Günəş dəhşətli şəkildə Yeri udacaq: NASA dünyanın sonunu açıqladı
NASA Ceyms Uebb Kosmik Teleskopunun (JWST) yeni görüntülərini yayımlayıb ki, bunlar Günəş sistemimizin gələcək taleyi barədə təsəvvür yaradır. Alimlərin hesablamalarına görə, təxminən beş milyard il sonra Günəş qırmızı nəhəng mərhələsinə qədər genişlənəcək və bu, Yerin məhv olmasına səbəb olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Astronomların izahına görə, həyatının son fazasında Günəş ya Yeri udacaq, ya da güclü qravitasiya qüvvələri ilə parçalayacaq, nəticədə qaz və toz buludu qalacaq - bu material yeni planetlərin formalaşması üçün istifadə olunacaq.
JWST-nin görüntülərində Yerə təxminən 650 işıq ili məsafədə yerləşən Heliks buludu təsvir olunub. Bu, Günəşə bənzər bir ulduzun qalıqlarıdır; həmin ulduz minlərlə il əvvəl yanacaq ehtiyatını tükədib. NASA-nın məlumatına görə, bu görüntülər "Günəşimiz və onun planet sistemi üçün mümkün taleyi" yaxından göstərir.
Qaz halqasının içində, eni təxminən üç işıq ili olan bölgədə astronomlar ulduzun məhvi nəticəsində yaranmış mürəkkəb strukturları qeydə alıblar. Buludun mərkəzindəki ağ cırtdan ulduzun intensiv şüalanması bu buludları işıqlandırır və ulduz transformasiyası prosesini izləməyə imkan verir.
Milyardlarla il ərzində Günəş kimi ulduzlar sabit fazada qalır və nüvədə hidrogen yandırır. Hidrogen tükəndikdə ulduz çökməyə başlayır və heliumdan karbon sintezi reaksiyaları işə düşür.
Bu, ulduzun xarici qatlarının kəskin genişlənməsinə səbəb olur - ulduz qırmızı nəhəngə çevrilir və ölçüsünü yüzlərlə dəfə artırır. Nəticədə nüvə ağ cırtdana çevrilir, qabıq isə ayrılaraq planetar bulud əmələ gətirir.
Elə bu mərhələni alimlərin proqnozuna görə, Günəşimiz də yaşayacaq.
Tədqiqatlar göstərir ki, Yerin orbitinə yaxın böyük planetlər qırmızı nəhənglərin yanında demək olar ki, sağ qala bilmirlər. Günəş genişlədikcə Yer ya ekstreml istilik səbəbindən buxarlanacaq, ya da qravitasiya qüvvələri ilə parçalanacaq.
Eyni zamanda astronomlar bildirirlər ki, bu proses yalnız məhv etməklə bağlı deyil. London Universitet Kollecinin professoru Canet Druya görə, ulduz qabığından gələn kimyəvi elementlərlə zəngin qaz və toz ulduzlararası mühitə qarışır.
Məhz bu materialdan yeni ulduzlar və planetlər, o cümlədən mürəkkəb həyatı dəstəkləyə biləcək planetlər formalaşa bilər.
"Bu, daş planetlərin və karbon əsaslı həyatın formalaşması üçün lazım olan materialın haradan gəldiyini izah edir", deyə Druya bildirir.
Beləliklə, Yer Günəşin son mərhələsi ilə birlikdə məhv olsa da, onun maddəsi qalaktikada növbəti nəsil dünyaların bir hissəsinə çevrilə bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1367 Tarix: 29 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDağıstanda məşhur idmançı güllələnərək öldürüldü
Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada
14.11.2026 305 Rəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 143 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
14.11.2026 236 XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət
10:50 193 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 155 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca
11:22 138 Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14.11.2026 252 Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini
10:39 174 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 301