Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır - PSİXOLOQ
Perfeksionizmə və rasional qərarlara meyillilik zaman keçdikcə dünyanın qeyri-rasional və xaotik olması ilə toqquşur.
Yüksək intellekt həyatda uğur qazanmağa kömək edə bilər. Lakin hətta çox ağıllı insanlar da bəzən müəyyən "həyat qaydalarını" düzgün anlamırlar və bunu çox gec dərk edirlər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, psixoloqlar ağıllı insanların çoxunun həyatda gec öyrəndiyi 5 şeyi sadalayıb.
1. "Haqlı olmaq" xoşbəxt olmaq demək deyil
Ağıllı insanlar çox vaxt başqalarının onların haqlı olduğunu qəbul etməsinə nail olmağa çalışırlar və ya nəyinsə səhv edilməsi onları əsəbiləşdirir. Bu isə yaxın insanlarla xırda məsələlər üstündə mübahisələrə səbəb olur. Nəticədə belə davranış insanları uzaqlaşdıra və təkliyə gətirib çıxara bilər.
2. Hamı səni başa düşməyəcək
Ağıllı insanları tez-tez başa düşmürlər. Həqiqət isə ondadır ki, hər zaman öz fikrini hamıya izah etməyə çalışmaq lazım deyil, çünki bu, emosional olaraq insanı yorur. Sizi anlamayanları "maarifləndirməyə" çalışmaq əvəzinə, bəzən daha yaxşısı fikirdə bir olan insanlarla ünsiyyətə fokuslanmaqdır.
3. İnsanları dəyişməyə məcbur edə bilməzsiniz
Ağıllı insanlara kiminsə səhv davrandığı çox açıq görünür. Elə gəlir ki, həmin "bacarıqsız" adama bir neçə məsləhət versən, davranışını dəyişəcək və hər şey düzələcək. Amma reallıq budur ki, insan özü dəyişmək istəmədikcə, kənardan edilən kömək onu dəyişməyəcək.
4. Özünü tənqid etmək zərərli ola bilər
Bir çox ağıllı insanın çiyinlərində "uşaq dahiliyi" yükü olur - həyatın erkən dövründə hamının onların ağlını və istedadını tərifləməsi nəticəsində öz uğurları ilə bağlı qeyri-real məqsədlər və gözləntilər formalaşır. Daha yaxşı nəticələrə can atıb, hər zaman buna nail ola bilmədikdə, ağıllı insanlar depressiyaya və özünəqapanmaya düşürlər. Bu halda isə özünü tənqid etmək yalnız zərər verir.
5. Müdriklik hər zaman mürəkkəb olmur
Həmişə olmasa da, çox vaxt ağıllı insanlar hər şeydə dərinlik və ya gizli mənalar axtarırlar, halbuki əslində belə bir şey yoxdur. Onlar mövzuları həddindən artıq çətinləşdirə və sadə məsələləri mürəkkəb hala gətirə bilirlər. Amma həqiqət budur ki, əksər hallarda hər şey göründüyü kimidir və daha artığı deyil.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 997 Tarix: 28 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDağıstanda məşhur idmançı güllələnərək öldürüldü
Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada
14.11.2026 305 Rəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 143 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
14.11.2026 236 XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət
10:50 193 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 155 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca
11:22 138 Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14.11.2026 252 Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini
10:39 174 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 301