"Qızılın bir il ərzində yenidən bahalaşacağı gözlənilir" - XALİD KƏRİMLİ

"Qızılın bir il ərzində yenidən bahalaşacağı gözlənilir" - XALİD KƏRİMLİDünya bazarlarında qızılın qiyməti son dövrlər sürətlə yüksəlir. Bir vaxtlar yalnız böhran dövrlərində gündəmə gələn bu metal yenidən investorların əsas seçimlərindən birinə çevrilib. Qlobal iqtisadi qeyri-müəyyənlik, geosiyasi risklərin artması və maliyyə bazarlarında güvənsizlik qızılı ön plana çıxarır. Bununla belə, bazarlarda əsas sual açıq qalır: qızıl qiymətlərində müşahidə olunan bu artım nə vaxta qədər davam edəcək və bazarı hansı mərhələ gözləyir?
"Qızılın bir il ərzində yenidən bahalaşacağı gözlənilir" - XALİD KƏRİMLİMövzu ilə bağlı iqtisadçı Xalid Kərimli BiG.AZ-a açıqlamasında bildirdi ki, qızıl qiymətləri artıq bir neçə ildir yüksəlir və bu artımın 2026-cı ildə də davam edəcəyi gözlənilir. Onun sözlərinə görə, müxtəlif investisiya şirkətləri, investisiya bankları, proqnoz təşkilatları 2026-cı il üçün qızıl qiymətlərinin 5400-5500 dollara qədər bahalaşacağına dair proqnozlar veriblər. Yəni 2025-ci ilin son qiymətlərindən təqribən 10-12% daha yüksəkdir: "Qızılın 1 il ərzində yenədə bahalaşacağı gözlənilir. Bahalaşmanın müxtəlif səbəbləri var və bu səbəblər daha ciddi çəki alıb. Əsas səbəb qlobal risklərlə bağlıdır. Burda qlobal problemlərdən həm iqtisadi, həm ticari, həmdə hərbi, dünyanın yenidən bölüşdürülməsi ilə bağlı dünyanın faktiki indiki nizamına qarşı olan çağırışlar, bunlar hamısı ciddi risklər yaradır. Dünya xəritəsində baş verən hərbi əməliyyatlar, gərginliklər, Qərblə qlobal Cənubun qarşıdurması, Çinin Amerika ilə münasibətlərinin kəskinləşməsi, Rusiya ilə Qərbin münasibətlərinin kəskinləşməsi, ölkələrin bir-birinə sanksiyalar tətbiq etməsi, bunlar hamısı riskləri artırır və qlobal qeyri-müəyyənlikləri yüksəldir.

Qızılda sığorta aləti kimi diqqət mərkəzində olur. Bundan başqa həmdə burda infliyasiyanın aşağı düşməsi ilə əlaqədar dolların ucuzlaşmasıda rol oynayır. Qızıl dollarda ifadə olunduğuna görə, dolların ucuzlaşması qızılın qiymətinə artırıcı təsir göstərir. Vətəndaşların qızıla investisiya edib-etməyəcəyinə gəldikdə isə hər bir investisiya qərarı risk ilə bağlıdır. Yəni investisiyada proqnozlar verilə bilər yüksəlmə ilə əlaqədar, amma riskdə var təbiiki. Yəni proqnozlar özünü doğrultmayada bilər. Bu riski vətəndaş başa düşməlidir. Qızıl deyəndə zinət əşyalarından söhbət getmir. Qızıl sikkə və külçə halında, eyni zamanda qızıl şirkətlərinin səhmləri, əmtəələrin özünün alışı nəzərdə tutulur. Yəni qızıl qalxacaq deyə zinət əşyası almaq sabah vətəndaşı maliyyə itkisinə gətirib çıxara bilər.

Çünki bu zinət əşyalarının həm tərkibində qızılın çəkisi müəyyən dərəcədə olur, eyni zamanda da sonradan dəbin dəyişməsi zinət əşyasının sonradan satılmasında problem yarada bilər. Yəni ciddi endirim edilməsinə gətirib çıxarda bilər. Buna görədə qızıl almaq istəyən vətəndaş öz risklərini qiymətləndirməlidir və qızıl alacaqsa mütləq şəkildə sikkə və külçə halında, eyni zamanda onun törəmə kağızlarını almalıdır. Qızıl ilə yanaşı digər qiymətli metallarda da qiymət artımı davam edir. Həm palladium, həmdə gümüşün qiyməti sürətlə bahalaşır. Gümüş ümumiyyətlə son bir ildə kəskin qiymət artırıb. Gümüşün qiyməti 25-30 dollardan, hazırda 100 dolların üzərində ticarət olunur. Yəni digər nadir metallarda da eyni zamanda bahalaşma müşahidə olunur. Qızılın qiymətinin bahalaşmasının digər bir səbəbidə dünya mərkəzi banklarının qızıl almasıdır. Eyni zamanda Azərbaycan neft fonduda qızıl alır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1398   Tarix: 29 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

14.11.2026 305
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 236
.

XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət

10:50 193
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca

11:22 138
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

14.11.2026 252
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

14.11.2026 301
.