Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - Lifti belə yoxdur...

Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - Lifti belə yoxdur...Xətai prospekti 38 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərinin problemləri 20 ildir həll olunmur.

Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yaşayan sakinlər Musavat.com-a şikayət məktubu ünvanlayıblar. Sakinlərin bildirdiyinə görə, bina 2005-ci ildə mənzil mülkiyyətçilərinin yaşaması üçün standartlardan uzaq inşa olunub.

Şikayətdə qeyd olunub ki, sözügedən bina 6 blokdan ibarətdir, 18 və 20 mərtəbəlidir, ümumilikdə 330 mənzili əhatə edir. Bildirilir ki, bina "Hüquq" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilib və həmin kooperativ "Messenat Holdinq Şirkətlər Qrupu"nun tərkibinə daxildir: "Hazırda binanın idarə olunması formal olaraq "Nasim-45" MMC-yə həvalə edilsə də, faktiki idarəetmə "Messenat Holdinq Şirkətlər Qrupu"nun təsisçisi və rəhbəri İsayev Tofiq Həbib oğlu tərəfindən həyata keçirilir.
Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - Lifti belə yoxdur...Uzun müddət "Messenat Holdinq"ə Ramiz Mehdiyevin kiçik qardaşı Mais Mehdiyev rəhbərlik edib. Məhz bu dövrdə bina ciddi texniki və konstruktiv qüsurlarla inşa olunub. Tikinti normaları pozulub, liftlər yoxdur, təhlükə qalır".

Şikayətdə vurğulanan əsas problemlərdən biri tikinti normalarının kobud şəkildə pozulmasıdır. Bildirilir ki, binanın 20 mərtəbəsinin hamısı təhlükəsizlik baxımından risk yaradan mişar daşından inşa edilib. Bundan əlavə, binanın 162 və 168 saylı bloklarında yük liftləri ümumiyyətlə quraşdırılmayıb və indiyədək istismara verilməyib.

Bu vəziyyət xüsusilə fövqəladə hallarda ciddi təhlükə yaradır. Sakinlərin sözlərinə görə, təcili tibbi yardım briqadası hadisə yerinə gəldikdə xəstəni mənzildən çıxarmaq mümkün olmur. Liftlərin olmaması səbəbindən tibb işçiləri xəstəni pilləkənlərlə aşağı endirməyə məcbur qalırlar ki, bu da həm xəstənin həyatı, həm də tibbi personal üçün böyük riskdir.

Bundan başqa, binada havalandırma sistemi yoxdur, yanğın təhlükəsizliyi tələbləri isə kobud şəkildə pozulub.Sakinlər qeyd edirlər ki, məhz sadalanan problemlər səbəbindən bina 2005-ci ildən 2019-cu ilədək dövlət komissiyasından keçməyib və rəsmi olaraq istismara qəbul olunmayıb. Yalnız Prezidentin 12 fevral 2019-cu il tarixli "Bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanından sonra bina müəyyən qüsurlar üzrə zəmanət aktı təqdim edilməklə istismara qəbul edilib.

Sakinlərin digər ciddi iddiası isə çıxarış məsələsi ilə bağlıdır. Bildirilir ki, hər bir mənzil mülkiyyətçisindən çıxarışın alınması üçün 510 manat məbləğində məcburi "pay haqqı" tələb edilir. Bu məbləği ödəməyən sakinlər illərdir məhkəmələrdə və müxtəlif dövlət qurumlarında süründürülür. Nəticədə, artıq 20 ilə yaxındır ki, bir çox sakinlər mənzillərinə qeydiyyata düşə bilmirlər. Bu isə onların səsvermədə iştirak hüququndan məhrum olunmasına, poliklinika və xəstəxanalarda tibbi xidmət ala bilməməsinə, uşaqların məktəblərə və uşaq bağçalarına onlayn qeydiyyatının mümkünsüzlüyünə səbəb olur.

Şikayətdə maliyyə məsələlərinə də xüsusi yer ayrılıb. Sakinlər bildirir ki, 2005-ci ildən bu günədək toplanan vəsaitlər barədə heç bir rəsmi maliyyə hesabatı təqdim edilməyib. Rəsmi mühasibat uçotu aparılmır, ödənişlər isə santexniklər və fəhlələr vasitəsilə nağd şəkildə yığılır. Aylıq ödənişlər mənzillər üçün hər kvadrat metrə 0,30 manat, qeyri-yaşayış sahələri üçün isə 0,50 manat təşkil edir. Bu da aylıq olaraq yaşayış sahələri üzrə 10 519 manat, qeyri-yaşayış sahələri üzrə isə 10 660 manat olmaqla ümumilikdə 21 179 manat vəsaitin yığılması deməkdir. Buna baxmayaraq, binada nə abadlaşdırma, nə təmir, nə də yaşıllaşdırma işləri aparılır, avadanlıqlara texniki xidmət göstərilmir. Bundan əlavə, binanın parklanma yerləri sakinlərin razılığı olmadan qanunsuz şəkildə icarəyə verilir və bu məqsədlə aylıq 80-100 manat əlavə vəsait toplanır.

Sakinlər daha bir narahatlıq doğuran məqamı da diqqətə çatdırırlar. Bildirilir ki, binanın 3-cü mərtəbəsində naməlum məqsədlərlə konstruksiya quraşdırma işləri aparılıb. Bununla bağlı aidiyyəti qurumlara, o cümlədən Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib. Qurum tərəfindən Nəsimi Rayon İcra Hakimiyyətinə işlərin dayandırılması ilə bağlı məktub göndərilsə də, indiyədək söküntü aparılmayıb.

Eyni zamanda, binanın həyətindəki parklanma sahəsinin uşaq bağçasına verildiyi, ərazidə bağçaya aid oyun qurğularının quraşdırıldığı bildirilir. Bu məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilsə də, sakinlərin şikayətləri cavabsız qalıb.

Sayt məsələ ilə bağlı qarşı tərəfin rəyini öyrənməyə çalışıb. "Nəsimi 45" MMC-nin sədri Gülnarə Cəbrayılova sualları dinləsə də, cavab olaraq "gözləyin, sizinlə hüquqşünasımız danışacaq" deyib. Lakin hüquqşünas kimi təqdim olunan şəxs telefonu götürdükdən sonra "biz Musavat.com-a heç bir açıqlama vermirik" deyərək telefonu söndürüb.

Nəsimi Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlamaq cəhdləri də cavabsız qalıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 998   Tarix: 02 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Edqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"

"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"

14:40 121
.

Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı

Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba

13:50 125
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:

00:28 458
.

Tramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı

ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd

15:50 57
.

Sərxoş qadın ərini oxlovla döyüb öldürdü

Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü

16:30 0
.

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea

00:19 292
.

İran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib

İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə

13:40 138
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

00:17 313
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

10:37 157
.