Alimlər insanlara bənzər adlardan istifadə edən canlıları tapdı
Canlılara və hətta bəzi əşyalara şəxsi ad vermək sanki yalnız insanlara xas xüsusiyyətdir. Lakin alimlərin tədqiqatları göstərir ki, bəzi heyvanlar da adların konsepsiyasını anlayır və bir-birinə məhz adla müraciət edirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə Amerika təkamül bioloqu Skott Trevers "Forbes" üçün yazdığı məqalədə bildirir.
O qeyd edir ki, delfinlər - insanlar arasında ən ağıllı canlılardan sonra - klik səslərindən yüksək tezlikli fit səsinə qədər kifayət qədər zəngin səs repertuarına malikdirlər. Görünür, bəzi səs kombinasiyaları delfinlər tərəfindən elə istifadə olunur, necə ki, insanlar adları istifadə edir.
Trevers 2006, 2013 və 2023-cü illərdə aparılmış tədqiqatlara istinad edir; bu işlərdə delfinlərin kommunikasiya aspekti analiz olunub. Ən diqqətçəkən tapıntı budur ki, delfinlər yalnız öz unikal səs kombinasiyalarını yaratmır, həm də digər delfinlərin xarakterik fitlərini təqlid edə bilir. Üstəlik, insanlar tərəfindən yazılıb texniki vasitələrlə səsləndirildikdə də delfinlər həmin səslərə reaksiya verirlər.
Lakin Trevers vurğulayır ki, delfinlərin dili struktur baxımından insan dilinə bənzəmir, ona görə də insan adları ilə delfin adlarının müqayisəsi şərti hesab olunur.
"Delfin fitləri əlifba və ya simvol sırası üzrə strukturlaşdırılmayıb: onlar bizim kimi mənalı və emosional qəbul olunmur. Buna baxmayaraq, məlumatlar göstərir ki, xarakterik fitlərin istifadəsi referensialdır: bir delfinin fit səsi digər delfin üçün həmin fərdi təmsil edə bilər - necə ki, siz söhbətdə kiməsə müraciət etmək üçün adından istifadə edirsiniz", deyə alim yazıb.
Əsas fərq isə insan və delfin adlarının yaranma üsulundadır. İnsanlarda valideynlər uşağa səs kombinasiyası əsasında bir ad verir. Delfinlərdə isə hər bir fərd öz səs "imzasını" sosial təcrübə və yetkinləşmə prosesi ərzində inkişaf etdirir. Bu "imza" digər delfinlər tərəfindən istifadə olunduqda ad kimi funksiyaya malik olur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1347 Tarix: 29 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDağıstanda məşhur idmançı güllələnərək öldürüldü
Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada
14.11.2026 305 Rəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 143 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
14.11.2026 236 XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət
10:50 193 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 155 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca
11:22 138 Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14.11.2026 252 Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini
10:39 174 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 301