30 yaşdan sonra iş qadağası, təcrübəsiz gənclərə qapalı qapılar: Azərbaycan əmək bazarının paradoksu - SOSİOLOQDAN AÇIQLAMA

30 yaşdan sonra iş qadağası, təcrübəsiz gənclərə qapalı qapılar: Azərbaycan əmək bazarının paradoksu - SOSİOLOQDAN AÇIQLAMAƏmək bazarında yaşanan paradokslar Azərbaycanda minlərlə insanın üzləşdiyi ciddi sosial problemə çevrilib. Bir tərəfdən 30 yaşını keçmiş şəxslər "yaş həddi" səbəbilə işə qəbuldan kənarda qalır, digər tərəfdən isə universiteti yeni bitirmiş gənclər iş elanlarında qarşılarına çıxan "ən azı 2-3 il iş təcrübəsi" tələbi ilə üz-üzə qalırlar. Nəticədə nə təcrübəli, amma "yaşı uyğun olmayan" mütəxəssislər, nə də enerjili və savadlı, lakin təcrübəsiz gənclər əmək bazarında özlərinə yer tapa bilirlər. Bu ziddiyyətli yanaşma işsizliyin dərinləşməsinə, sosial narazılığın artmasına və insan kapitalının səmərəsiz istifadəsinə səbəb olur.
30 yaşdan sonra iş qadağası, təcrübəsiz gənclərə qapalı qapılar: Azərbaycan əmək bazarının paradoksu - SOSİOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı sosioloq Mail Yaqub BiG.AZ-a açıqlamasında bildirdi ki, bu çox ciddi problemdir. Onun sözlərinə görə, əslində işəgötürən bilməlidir ki, mənim işə götürmək istədiyim şəxsin əgər heç bir iş təcrübəsi yoxdursa və məndə onu işə götürmürəmsə, bəs o harda iş təcrübəsi yığacaq? Bu yanaşma yanlış və məntiqsizdir: "İşəgötürən şəxs işəgötürdüyü insanın qabiliyyətinə, danışıq tərzinə baxmalıdır. Şirkətlərin insan resursları bölməsində müsahibə götürən şəxs cəmi 30 dəqiqə o adamla müsahibə təşkil etsə, biləcək ki, onun durumu, həyata baxışı necədir. Ən əsas məsələ budur. Ola bilər ki, bir adamın 5 il iş təcrübəsi olsun, ancaq emosional zəka baxımından zəifdir. Yəni dürüst adam deyil, ədalətsizdir, tənbəldir, məsuliyyətsizdir. Ona görədə məsələyə bu cür yanaşmaq kökündən yanlışdır.

Yəni təcrübəsiz işçini işə götürmək lazımdır ki, təcrübə toplasın. Bu ədalətsiz davranışdır. Belə etmək olmaz. Azərbaycan vətəndaşının 65 yaşı olduqda, pensiya yaşına çatmış olur. Bir adamın 50 yaşı varsa və iş qabiliyyəti yüksəkdirsə, biz sırf yaşa görə ona məhdudiyyət qoyuruqsa buda ədalətsizlikdir və insanlıqdan kənar addımdır. Biz o adama şans verməliyik ki, qoy öz təcrübəsini bizim şirkətimizdə xərcləsin. Mən şəxsən görmüşəm 50-55 yaşlarında çox dəyərli və məsuliyyətli kadrlar var. İnsanın yaşına və təhsilinə önəm vermirlər. İnsanda önəm verilən əsas məsələ dürüstlükdür. Bu çox vacib məsələdir. Mən Azərbaycanda ali təhsili olmayan gənclər tanıyıram ki, böyük biznes qurublar".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 982   Tarix: 30 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

00:31 498
.

Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,

19.09.2026 155
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

00:15 237
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

10:37 142
.

Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb

Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm

14:10 42
.

Donald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?

ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə

19.09.2026 168
.

Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır

Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin

12:10 124
.

Hamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü

Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorlu

11:53 157
.

ABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq

Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd

19.09.2026 185
.