"Kristal Estetik" də "Dr.Aytən" necə estetik əməliyyatlar edir? -Video

"Kristal Estetik" də "Dr.Aytən" necə estetik əməliyyatlar edir? -VideoDaxil olan məlumatlar əsasında apardığımız araşdırma zamanı özünü "doktor Aytən" kimi təqdim edən şəxsin tibbi fəaliyyəti ilə bağlı ciddi və təhlükəli iddialar üzə çıxıb. İddialara görə, sözügedən şəxs ali tibbi həkim təhsili olmadan cərrahi estetik əməliyyatlar, o cümlədən üz gərmə prosedurları həyata keçirib.

Məsələ təkcə qanunsuz tibbi fəaliyyət iddiaları ilə bitmir. Araşdırma zamanı əldə etdiyimiz səs yazıları vəziyyətin daha da ağır olduğunu göstərir.

Məlumatlara əsasən, Aytən adlı şəxs tibb bacısı ixtisası üzrə təhsil alıb. Halbuki, üz gərmə əməliyyatı Azərbaycan Respublikasının qanunvericiliyinə görə cərrahi müdaxilə sayılır və yalnız ali tibbi təhsili, müvafiq sertifikatı və icazəsi olan həkimlər tərəfindən icra edilə bilər.
Mütəxəssislər bildirir ki, belə əməliyyatlar:
anesteziya,
toxuma kəsilməsi,
infeksiya və ağır fəsad riskləri daşıyır və bu cür müdaxilələrin qeyri-həkim tərəfindən aparılması pasiyentin həyatı üçün birbaşa təhlükə yaradır.

Araşdırmanın ən diqqətçəkən məqamı isə redaksiyamıza təqdim edilən səs yazısıdır.
Sözügedən səs yazısında Aytən adlı şəxsin əvvəlcə estetik sahədə fəaliyyət göstərən bəzi tanınmış şəxslərin əslində həkim olmadığını etiraf və ifşa etdiyi, daha sonra isə mövzunun ictimailəşdiriləcəyini anladıqdan sonra jurnalistlə pul qarşılığında "razılaşma" təklif etdiyi iddia olunur.

Qeyd edək ki, bu səs yazısı hazırda redaksiyanın ixtiyarındadır və aidiyyəti qurumlara təqdim olunmağa hazırdır.

Məsələ ilə bağlı Aytən adlı şəxsin və " Kristal Estetik" klinikasının mövqeyini öyrənməyə çalışsaq da, yazının dərc edildiyi vaxta qədər rəsmi açıqlama almaq mümkün olmayıb.

Qarşı tərəfin mövqeyi təqdim edildiyi halda material yenilənəcək.

Bu araşdırma bir daha göstərir ki, estetik sahədə nəzarətsiz və qanunsuz fəaliyyət təkcə etik problem deyil, birbaşa insan həyatı üçün təhlükədir. Səs yazısında əks olunan iddialar təsdiqini tapacağı təqdirdə, söhbət artıq təkcə qanunsuz tibbi fəaliyyətdən deyil, korrupsiya cəhdindən də gedə bilər.
Araşdırmamız davam edir.Heqiqixeber.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 730   Tarix: 02 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

13:20 27
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 131
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 279
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.

Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb

Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə

14:30 0
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

14.11.2026 252
.

TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə

01:50 447
.