"Cabbarlının heykəli ilə bağlı müraciətə indiyəcən icraçı təyin olunmayıb"
"Azərbaycanfilm" kinostudiyasının həyətində yerləşən dahi dramaturq Cəfər Cabbarlının heykəlinin baxımsız vəziyyətdə olması bir neçə aydır sosial şəbəkələrdə müzakirə olunur. Heykəltəraş Kamal Ələkbərovun müəllifi olduğu abidənin postamenti dağılıb, heykəl getdikcə yararsız hala düşür.
Bir müddət əvvəl Mədəniyyət Nazirliyindən kinostudiyanın, o cümlədən abidənin bərpa olunacağı açıqlansa da, hələ də təmir işlərinə başlanılmayıb.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sosial şəbəkə hesabında paylaşım edilərək C.Cabbarlının heykəli ilə bağlı müraciətə indiyəcən icraçı təyin olunmadığı bildirilib.
İttifaq kino sahəsi ilə bağlı müraciətlərə cavabların gecikdirildiyini, ortaya bürokratik əngəllərin çıxdığını qeyd edib: "Film istehsalçılarının tez-tez rast gəldiyi problemlərdən biri kino sahəsində aidiyyəti orqanlara yazılı müraciətlərə cavabların gecikməsidir. Məsul şəxsin məzuniyyət və ya ezamiyyətdə olması hallarında səlahiyyətlərin ötürülməməsi də işləri ləngidir. Məsələn, AKİ katibliyindən aidiyyəti orqana "Azərbaycanfilm" studiyasının həyətində yerləşən C.Cabbarlının heykəli ilə bağlı bu il yanvarın 8-i edilən müraciətə indiyəcən icraçı təyin olunmayıb, məktub aidiyyəti şöbəyə göndərilməyib.
Çəkiliş icazələri ilə bağlı müraciətə artıq çəkilişlər bitəndən sonra reaksiya verilməsi halları da olub. Qəribəsi budur ki, bu hal dövlət hesabına, aidiyyəti orqan tərəfindən sifariş verilmiş filmə aid olub. Məktublara əlavə edilmiş sənədlərin itməsi, səbəb göstərilmədən yenidən tərtib edib təqdim olunması cavablarına da rast gəlinir. Ancaq film istehsalı haqda ətraflı təsəvvürü olan, amalı kinematoqrafımızın inkişafı olan məmur yanaşması obyektiv səbəbdən yaranmış çətin kargüzarlıq tələblərinin öhdəsindən uğurla gələ bilər. Maraqlı tərəfləri, aidiyyəti orqanların əməkdaşlarını film istehsalının dinamikasının saxlanılması, bürokratik əngəlləri aşmaq üçün daha operativ və məhsuldar işə çağırırıq".
Xatırladaq ki, ötən ilin noyabrında Mədəniyyət Nazirliyi açıqlama yayaraq Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının bərpası ilə bağlı iş aparıldığını bildirmişdi. Qeyd olunurdu ki, layihənin mühüm komponentlərindən biri də Cəfər Cabbarlının heykəlinin restavrasiyasıdır. Restavrasiya zamanı abidənin ilkin bədii həlli və tarixi dəyəri qorunacaq, həm vizual, həm də konstruktiv baxımdan yenilənməsi təmin olunacaq.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 672 Tarix: 17 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi
Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb
14:00 0 Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
16:10 0 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır
Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi
13:30 0 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
12:20 117 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını
00:40 263 Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy
14.11.2026 249 Bu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
13:12 70 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 301 Alen Simonyan vəzifəsini itirir?
Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu
12:10 107