Rafael tablosundakı sirr: Süni intellekt "yad əli" üzə çıxardı

Rafael tablosundakı sirr: Süni intellekt "yad əli" üzə çıxardıSüni intellektlə edilən yeni analiz Renessans ustası Rafaelə (Raphael) aid edilən Madonna della Rosa adlı tablodakı bir üzün böyük ehtimalla rəssamın özünə məxsus olmadığını göstərib.

Qaynarinfo xəbər verir ki, "Science Alert" nəşrinin məlumatına görə, əsərdə yer alan bu üz Rafael tərəfindən çəkilməyib.

Süni intellekt insan gözündən yayınan detalları aşkar edə biləcək şəkildə öyrədilə bilir. Yeni hazırlanmış metod Rafaelə aid olduğu düşünülən tabloda diqqətçəkən bir fərqi üzə çıxarıb. Analizə əsasən, əsərdəki üzlərdən biri ustanın fırçasından çıxmayıb.

Söhbət Madonna della Rosa tablosunun sol yuxarı hissəsində təsvir edilən Müqəddəs Yusif fiqurunun üzündən gedir. Əsərin bütövlükdə Rafael tərəfindən çəkilib-çəkilmədiyi sənət tarixçiləri arasında uzun illərdir mübahisə mövzusudur.

Mənşəyi qeyri-müəyyən tablo

Mənbələrdə Madonna della Rosa tablosunun 1667-ci ildə İspaniyada bir monastırda asılı olduğu qeyd edilir. Əsər 1857-ci ilə qədər burada qalıb, daha sonra İspaniya Milli İncəsənət Muzeyinin kolleksiyasına daxil edilib. Lakin 1667-ci ildən əvvəlki tarixi hələ də məlum deyil.

Tablo İspaniyada olduğu dövrdə tam şəkildə Rafaelə aid edilib. Bununla belə, bəzi mütəxəssislər Müqəddəs Yusif fiqurundakı rəng palitrası və texniki işlənmənin digər fiqurlardan açıq şəkildə fərqləndiyini, Rafael emalatxanasından başqa sənətçilərin də işə cəlb oluna biləcəyini irəli sürüblər.

"Emalatxana töhfəsi" ehtimalı

Bredford Universitetindən kimyaçı Howell Edwards tablonun xüsusilə Rafaelın tələbəsi Giulio Romano və ehtimal ki, Gianfrancesco Penni ilə əlaqələndirildiyini bildirib. Edwards, "İspaniyada əsərin orijinal müəllifliyi heç vaxt ciddi şəkildə sorğulanmayıb", - deyə qeyd edib.

Süni intellekt təhlilə qoşuldu

Mübahisəyə yeni ölçü qazandıran tədqiqat Böyük Britaniya və ABŞ-dan olan alimlər tərəfindən hazırlanmış süni intellekt əsaslı analiz metodu ilə aparılıb.

Bredford Universitetindən riyaziyyatçı və kompüter alimi Hassan Ugail-in rəhbərlik etdiyi tədqiqat qrupu alqoritmi müəllifliyi dəqiq təsdiqlənmiş Rafael tabloları əsasında öyrədib.

Ugail bildirib ki, "dərin xüsusiyyət analizi" vasitəsilə kompüterə Rafael üslubu - fırça hərəkətlərindən tutmuş rəng palitrasına, kölgələndirmədən kompozisiyaya qədər - çox detallı şəkildə tanıdılıb.

Rafael tablosundakı sirr: Süni intellekt "yad əli" üzə çıxardıNəticə: Müqəddəs Yusifin üzü başqa biri tərəfindən çəkilib

Qeyd olunur ki, istifadə edilən metod Rafael tablolarını ayırd etmədə daha əvvəl 98 faiz dəqiqlik göstərib. Bu tədqiqatda isə tablo təkcə bütöv şəkildə deyil, ayrı-ayrı üzlər üzrə də təhlil edilib.

Analiz nəticələrinə görə, Madonna, Körpə İsa və Müqəddəs Yəhya fiqurları Rafaelə aid görünür. Lakin Müqəddəs Yusifin üzü bu təsnifata daxil olmayıb. Əvvəlki müzakirələrdə də həmin üzün digərləri ilə müqayisədə daha "zəif" işlənməsi diqqətə çatdırılmışdı.

Ugail, "Tablonu bütöv şəkildə analiz etdikdə nəticələr qəti deyildi. Ancaq hissələri ayrıca araşdırdıqda Müqəddəs Yusifin üzünün böyük ehtimalla Rafaelə aid olmadığı üzə çıxdı", - deyə bildirib.

Müasir texnologiyanın sənət tarixində rolu

Araşdırma klassik sənət əsərlərinin sirrlərinin açılmasında müasir texnologiyanın artan roluna daha bir nümunə kimi qiymətləndirilir.

1518-1520-ci illər arasında kətan üzərində çəkildiyi ehtimal edilən Madonna della Rosa tablosunda Rafaelın bütün fiqurları şəxsən özü yaratmamış ola biləcəyi barədə şübhələr hələ XIX əsrin ortalarından səsləndirilirdi. Süni intellekt dəstəkli bu analiz həmin şübhələri xeyli gücləndirib.

Bununla yanaşı, tədqiqat qrupu süni intellektin sənət tarixçilərinin və ekspertlərin yerini tutmayacağını xüsusilə vurğulayır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1226   Tarix: 02 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

13:20 27
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 131
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 279
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.

Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb

Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə

14:30 0
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

14.11.2026 252
.

TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə

01:50 447
.