Peşəkar media və sosial şəbəkələr: reklam rəqabətinin qlobal nəticələri
"Son iyirmi ildə qlobal informasiya bazarında baş verən dəyişikliklər peşəkar media ilə sosial şəbəkə platformaları arasında reklam gəlirlərində ciddi rəqabət yaradıb. Peşəkar media xəbər və məzmun istehsalını təmin edərkən, sosial şəbəkələr yalnız yayım və iqtisadi fayda əldə edir".
Bunu BiG.AZ-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib.
O, qeyd edib ki, 2016-cı ildən etibarən qlobal reklam büdcələrinin böyük hissəsi sosial şəbəkələrə yönəlib. 2000-ci illərin əvvəllərində reklam gəlirlərinin əsas payı qəzet, televiziya və xəbər agentliklərinə aid idisə, bu gün rəqəmsal reklam bazarının 70%-dən çoxu bir neçə platformanın əlində cəmləşib. COVID-19 pandemiyası bu prosesi daha da sürətləndirdi: sosial şəbəkələr həm auditoriya, həm də reklam gəlirləri baxımından rekord artım göstərərkən, ənənəvi media həm auditoriya, həm də gəlir itirdi:
""Keyfiyyətli Jurnalistika uğrunda Qlobal Platforma"nın (KJUQP) hesabatına görə, GAFAM şirkətlərinin illik dövriyyəsi 900 milyard dollara yaxındır və bunun mühüm hissəsi peşəkar medianın istehsal etdiyi kontentin yayımı hesabına formalaşır. Başqa sözlə, qazanan platformalar, uduzan jurnalistikadır. Bu balanssızlıq iqtisadi və ictimai-siyasi nəticələr doğurur: dezinformasiya, feyk xəbər və manipulyativ məzmun üçün münbit şərait yaranır.
Problemin həlli üçün müxtəlif modellər təklif olunur. Məsələn, KJUQP "rəqəmsal vergi" modeli ilə GAFAM gəlirlərinin 6%-nin peşəkar media üçün ayrılmasını önə sürüb, bu mexanizm illik 54 milyard dollar resurs yarada bilərdi. Lakin texnoloji nəhənglərin lobbi fəaliyyəti bu təşəbbüsün qarşısını alır.
Avropa İttifaqı Rəqəmsal Xidmətlər Aktı (DSA) və Rəqəmsal Bazarlar Qanunu (DMA) ilə sosial şəbəkələri hüquqi çərçivəyə salır və 2025-ci ildə "Apple" və "Meta"ya tətbiq olunan cərimələr bunun praktik nəticəsidir. Kanada və Avstraliya isə platformaların media qurumlarına xəbər kontentinə görə ödəniş etməsini təcrübədən keçirib.
Beləliklə, sosial şəbəkələrlə peşəkar media arasındakı rəqabət sadə iqtisadi qarşıdurma deyil. Bu, informasiya təhlükəsizliyi, milli suverenlik, demokratiyanın dayanıqlığı və ictimai etimad məsələsidir. Peşəkar medianın zəifləməsi yalnız qlobal bazarda deyil, cəmiyyət üçün də ciddi itkilərə səbəb olur. Çıxış yolu jurnalistikanın texnoloji inkişafla ədalətli tərəfdaş kimi qorunmasından keçir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1059 Tarix: 29 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDağıstanda məşhur idmançı güllələnərək öldürüldü
Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada
14.11.2026 305 Rəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 143 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
14.11.2026 236 XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət
10:50 193 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 155 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca
11:22 138 Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14.11.2026 252 Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini
10:39 174 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 301