Mətbuat xidmətləri susur: jurnalist sorğuları niyə cavabsız qalır? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Mətbuat xidmətləri susur: jurnalist sorğuları niyə cavabsız qalır? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMASon dövrlər jurnalistlərin üzləşdiyi əsas problemlərdən biri dövlət qurumları və özəl şirkətlərin mətbuat xidmətlərinin sorğulara cavab verməməsidir. İctimai maraq doğuran məsələlərlə bağlı ünvanlanan suallar günlərlə, bəzən həftələrlə cavabsız qalır. Bu isə təkcə jurnalistikanın işini çətinləşdirmir, eyni zamanda cəmiyyətin məlumat almaq hüququnu da məhdudlaşdırır. Rəsmi qurumlarla media arasında ünsiyyətin zəifləməsi informasiya boşluğu yaradır və bu boşluq şayiə və qeyri-dəqiq məlumatların yayılması üçün münbit şərait formalaşdırır.
Mətbuat xidmətləri susur: jurnalist sorğuları niyə cavabsız qalır? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, jurnalist sorğularına cavab verilməməsi məsələsinə yalnız mətbuat xidmətlərinin məsuliyyətsizliyi prizmasından yanaşmaq düzgün olmaz. Onun sözlərinə görə, burada həm dövlət və özəl qurumların, həm də jurnalistlərin üzərinə düşən hüquqi və peşəkar öhdəliklər var: "Azərbaycan Respublikasının "İnformasiya əldə etmək haqqında" Qanununun 24-cü maddəsinə əsasən, informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilməlidir. Operativliyini itirən məlumatlar dərhal, bu mümkün olmadıqda isə 24 saat ərzində təqdim olunmalıdır. İnsan həyatı, sağlamlığı və təhlükəsizliyi ilə bağlı hallarda isə informasiya 48 saat müddətində verilməlidir.

Eyni zamanda qanun jurnalistlər üçün də aydın çərçivələr müəyyən edir. Sorğu qeyri-dəqiq, natamam və ya peşəkar tələblərə uyğun tərtib olunmadıqda, informasiya sahibi bu barədə sorğuçuya 5 iş günü ərzində məlumat vermək hüququna malikdir. Təcrübədə tez-tez rast gəlinir ki, sorğular rəsmi formada deyil, şifahi, sosial şəbəkə mesajı və ya qeyri-müəyyən mətnlə göndərilir. Bu isə hüquqi baxımdan rəsmi informasiya sorğusu hesab edilmir və prosesin uzanmasına səbəb olur.

Qanun açıq şəkildə göstərir ki, sorğular rəsmi şəkildə, dəqiq, konkret və hüquqi tələblərə uyğun hazırlanmalıdır. Peşəkar jurnalist sorğusu həm cavabdeh qurumun işini asanlaşdırır, həm də cavabın gecikdirilməsi üçün bəhanə imkanlarını aradan qaldırır.

Digər mühüm məqam ondan ibarətdir ki, özəl qurum statusu vəzifəli şəxsi məsuliyyətdən azad etmir. Özəl şirkət də hüquqi şəxsdir, müəssisəni təmsil edir və qanunla müəyyən edilmiş hallarda informasiya sorğularına cavab vermək öhdəliyi daşıyır. "Biz özəl qurumuq" arqumenti qanunvericilik baxımından əsaslı deyil.

Nəticə etibarilə, problemin həlli yalnız tələbdə deyil, qarşılıqlı hüquqi məsuliyyətdə və peşəkar yanaşmadadir. Şəffaflıq mətbuat xidmətlərindən operativlik, jurnalistlərdən isə hüquqi savadlılıq və peşəkar sorğu mədəniyyəti tələb edir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 948   Tarix: 29 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

14.11.2026 305
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 236
.

XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət

10:50 193
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca

11:22 138
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

14.11.2026 252
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

14.11.2026 301
.