu baxımdan mütəxəssislər telefonda saxlanılması təhlükəli olan məlumatlara qarşı ehtiyatlı olmağı tövsiyə edirlər.

Bildirilir ki, şəxsi məlumatların yer aldığı mesajlar - ad, soyad, ata adı, pasport məlumatları, identifikasiya kodu, ev ünvanı, bank kartı nömrəsi, PIN və ya CVC kodlar dərhal silinməlidir. Həmçinin bank və digər onlayn hesabların bərpası üçün istifadə olunan gizli suallara cavab tapıla bilən mesajlar da risk yaradır.

Mütəxəssislər banklardan göndərilən birdəfəlik SMS kodlarının da telefonda saxlanılmamasını məsləhət görür. Qeyd olunur ki, bu cür mesajlar fırıldaqçılar üçün əlavə ipucu rolunu oynaya bilər.

Bununla yanaşı, üzərində sənəd nömrələri və digər vacib məlumatlar aydın görünən sənəd fotoları xüsusi təhlükə hesab olunur. Ekspertlərin sözlərinə görə, bu cür şəkillər hesabların sındırılması, adlara saxta profillərin yaradılması və məlumatların "darknet"də satılması üçün istifadə edilə bilər.

Eyni zamanda banklarla yazışmaların nüsxələrini, təsdiq kodları, elektron biletlər, çeklər və qəbzlərin telefonda saxlanılması da təhlükəsizlik risklərini artırır. Mesencerlərdə "Saxlanılanlar" bölməsində və "Qeydlər" tətbiqində qorunan şəxsi məlumatlar da mütəmadi olaraq yoxlanılmalı və silinməlidir.

Ekspertlər telefondakı fayllar silindikdən sonra zibil qutusunun da boşaldılmasını tövsiyə edirlər. Çünki silinmiş məlumatlar burada həftələrlə qala bilər. Bundan əlavə, Google Drive, iCloud və digər platformalarda saxlanılan ehtiyat nüsxələrin yoxlanılmasının vacibliyi vurğulanır.

Mütəxəssislər qeyd edirlər ki, sadə təhlükəsizlik qaydalarına əməl etməklə şəxsi və maliyyə məlumatlarının qorunması mümkündür.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2321   Tarix: 02 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

13:20 27
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 131
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 279
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.

Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb

Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə

14:30 0
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

14.11.2026 252
.

TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə

01:50 447
.