"BEAUTY DERM" Mərkəzində Esmira İbrahimova necə qanunsuz estetik əməliyyatlar edir?

"BEAUTY DERM" Mərkəzində Esmira İbrahimova necə qanunsuz estetik əməliyyatlar edir?Bakıda fəaliyyət göstərən "BEAUTY DERM" Estetik Mərkəzi və özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimovanın fəaliyyəti ilə bağlı ortaya çıxan faktlar artıq tək-tək iddialar yox, ciddi sistem problemini üzə çıxarır.

Pasiyent şikayətləri, media materialları, foto və video sübutlar, eləcə də Səhiyyə Nazirliyinin rəsmi cavabları fonunda əsas sual açıq qalır - niyə bu indiyədək "BEAUTY DERM" Estetik Mərkəzində real yoxlama aparılmayıb?

Rəsmi cavab nə deyir?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi rəsmi cavabında bildirir ki, plastik cərrahiyyə əməliyyatları aparmaq hüququ yalnız Nazirliyin Xüsusi Təftiş Komissiyası tərəfindən təsdiqlənmiş plastik cərrahlar siyahısında (17.04.2025) adı olan şəxslərə məxsusdur.

Açıq şəkildə qeyd olunur ki, bu siyahıya daxil olmayan şəxslərin plastik cərrahiyyə fəaliyyəti qanunvericiliyin pozulması hesab edilir və belə hallarla bağlı qanuna uyğun tədbirlər görülməlidir.

Esmira İbrahimli bu siyahıdadırmı? Rəsmi məlumata görə Esmira İbrahimovanın Səhiyyə Nazirliyinin təsdiq etdiyi siyahıda adı yoxdur.

Eyni zamanda Səhiyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin açıqlamasında bildirir ki, aparılan araşdırma zamanı Esmira İbrahimovanın "Vahid Səhiyyə İnformasiya Sistemi"ndə tibb işçisi kimi qeydiyyatda olmadığı müəyyən edilib. Bu fakt artıq mübahisə predmeti deyil, rəsmi şəkildə təsdiqlənmiş haldır.

Buna baxmayaraq nə baş verir?

Şikayətçilərin iddialarına görə, cərrahi xarakterli boğazgərmə (boyun gərmə), üzgərmə, estetik əməliyyatlar, kosemtik prosedurlar aparılıb. Əməliyyat kliniki şəraiti şübhə doğuran "BEAUTY DERM" Estetik Mərkəzində icra olunub. Pasiyentin sağlamlığına ciddi zərər dəyib: uzunmüddətli ağrılar, kəsik izləri,
üz asimmetriyası, nitq pozuntusu yaranıb. Ödəniş edilib, lakin nəticələrə görə məsuliyyət qəbul edilməyib. Burada söhbət artıq estetik narazılıqdan yox, sağlamlığa zərər vurulması ehtimalından gedir.

Analitik Ekspertiza Mərkəzinin daha bir diqqətçəkən açıqlaması isə budur - "BEAUTY DERM" Estetik Mərkəzinin hansı sahibkarlıq subyektinə məxsus olması barədə rəsmi məlumat yoxdur.

Bu halda haqlı sual yaranır, Hüquqi statusu tam bəlli olmayan bir müəssisədə necə cərrahi əməliyyat aparıla bilər? Bu müəssisəyə kim və hansı əsasla fəaliyyət imkanı yaradıb?

"Şikayət edin" deməklə məsuliyyət bitirmi?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bildirir ki, yoxlamalar yalnız ödəniş qəbzləri, tibbi sənədlər və digər təsdiqedici materiallarla müşayiət olunan rəsmi müraciətlər əsasında aparılır.

Lakin ortada nə var - Media tərəfindən yayımlanmış video və foto sübutlar, bir neçə pasiyentin aidiyyatı qurumlara rəsmi şikayəti, tibb işçisi kimi qeydiyyatın olmaması faktı, qanun pozuntusunu təsdiqləyən rəsmi cavab. Bu qədər fakt fonunda dövlət qurumunun öz təşəbbüsü ilə yoxlama aparmaması cəmiyyətdə ciddi suallar yaradır.

Bildirilir ki, hüquq-mühafizə orqanlarında Esmira İbrahimova ilə bağlı araşdırma aparılır. Lakin, heç bir nəticə açıqlanmayıb. Nə inzibati, nə də cinayət məsuliyyəti ilə bağlı ictimaiyyətə məlumat verilməyib. Üstəlik iddialara baxmayaraq, fəaliyyətin davam etdiyi deyilir.

Kimdir bu qanunlardan üstün olan şəxs və ya mexanizm ki, Esmira İbrahimoavanı və "BEAUTY DERM" Estetik Mərkəzi bu qədər faktlara baxmayaraq toxunulmaz qalır?

Ortaya çıxan faktlar göstərir ki, burada tək bir şəxsin fəaliyyəti yox, nəzarətsizlik, passivlik və məsuliyyətsizlik problemi var. Qanun açıqdır, siyahı mövcuddur, faktlar təsdiqlənib. Amma nəticə yoxdur. Şikayətlərlə bağlı "BEAUTY DERM" Estetik Mərkəzinin rəhbərliyi və Esmira İbrahimova açıqlama verməkdən imtina ediblər.

Xəbərdə adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 795   Tarix: 02 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

13:20 27
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 131
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 279
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.

Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb

Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə

14:30 0
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

14.11.2026 252
.

TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə

01:50 447
.